Tbilisidə etiraz aksiyası bərpa edilib, bir polis yaralanıb FOTO VİDEO YENİLƏNİB
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
APA xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.
“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.
***
20:05
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
APA-nın Tbilisi müxbri xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.

