Tbilisidə avtomobilin Kürə düşməsi nəticəsində suda batan üçüncü şəxsin meyiti tapılıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisidə minik avtomobilinin Kürə düşməsi nəticəsində suda batanlardan sonuncu şəxsin meyiti tapılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.
Bildirilib ki, aparılan axtarışlar nəticəsində avtomobil qəzası zamanı dostları ilə birlikdə çaya düşərək həlak olan gənc Giorgi Şamuqiyanın meyiti tapılıb.
Xatırladaq ki, hadisə mayın 14-də baş verib. İçərisində 4 nəfərin olduğu “Mercedes” markalı avtomobil “Ford”la toqquşaraq Kür çayına düşüb. Xilasedicilər 4 nəfərdən birini dərhal sudan çıxarda biliblər. Qəzaya düşən gənclərdən ikisinin meyiti tapılsa da, üçüncünün axtarışları davam etdirilib. Meyitlərin tapılması məqsədilə Kürdə suyun səviyyəsi sünii şəkildə azaldılıb. Nəticədə 1 ay öncə intihar etdiyi bildirilən Qardabani rayonunun Kosalı kəndindən olan Aytac Məmmədovanın da meyiti aşkarlanıb.
Baxış sayı:125
Bu xəbər 24 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















