Icma.az
close
up
RU
Menu

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Temu adı ilə dələduzluq

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Yuxuda boşqab görmək nə deməkdir?

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

Mayın 21 i Beynəlxalq Çay Günüdür

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

Tayvan problemi: hüquq və geosiyasət

Tayvan problemi: hüquq və geosiyasət

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Müasir beynəlxalq münasibətlər sistemində Tayvan məsələsi sadəcə regional siyasi problem deyil. Bu məsələ XXI əsrin geosiyasi balansını müəyyən edən, beynəlxalq hüququn fundamental prinsiplərini sınağa çəkən və böyük güclərin strateji rəqabətini açıq şəkildə nümayiş etdirən ən mürəkkəb hüquqi-siyasi böhranlardan biridir. Bu gün Tayvan boğazında müşahidə olunan gərginlik dünya siyasətinin gələcəyinə təsir edən əsas geostrateji xəttə çevrilib. Çünki burada yalnız Çin və Tayvan yox, ABŞ, Asiya-Sakit okean regionu, beynəlxalq ticarət marşrutları, yüksək texnologiyalar bazarı və qlobal təhlükəsizlik arxitekturası toqquşur.

Beynəlxalq hüquq baxımından Tayvan problemi son dərəcə həssas və çoxqatlı xarakter daşıyır. BMT Nizamnaməsinin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunmasıdır. Çin Xalq Respublikası Tayvanı ayrılmaz hissəsi sayır və “Vahid Çin” prinsipini dövlət siyasətinin dəyişməz elementi kimi təqdim edir. Pekinin rəsmi mövqeyinə görə, Tayvan ayrıca dövlət deyil, Çinin müvəqqəti olaraq mərkəzi hakimiyyətdən kənarda qalmış ərazisidir. Məhz buna görə Çin rəhbərliyi Tayvan məsələsini milli təhlükəsizlik, dövlət suverenliyi və tarixi ədalət məsələsi kimi qiymətləndirir.

Çin üçün Tayvan problemi yalnız ərazi məsələsi deyil. Bu, dövlətçilik ideologiyası, milli birlik və geosiyasi təhlükəsizlik məsələsidir. Pekin hesab edir ki, Tayvanın ayrılması presedent yaratsa, bu, bütövlükdə Çin dövlətçiliyinin strateji təhlükəsizliyinə təsir göstərə bilər. Məhz buna görə Çin rəhbərliyi bu məsələdə son dərəcə prinsipial mövqe nümayiş etdirir və “Vahid Çin” siyasətindən geri çəkilməyəcəyini açıq şəkildə bəyan edir.

Si Cinpin müxtəlif beynəlxalq çıxışlarında Tayvan məsələsini “Çinin qırmızı xətti” adlandıraraq bildirib ki, heç bir qüvvə Çinin yenidən birləşməsinin qarşısını ala bilməz. Bu bəyanat beynəlxalq mediada, xüsusilə “Reuters” tərəfindən geniş işıqlandırılıb və Pekinin Tayvan məsələsində kompromissiz mövqeyinin göstəricisi kimi qiymətləndirilib.

ABŞ isə Tayvan məsələsində daha mürəkkəb və balanslaşdırılmış siyasət həyata keçirir. Vaşinqton rəsmi olaraq “Vahid Çin” siyasətini qəbul etsə də, Tayvanın təhlükəsizliyini və müdafiə imkanlarının qorunmasını vacib hesab edir. ABŞ-ın bu yanaşması beynəlxalq münasibətlərdə “strateji qeyri-müəyyənlik” konsepsiyası kimi xarakterizə olunur. Bu siyasətin əsas məqsədi regionda irimiqyaslı hərbi qarşıdurmanın qarşısını almaq və qüvvələr balansını qorumaqdır. Məhz burada beynəlxalq hüququn ən mürəkkəb dilemması ortaya çıxır: dövlətlərin ərazi bütövlüyü prinsipi ilə xalqların öz müqəddəratını təyinetmə hüququ arasında balans necə qorunmalıdır? Bu sual beynəlxalq hüquq nəzəriyyəsinin onilliklərdir cavab axtardığı başlıca problemlərdən biridir.

Tr?mp administrasiyası Tayvan boğazında status-kvonun qorunmasını ABŞ xarici siyasətinin əsas prioritetlərindən biri kimi qiymətləndirir. “Reuters”-in yaydığı məlumatlarda qeyd olunur ki, Vaşinqton regionda güc balansının dəyişməsinin qlobal təhlükəsizlik və beynəlxalq iqtisadi sistem üçün ciddi nəticələr yarada biləcəyini hesab edir. ABŞ rəsmiləri Tayvan məsələsində həm çəkindirici təhlükəsizlik siyasətinin, həm də Çinlə birbaşa hərbi qarşıdurmadan yayınmanın vacibliyini vurğulayırlar.

“Reuters”-in məlumatına görə, Tramp administrasiyası Çinlə münasibətlərdə sərt iqtisadi və təhlükəsizlik xəttini davam etdirməklə yanaşı, Tayvan boğazında genişmiqyaslı müharibənin qarşısının alınmasını strateji prioritet hesab edir.

Tayvan məsələsində maraqlı məqamlardan biri də odur ki, beynəlxalq ictimaiyyətin böyük hissəsi Pekinin “Vahid Çin” prinsipini tanıyır. BMT-də Çin Xalq Respublikasının legitim nümayəndə kimi tanınması da bu hüquqi-siyasi mövqeni gücləndirib. Bununla yanaşı, Tayvan dünyanın ən inkişaf etmiş iqtisadiyyatlarından biri, qabaqcıl texnologiya mərkəzi və yüksək demokratik idarəetmə modelinə malik siyasi sistem kimi fəaliyyət göstərir. Bu isə məsələyə əlavə mürəkkəblik gətirir.

Əslində, Tayvan problemi beynəlxalq hüququn klassik prinsiplərinin müasir geosiyasi reallıqlarla toqquşduğu nadir nümunələrdən biridir. Burada hüquq, siyasət, təhlükəsizlik və iqtisadi maraqlar bir-birindən ayrılmaz vəziyyətə gəlib. ABŞ və Çin arasında Tayvan məsələsi ətrafında formalaşan strateji rəqabət də olduqca diqqətçəkicidir. Vaşinqton regionda sabitliyin qorunmasını və güc balansının saxlanmasını əsas prioritet sayır. ABŞ üçün Tayvan yalnız geosiyasi tərəfdaş deyil, həm də yüksək texnologiyalar sənayesinin mühüm mərkəzidir. Dünyanın ən strateji yarımkeçirici istehsalının əhəmiyyətli hissəsi məhz Tayvanda yerləşir. Bu isə məsələyə yalnız siyasi yox, iqtisadi və texnoloji təhlükəsizlik ölçüsü də qazandırır.

Amerikanın təhlükəsizlik və beynəlxalq münasibətlər üzrə aparıcı ekspertləri də Tayvan böhranını XXI əsrin ən təhlükəli geosiyasi risklərindən biri hesab edirlər. Harvardın Kennedy Dövlət İdarəçilik Məktəbinin qurucusu və dekanı, politoloq Graham Allison CNN və digər beynəlxalq media platformalarındakı çıxışlarında ABŞ və Çin arasında Tayvan ətrafında mümkün qarşıdurmanı “böyük güclər arasında təhlükəli strateji tələ” kimi xarakterizə edib. Allisonun fikrincə, Vaşinqton və Pekin arasında nəzarətsiz eskalasiya qlobal təhlükəsizlik sistemini ciddi sarsıda bilər.

Pentaqonun keçmiş rəsmisi, 2018-ci il üçün ABŞ-ın Milli Müdafiə Strategiyasının əsas memarı olan tanınmış siyasətçi Elbric A. Kolbi isə NBC və digər Amerika media platformalarına verdiyi müsahibələrdə bildirib ki, Tayvan boğazında qüvvələr balansının qorunması ABŞ-ın Asiya-Sakit okean strategiyasının əsas elementlərindən biridir. Onun fikrincə, regionda çəkindirici hərbi balansın zəifləməsi Çinin daha sərt addımlar atmasına səbəb ola bilər. Digər bir ekspert - ABŞ-ın Alman Marşal Fondunun (GMF) Hind-Sakit Okean Proqramının idarəedici direktoru Bonni S. Qleyzer isə “Reuters” və beynəlxalq analitik platformalarda yayımlanan müsahibələrində qeyd edib ki, ABŞ və Çin arasında Tayvan məsələsində birbaşa hərbi qarşıdurma ehtimalı tam istisna olunmasa da, tərəflər hələ də idarə olunan strateji balansı qorumağa çalışırlar. Qleyzer düşünür ki, diplomatik kommunikasiya kanallarının açıq qalması regional sabitlik üçün həyati əhəmiyyət daşıyır. Amerikalı təhlükəsizlik analitiki, Karnegi Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Maykl Şveyn də Tayvan məsələsinin beynəlxalq hüquq və təhlükəsizlik baxımından son dərəcə həssas olduğunu vurğulayır. Şveyn hesab edir ki, Vaşinqton və Pekin arasında “strateji qeyri-müəyyənlik” siyasətinin qorunması hazırda mümkün hərbi eskalasiyanın qarşısını alan əsas amillərdən biridir. ABŞ ordusunun Sakit okean qüvvələrinin keçmiş komandanı Filip Devidson isə ABŞ Senatında çıxışı zamanı Tayvan boğazını “yaxın onillikdə dünyanın ən təhlükəli geosiyasi qaynar nöqtələrindən biri” adlandırmışdı. Onun açıqlamaları CNN və “Reuters” daxil olmaqla, beynəlxalq mediada geniş müzakirə olunmuşdu.

CNN International və NBC kimi aparıcı Amerika media platformalarında çıxış edən təhlükəsizlik ekspertləri Tayvan boğazını “dünyanın ən təhlükəli geosiyasi nöqtələrindən biri” adlandırırlar. CNN-də yayımlanan analitik materiallarda vurğulanır ki, Vaşinqton Tayvanın müdafiə imkanlarının gücləndirilməsini regionda çəkindirici balansın qorunması üçün vacib hesab edir. Ekspertlər bildirirlər ki, güclü müdafiə potensialı müharibəyə hazırlıq deyil, əksinə, mümkün müharibənin qarşısını almaq vasitəsidir.

“Reuters”-in beynəlxalq təhlükəsizlik mövzusunda yayımladığı analizlərdə qeyd olunur ki, Tayvan boğazında mümkün hərbi qarşıdurma dünya iqtisadiyyatı üçün son dərəcə ağır nəticələr doğura bilər. Xüsusilə yarımkeçirici sənayesi, beynəlxalq ticarət marşrutları, maliyyə bazarları və enerji təhlükəsizliyi ciddi risk altına düşə bilər. Analitiklərin fikrincə, Tayvan böhranı artıq qlobal iqtisadi təhlükəsizlik məsələsinə çevrilib. Çin isə öz növbəsində Tayvan məsələsinə xarici müdaxilə cəhdlərini dövlət suverenliyinə təhdid kimi qiymətləndirir. Rəsmi Pekin açıq bəyan edir ki, Tayvanın gələcəyi məsələsi Çin xalqının daxili işidir və bu məsələyə kənar müdaxilə regional sabitliyi poza bilər.

Müasir beynəlxalq münasibətlərdə diqqət çəkən mühüm məqamlardan biri də odur ki, həm ABŞ, həm də Çin açıq hərbi qarşıdurmanın bütün tərəflər üçün son dərəcə ağır nəticələr doğuracağını anlayır. Çünki Tayvan boğazında mümkün müharibə qlobal iqtisadi fəlakətə çevrilə bilər. Beynəlxalq ticarət marşrutları, texnologiya bazarları, maliyyə sistemləri və enerji təhlükəsizliyi ciddi zərbə ala bilər. Məhz buna görə Vaşinqton və Pekin arasında rəqabət nə qədər sərt olsa da, tərəflər strateji idarə olunan balansı qorumağa çalışırlar. Bu isə müasir geosiyasətin ən mürəkkəb paradokslarından biridir: böyük güclər həm rəqabət aparır, həm də qarşıdurmanın idarəolunan səviyyədə qalmasına çalışırlar.

Bu mürəkkəb beynəlxalq mənzərədə Azərbaycanın həyata keçirdiyi xarici siyasət xüsusi diqqətə layiqdir. Azərbaycan Respublikası beynəlxalq hüququn fundamental prinsiplərinin, xüsusilə dövlətlərin ərazi bütövlüyü prinsipinin ən ardıcıl müdafiəçilərindən biridir. Azərbaycanın özünün uzun illər işğal problemi ilə üzləşməsi rəsmi Bakının bu məsələlərə yanaşmasını daha da prinsipial edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipi üzərində qurulub. Azərbaycan bütün beynəlxalq platformalarda dövlətlərin sərhədlərinin toxunulmazlığını və suverenlik prinsipini müdafiə edir. Eyni zamanda Bakı həm Çin, həm də ABŞ ilə uğurlu və balanslaşdırılmış münasibətlər qurmağa nail olub. Çin Azərbaycanı mühüm logistika və nəqliyyat qovşağı kimi qiymətləndirir. “Bir kəmər, bir yol” təşəbbüsündə Azərbaycanın rolu Pekin üçün strateji əhəmiyyət daşıyır. Digər tərəfdən, ABŞ da Azərbaycanı enerji təhlükəsizliyi və regional sabitlik baxımından etibarlı tərəfdaş sayır. Azərbaycanın uğuru məhz ondadır ki, Bakı böyük güclər arasında seçim edən deyil, əməkdaşlıq platforması yaradan dövlət modelini formalaşdırıb. Müasir dünyada bu cür balanslaşdırılmış siyasət son dərəcə mürəkkəb diplomatik peşəkarlıq tələb edir.

Tayvan problemi göstərir ki, beynəlxalq hüquq artıq yalnız hüquqi mətnlər və konvensiyalar sistemi deyil. Bu gün beynəlxalq hüquq böyük güclərin strateji maraqları, təhlükəsizlik məsələləri və qlobal iqtisadi reallıqlarla sıx bağlıdır. XXI əsrdə dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq sistemin əsas dayaqlarından biri olaraq qalır. Çünki bu prinsipin zəifləməsi qlobal sabitliyin pozulmasına və beynəlxalq münasibətlər sistemində təhlükəli presedentlərin yaranmasına səbəb ola bilər. Çin öz dövlət suverenliyini və milli birliyini qorumaq istiqamətində qətiyyətli siyasət həyata keçirir. ABŞ isə regionda sabitliyin və strateji balansın qorunmasını prioritet sayır. Maraqlıdır ki, hər iki dövlət öz yanaşmasını beynəlxalq təhlükəsizliyin vacib elementi kimi təqdim edir. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın həyata keçirdiyi balanslaşdırılmış və praqmatik siyasət xüsusi strateji əhəmiyyət daşıyır. Bakı emosional qarşıdurma siyasətindən deyil, beynəlxalq hüquqa, əməkdaşlığa və milli maraqlara əsaslanan diplomatiyadan çıxış edir. Bu yanaşma Azərbaycanın həm Şərqdə, həm Qərbdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir.

Nəticə etibarilə, Tayvan problemi XXI əsrin beynəlxalq hüquq sisteminin ən həssas və mürəkkəb sınaqlarından biridir. Bu məsələ göstərir ki, müasir dünya artıq sadə geosiyasi modellərlə idarə olunmur. Beynəlxalq hüququn gələcəyi məhz dövlətlərin suverenliyinə hörmət, strateji balansın qorunması və böyük güclər arasında məsuliyyətli dialoqdan asılı olacaq. ABŞ və Çin qlobal sistemin aparıcı gücləri kimi bu məsuliyyəti daşıyır. Azərbaycan isə uzaqgörən və balanslaşdırılmış siyasəti ilə sübut edir ki, hüquqa əsaslanan diplomatiya müasir dünyanın ən uğurlu strateji modelidir.

Kəramət QƏNBƏROV

Beynəlxalq hüquq üzrə ekspert

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 May 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see259

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see233

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see195

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see181

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see181

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see177

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see177

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see174

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see172

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see167

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see165

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see164

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see163

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see161

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see159

Bakıda söküləcək binaların yerində nələr tikiləcək AÇIQLAMA

22 May 2026 07:27see156

Nazan Öncel və Sezen Aksu arasında nə baş verib? Yarım əsrlik dostluq bitdi

20 May 2026 21:47see155

Mayın 21 i Beynəlxalq Çay Günüdür

21 May 2026 09:49see147

Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? Ekspertiza rəyi açıqlandı

21 May 2026 16:43see143

Konte İstanbula gəlmək üçün ulduz yarımmüdafiəçinin transferini tələb etdi

22 May 2026 01:22see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri