Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Tbilisi küçələrində Soros izi...

Tbilisi küçələrində Soros izi...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Qonşu və dost Gürcüstanda son iki ildə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirələri və qəbulu fonunda başlayan müxalifət-iqtidar qarşıdurmaları bir qədər bundan əvvəl yekunlaşan parlament və prezident seçkilərindən sonra daha da gərginləşib. Xüsusilə də hakimiyyət daxilində parçalanma diqqət çəkir. Milli qanunvericiliyə əsasən səlahiyyət müddəti dekabrın 29-da bitəcək prezident Salome Zurabişvili parlament və prezident seçkilərinin nəticələrini tanımır və özünü ölkədə yeganə legitim institut sayır. O, dekabrın 29-dan sonra da Prezident Sarayında qalıb fəaliyyətini davam etdirəcəyini bildirir.

Xanım prezidentin iddiaları...

Gürcüstandakı qarşıdurmaları yalnız milli səviyyədə cərəyan edən siyasi proseslər kimi səciyyələndirmək doğru olmazdı. Siyasi böhrana qədər uzanan hadisələr əslində kollektiv Qərbin Cənubi Qafqaz siyasətindən qaynaqlanır. Qərb bu coğrafiyada qonşu dövlət olan və qlobal güc qismində çıxış edən Rusiyanın mövqeyini zəiflətməklə özünün daha geniş mövcudluğuna nail olmaq istəyir. Vaşinqton, Brüssel və Paris bu planı milli dövlətlər üzərindən reallaşdırmaq niyyətindədir. Təbii ki, öz siyasətində müstəqillik və suverenlik prinsiplərini önə çəkən Azərbaycan Qərbdən gələn diktələri qəbul etmiir. Ölkəmizin siyasi rəhbərliyi qəti şəkildə bildirib ki, Azərbaycan heç vaxt qonşu dövlətlərə qarşı plasdarm olmayacaq. Rəsmi İrəvan Qərb ssenarisində yer alsa da, bu ölkənin sürüşkən və fürsətcil mövqeyi ona bəslənilən inamı azaldır. Bəli, bu gün Ermənistan həmişə forpostu olduğu Rusiyadan uzaqlaşmaq görüntüsü yaratmağa çalışır. Rəsmi İrəvanın bu hiyləgərliyi Qərbdən daha çox yardımlar almağa və mövcud hakimiyyətin ömrünü uzatmağa hesablanıb. Heç bir təminat yoxdur ki, bu ölkə gələcəkdə daha şirnikləndirici vədlər müqabilində oriyentasiyasını yenidən dəyişməsin. Bütün bunların fərqində olan Qərb Rusiyaya qarşı planlarını Gürcüstan üzərindən reallaşdırmaqda israrlıdır. Qərbə milli maraqlarından imtina edən, müəyyən təminatlar müqabilində sözə baxan Gürcüstan lazımdır. Ancaq qonşu ölkədə “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qurduğu hökumət Avropa İttifaqına sürətli inteqrasiya vədlərinə aldanmayaraq suverenlik prinsipindən çıxış edir, gürcü xalqının mənafeyini və milli ləyaqətini qorumaqda israrlı mövqe sərgiləyir. Təəssüf doğuran haldır ki, bu gün Gürcüstanda Qərbdən maliyyə asılılığına malik geniş  vətəndaş cəmiyyəti təsisatları şəbəkəsi formalaşıb. Həmin şəbəkə hökumətin iradəsini iqnor edərək Qərbdən gələn diktələrə uyğun davranır. Prezident Zurabişvili də bu sırada yer alır. O,  hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası təkrar seçkilərin keçirilməsinə razılıq verməyəcəyi təqdirdə, təkrar parlament seçkilərinin təşkili məqsədilə şura formalaşdırmaq niyyətindədir. Zurabişvili bu barədə sosial şəbəkə hesabında etdiyi videomüraciətində bildirib.

Dövlət başçısının sözlərinə görə, o, hakim partiyanın rəhbərliyindən dekabrın 29-dək təkrar seçkilərin keçirilmə müddətinin razılaşdırılmasını gözləyir. Zurabişvili bildirib ki, hakim partiya kompromisə getməsə, ikinci ssenari qalacaq - “rejimin dağılması”. O həmçinin  seçilmiş prezident Mixail Kavelaşvilinin dekabrın 29-na təyin edilmiş inauqurasiyasına baxmayaraq, ölkənin prezidenti olaraq qalmaq niyyətini bir daha bəyan edib. “Təkrar seçkilərədək olan dövrü idarə etmək üçün şura yaradılacaq. Bu şuranın mandatı yalnız bir məsələyə - yeni seçkilərə hazırlıq olacaq. Artıq sənəd hazırlanır və yəqin ki, seçkilərin tezliklə keçirilməsi üçün bütün minimal şərtləri müəyyən edəcək sənəd hazır olacaq”, - deyə  Zurabişvili bildirib.

Növbəti “rəngli inqilab” dalğası

Gürcüstan cəmiyyətində Zurabişvilinin ifadə etdiyi fikirlər ölkəni yeni “rəngli inqilaba”, dağıdıcı “maydan hərəkatına” sürükləmək cəhdi kimi dəyərləndirlir. Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib ki, ölkədə  noyabrın 28-dən keçirilən hökumət əleyhinə aksiyaların arxasında amerikalı milyarder Corc Sorosun fondu dayanır. Gürcüstan parlamentinin deputatı Eka Sepaşvili isə hesab edir ki, Salome Zurabişvili real deyil, paralel bir dünyada yaşayır. “Görünür o, xaricdən ciddi göstəriş alıb ki, növbədənkənar seçkilər təyin etsin və bu istiqamətdə çalışır. Lakin onun bu cəhdi baş tutmayacaq. Təəssüf ki, Gürcüstan tarixində ilk dəfədir ki, Konstitusiyanı pozan, qanunlara tabe olmayan və xalqın iradəsini nəzərə almayan belə bir prezidentimiz var. O, xarici aktorların tapşırıqlarını öz ölkəsinin maraqlarından üstün tutur”, - deyə Sepaşvili vurğulayıb.

Gürcü xalqı bir dəfə “rəngli inqilab”ın kədərli nəticələrini öz taleyində yaşayıb. Ölkə qısamüddətli müharibəyə cəlb olunub və ərazilərinin bir qismini itirib. Buna görə də indi Gürcüstan cəmiyyətində hakimiyyətə qarşı yeni “rəngli inqilab” ssenarisi populyar deyil. Başqa sözlə desək, xalq ölkədə sabitliyi və davamlı inkişafı təmin edən mövcud hakimiyyəti dəstəkləyir. “Gürcü Arzusu -Demokratik Gürcüstan” Partiyası öz mövqeyində israrlıdır.  Partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib ki, prezident Salome Zurabişvilinin qeyri-adekvat bəyanatlar verməyinə yeganə səbəb onun ağır emosional fonudur. “Konstitusiyanı oxuyurlar, o qədər də cahil deyillər. Amma bunlar baş nazir təyin etmək, yeni seçkilər keçirmək istəyirlər. Lakin qeyd etmirlər ki, bunun üçün əsas olmalıdır”, - deyə M.Mdinaradze vurğulayıb.

Zurabişvili həbs oluna bilər

“Prezident Salome Zurabişvili yeni parlament seçkilərinin təyin olunması ideyasını yenidən irəli sürərsə, həbs oluna bilər”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə məlumat verib.

Hökumət başçısı bildirib ki, dekabrın 21-də S.Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb. Onun bu təşəbbüsü Gürcüstan qanunlarının kobud şəkildə pozulması deməkdir və cinayət məsuliyyəti yaradır.

Baş nazirin sözlərinə görə, Gürcüstan qanunvericiliyinə görə parlament seçkiləri üç halda təyin edilə bilər. Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, parlamentin dördillik səlahiyyət müddəti başa çatdıqda və parlament hökumətə etimad göstərmədiyi halda təkrar parlament seçkiləri keçirilə bilər.

İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Dekabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see342

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see218

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see143

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see132

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see131

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri