Icma.az
close
up
RU
Tbilisi küçələrində Qərb tamaşası

Tbilisi küçələrində Qərb tamaşası

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gürcüstanda baş tutmayan inqilab ssenarisi

Qonşu Gürcüstanda oktyabrın 26 - da keçirilən parlament seçkilərindən sonra başlayan və Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması barədə noyabrın 28-də verdiyi bəyanatdan sonra daha geniş vüsət alan etirazlar artıq səngimək üzrədir. Başda prezident Salome Zurabişvili olmaqla birləşmiş müxalifətin inqilab yolu ilə hakimiyyəti devirmək ssenarisi baş tutmayıb. Artıq permanent aksiyaların keçirildiyi Rustaveli prospektində, parlamentin binası önündə və yaxınlıqdakı digər küçələrdə nisbi sakitlik hökm sürür.

Ancaq qonşu ölkədə siyasi qarşıdurma səhifəsinin tam şəkildə bağlandığı fikrini ifadə etmək hələ tezdir.  Qarşıdan yeni qayda ilə keçiriləcək prezident seçkiləri gəlir. Ehtimal olunur ki, prezident seçkilərindən sonra etirazların yeni dalğası başlaya bilər.

Qərb diplomatlarını və Gürcüstan müxalifətini birləşdirən nədir?

Elan olunan yekun nəticələrə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. MSK-nın yekun protokoluna görə, qalan 61 mandatdan 19-na “Dəyişiklik üçün Koalisiya”, 16-sına “Birlik - Milli Hərəkat”, 14-nə “Güclü Gürcüstan”, 12-nə isə “Qaxariya Gürcüstan üçün” partiyaları sahib olublar. Bununla da, qonşu və dost ölkədə seçkilər baş tutmuş hesab olunur. Artıq seçicilərin təxminən 54 faizinin dəstəyini qazanan “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası parlamentin bir neçə iclasını keçirməyə və hökuməti formalaşdırmağa nail olub.

Bununla belə, S.Zurabişvili və müxalifət partiyaları, eləcə də QHT-lər  seçkilərin nəticələrini tanımadıqlarını bildirirlər. Onlar hökumətin istefasını, təkrar seçkilər keçirilməsini istəyirlər. Eyni zamanda, birləşmiş müxalifət İ.Kobaxidzenin məlum bəyanatını bəhanə gətirməklə Gürcüstan hakimiyyətini avrointeqrasiyadan yayınmaqda günahlandırır.

Lakin bunlar yalnız zahiri məqamlardır. Gürcüstan hadisələrini bir teatr tamaşasına bənzətmək mümkündür. Bu tamaşada prezident, müxalifət partiyalarının və QHT-lərin təmsilçiləri yalnız rol alan aktyorlardırlar. Hadisələri təhlil etdikdə və onların  mahiyyətinə vardıqda aydın şəkildə görünür ki, dirijor, ssenari müəllifi arxa plandadır və bu, kollektiv Qərbdir.  Seçkilər ərəfəsində və ondan sonra Almaniyanın, Fransanın, ABŞ-ın, Avropa İttifaqının səfirlərindən Gürcüstan hakimiyyətinin ünvanına sərt  tənqidlər eşidilir. Yerli mətbuat yazır ki, Qərbdən maliyyə asılılığı olan müxalifət və prezident S.Zurabişvili tələbə və gəncləri küçələrə çıxartmaqla əslində Gürcüstan cəmiyyətini  vətəndaş qarşıdurmasına sürükləyirlər.

“Müharibə partiyası” iş başında

Bütün bunların mahiyyətində  Qərbin Cənubi Qafqazda öz maraqlarını təmin etmək məqsədi dayanır. Burada Rusiyanı sıxışdırmaq və öz mövcudluğunu təmin etmək istəyən kollektiv Qərb bunu region dövlətləri, o cümlədən də Gürcüstan üzərindən reallaşdırmaq istəyir. Qərb illər ərzində vətəndaş cəmiyyəti təsisatlarına böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə  Gürcüstanda özünə dayaqlar qurmağa nail olub. Həssas dönəmlərdə məhz Qərbdən maliyyə asılılığı olan müxalifət partiyalarının və QHT-lərin təmsilçiləri hakimiyyətə qarşı mübarizənin önündə olurlar. İndiki məqamda Gürcüstan cəmiyyətində “müharibə partiyası” barədə çox danışılır. “Müharibə partiyası” dedikdə Gürcüstana qonşu Rusiya ilə ikinci cəbhə açmağa çağırış edən Qərb diplomatları və onların bəyanatlarını təkrarlayan müxalifət təmsilçiləri başa düşülür.

Gürcüstan 2008-ci ilin yayında Rusiya ilə müharibəyə cəlb olundu. Yenə də katalizator qismində Qərb çıxış edirdi. Qısamüddətli döyüşlərdə ərazi itkilərinə məruz qalan Gürcüstan müharibənin acılarını hələ də unutmayıb. “Müharibə partiyası” yenidən fəallaşıb və iş başındadır. Ancaq Gürcüstan iqtidarı və cəmiyyəti anlayır ki, Rusiya ilə ikinci müharibəyə başlamaq yolverilməzdir. Çox doğru olaraq vurğulanır ki, Gürcüstanın müharibəyə təhrik olunması ölkənin məhvinə səbəb olacaq.

İqtidarın və müxalifətin Trampdan gözləntiləri

Bu arada Gürcüstan iqtidarının və müxalifətinin ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampdan gözləntiləri də diqqətdən yayınmır.  Prezident S.Zurabişvilinin dekabrın 7-də hökumətlə razılaşdırılmadan (Gürcüstan Konstitusiyasına əsasən prezidentin xarici ölkələrə səfərləri və bir sıra görüşləri hökumətlə razılaşdırılaraq həyata keçirilməlidir. Lakin S.Zurabişvili dəfələrlə hökumətlə razılaşmadan xarici ölkələrə səfər edib) Fransaya səfər etməsi, Ukrayna, Fransa və ABŞ prezidentləri ilə görüşləri  birmənalı qarşılanmır. Xüsusilə də S.Zurabişvilinin Trampla görüşü (əgər buna görüş demək mümkündürsə - red.) diqqət çəkir. KİV-in yazdığına görə, Zurabişvilinin Parisə qanunsuz səfərinin əsas məqsədi Trampla görüşüb ondan güclü dəstək almaq idi. Bəli, görüş baş tutub. Ancaq yayılan videokadrlar müxalifət cəbhəsi üçün heç bir ümid oyatmır, əksinə, dərin məyusluq yaradır. Belə ki, xanım prezidentin canfəşanlıqla əl uzatması fonunda D.Trampın  etinasızlığı  kəskin təzad yaradır.

Hakimiyyət isə Ağ Evin yeni sahibi ilə əməkdaşlığa ümid bəslədiyini bildirib. “Biz ABŞ-nin yeni prezidentinin andiçmə mərsimini gözləyirik. Ümid edirik ki, 20 yanvardan sonra dünyada əhəmiyyətli dəyişikliklər baş verəcək, bizim regionumuzda da sabitlik yaranacaq və bu, ölkəmizə də öz müsbət təsirini göstərəcək”, - deyə Baş nazir İ.Kobaxidze vurğulayıb.

Mübariz ABDULLAYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Dekabr 2024 08:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri