Tayvanda 120 mindən çox iquana məhv EDİLƏCƏK
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Tayvanın kənd təsərrüfatına mənfi təsir göstərdiyi üçün 120 mindən çox yaşıl iquananın məhv edilməsi planlaşdırılır.
Redaktor.az xəbər verir ki, "Taipei Times" qəzetinin xəbərinə əsasən, Tayvanın Kənd Təsərrüfatı Nazirliyi iquanaların artan populyasiyası ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, ölkənin cənub və mərkəzi bölgələrində iquanaların sayı əhəmiyyətli dərəcədə artıb və bu, kənd təsərrüfatına ciddi ziyan vurub. Bu səbəbdən 120 mindən çox yaşıl iquananın məhvi nəzərdə tutulur.
Ölkədə təxminən 200 min yaşıl iquananın yaşadığı qeyd olunub və məhv edilən hər bir iquana üçün ödəniş veriləcəyi bildirilib.
Qeyd edək ki, ötən il Tayvanda 70 min iquana məhv edilmişdi.
Kənan YUSİF
Baxış sayı:69
Bu xəbər 23 Yanvar 2025 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















