Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Tbilisi İrəvana Avroatlantik kəşfiyyat “mətbəxinə” qapı aça bilərmi? KONKRET

Tbilisi İrəvana Avroatlantik kəşfiyyat “mətbəxinə” qapı aça bilərmi? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın son illərdəki xarici siyasəti maneələrlə dolu qaçışı xatırladır: İrəvan KTMT-dən uzaqlaşdıqca, Brüsselin qapılarını daha israrla döyür. Əgər siyasi istiqamət artıq aydındırsa, təhlükəsizlik sahəsində bu kurs yalnız indi konkret məzmun qazanmağa başlayır. Bu baxımdan Ermənistan və Gürcüstan kəşfiyyat xidmətləri rəhbərlərinin son görüşü sadəcə protokol tədbiri deyil. Bu, Ermənistan xüsusi xidmət orqanlarının təkcə tərəfdaş deyil, həm də onları Qərbin təhlükəsizlik mexanizmlərinə yaxınlaşdıra biləcək “bələdçilər” axtardığını göstərən siqnaldır.

İlk baxışda Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan ilə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Geka Geladzenin görüşü müasir təhdidlərin müzakirə olunduğu adi işgüzar dialoq təsiri bağışlayır. Lakin əsas məqamlar, hər zamankı kimi, təfərrüatlarda və tarixdə gizlənir.

Ermənistan Xarici Kəşfiyyat Xidməti 2023-cü ildə yaradılıb və müəllifin fikrincə, bu proses Qərbin dəstəyi ilə həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bununla bağlı dərc olunan məqalədə iddia olunur ki, yeni qurumun yaradılması Milli Təhlükəsizlik Xidmətinin (MTX) rolunu zəiflədib və onu “sovet keçmişinin qalığı” kimi təqdim etməyə yönəlib.

Müəllif daha sonra bildirir ki, yeni qurumun fəaliyyəti ilə bağlı ekspertlər arasında şübhələr var. İddialara görə, xidmətin analitik hesabatları təhlükələrin obyektiv qiymətləndirilməsindən daha çox baş nazir Nikol Paşinyanın siyasi xəttini əks etdirir. Bu baxımdan peşəkarlıqdan çox siyasi loyallığın üstünlük təşkil etdiyi irəli sürülür.

Bu nöqtədə Gürcüstan ön plana çıxır. Məqalənin müəllifinin fikrincə, Tbilisi Avropa İttifaqı ilə münasibətlərdə yaşanan çətinliklərə baxmayaraq, hələ də təhlükəsizlik strukturları baxımından uzun illər ərzində NATO və Qərb ölkələrinin məlumat mübadiləsi sistemlərinə inteqrasiya olunmuş ölkə olaraq qalır. Gürcüstanın Qərb təhlükəsizlik strukturları ilə işləmək təcrübəsi Ermənistana nümunə kimi göstərilir.

Müəllif hesab edir ki, İrəvan məhz bu təcrübədən yararlanmaq istəyir. Onun fikrincə, Gürcüstan Ermənistan üçün Qərbin təhlükəsizlik sistemlərinə inteqrasiyada bir növ “körpü” rolunu oynaya bilər və Qərb tərəfdaşları ilə əməkdaşlığın praktik mexanizmlərini öyrədə bilər.

Bununla belə, müəllif əsas sualı açıq qoyur: Ermənistan Xarici Kəşfiyyat Xidmətinin bu yolu uğurla keçmək üçün kifayət qədər peşəkar potensialı varmı? Məqalədə qeyd olunur ki, əgər analitik fəaliyyət siyasi təsirlərdən azad olmazsa və əməliyyat işi lazımi səviyyədə qurulmazsa, Gürcüstanın dəstəyi belə gözlənilən nəticəni verməyə bilər.

Sonda müəllif belə qənaətə gəlir ki, Ermənistan xüsusi xidmət orqanlarının yenidən qurulmasına böyük ümid bəsləyir. Lakin yalnız strukturun adını dəyişmək və rəhbərliyi yeniləməklə güclü və effektiv kəşfiyyat xidməti yaratmaq mümkün deyil. Tbilisidə keçirilən görüş Qərb təhlükəsizlik sistemlərinə yaxınlaşmaq istiqamətində növbəti addım kimi qiymətləndirilir. Müəllifin fikrincə, əsas məsələ Ermənistan xüsusi xidmət orqanlarının bu prosesi uğurla başa çatdıracaq peşəkarlığa malik olub-olmamasıdır.

Natiq Səlim,
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Avqust 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri