“Tbilisi Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir”
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
“Gürcüstan Azərbaycan və Ermənistan arasında davam edən dialoqu diqqətlə izləyir və yaxın gələcəkdə sülh sazişinin imzalanacağına ümid edir”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
"Biz bunu həmişə demişik və bir daha təkrar edəcəyik. Gürcüstan regionumuzda sülhün və sabitliyin möhkəmləndirilməsində səmimi maraqlıdır. Biz şadıq ki, aprelin 17-də üçtərəfli görüş keçirmək imkanı əldə etdik. Bu, hər üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin Tbilisidə toplaşdığı və regional əhəmiyyətli məsələləri müzakirə etdiyi belə formatda ilk görüş idi. İnanırıq ki, bu brifinqdə üç ölkə arasında əməkdaşlığı davam etdirmək üçün potensialımız var", - deyə siyassətçi bildirib.
Boçorişvili regionda baş verən proseslərin, bu kontekstdə ölkələr arasında əməkdaşlıq və tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
"Mövcud geosiyasi vəziyyətə Gürcüstan və Azərbaycanın maraqlarına uyğun müəyyən fürsət kimi baxmaq olar və bu maraqları nəzərə alaraq, biz regionun digər ölkələri ilə geniş əməkdaşlığı inkişaf etdirə, bu şəraitdə ölkələrin malik olduğu potensialdan istifadə edə bilərik", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















