Tbilisidə aksiya iştirakçıları yenidən magistral yolu bağlayıblar
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Hökumətin qərarına etiraz edən vətəndaşlar artıq 44-cü gündür ki, paytaxt Tbilisidə etiraz aksiyası keçirirlər.
24News.ge xəbər verir ki, Tbilisidə gün ərzində müxtəlif yerlərdə keçirilən etiraz yürüşləri Rustaveli prospektində birləşib.
Hazırda yüzlərlə insanın iştirak etdiyi Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Nümayişçilərin əsas tələbləri dəyişməz olaraq qalır - onlar aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını və yeni seçkilərin təyin edilməsini tələb edirlər.
Məlumat üçün bildirək ki, etirazlar hökumətin 28 noyabr tarixində Avropa İttifaqına üzvlüklə bağlı danışıqların 4 il müddətinə dayandırılması qərarından sonra başlayıb.
Baxış sayı:72
Bu xəbər 10 Yanvar 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















