Icma.az
close
up
RU
Tbilisi sakinləri ərəb şirkətinin layihəsinə etiraz edirlər Bənzər layihə Bakıda da icra olunacaq

Tbilisi sakinləri ərəb şirkətinin layihəsinə etiraz edirlər Bənzər layihə Bakıda da icra olunacaq

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Yüzlərlə insan Gürcüstan paytaxtının Rustaveli prospektində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Eagle Hills” şirkətinin ölkədə həyata keçirməyi planlaşdırdığı iri tikinti layihələrinə etiraz edir.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, nümayiş iştirakçıları prospekti bağlayaraq nəqliyyatın hərəkətinə mane olublar. Polis əməkdaşları “Eagle Hills”in Tbilisidəki ofisini mühasirəyə alaraq ərazidə asayişi təmin etməyə çalışırlar. Aksiyanı müxalif “Mühafizəkarlar Hərəkatı” partiyası təşkil edib.
Etirazlara səbəb oktyabr ayında imzalanmış 6,6 milyard dollarlıq investisiya sazişidir. Saziş Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili ilə “Eagle Hills” şirkətinin təsisçisi Mohamed Alabbar arasında bağlanıb. Müqaviləyə əsasən, Tbilisidə və Qara dəniz sahilindəki Qonio kurortunda genişmiqyaslı tikinti layihələrini həyata keçirəcək birgə müəssisə yaradılacaq. Gürcüstan tərəfi həmin müəssisədə 33% paya malik olacaq.
Planlara görə, Tbilisidə 600 hektar ərazidə ümumi sahəsi 1 milyon kvadratmetrdən çox olan yaşayış və kommersiya kompleksləri, o cümlədən otellər inşa ediləcək. Qonioda isə 250 hektarlıq ərazidə yeni premium səviyyəli kurort yaradılması nəzərdə tutulur.
Hazırda aksiyanın nə qədər davam edəcəyi və hökumətin nümayişçilərin tələblərinə hansı cavabı verəcəyi məlum deyil.
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Baş nazirin müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycan İqtisadiyyat Nazirliyi ilə BƏƏ-nin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Modon Holding”in sədri Cəssəm Muhəmməd Bu Ataba əz-Zəəbi tərəfindən imzalanan sənədə əsasən, Böyükşor gölü ətrafında 5 milyard dollarlıq investisiya ilə sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zona yaradılacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Dekabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri