Icma.az
close
up
RU
Tbilisi prospektində hərəkəti rahatlaşdıracaq yeni dəyişikliklər edildi

Tbilisi prospektində hərəkəti rahatlaşdıracaq yeni dəyişikliklər edildi

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib:

- Sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.

- Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni işıqforlar quraşdırılıb.

- Piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.

Layihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.

Bu layihənin icrası nəticəsində:

- qeyd edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb;

- ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib;

- piyadaların təhlükəsizliyi yaxşılaşdırılıb;

- əlçatanlıq yüksəlib

Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 May 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri