Tbilisidə etiraz aksiyası toqquşmasız başa çatdı
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tbilisinin mərkəzində Gürcüstan parlamenti yaxınlığında keçirilən etiraz aksiyası etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma olmadan başa çatıb. Bu barədə SİA yerli mətbuata istinadən xəbər verir. Cümə axşamı Gürcüstan parlamenti qarşısında növbəti mitinq başlayıb. Aksiya əvvəlki kimi sakit idi. Bəzi etirazçıların polisə pirotexniki vasitələr atması, həmçinin onlara daş atması halları da olub, lakin təhlükəsizlik qüvvələri Tbilisidəki etirazların ilk altı günündə olduğu kimi cavab tədbirləri görməyib. Yerli vaxtla saat 03:00 (Bakı saatı ilə eyni vaxtda) radələrində etirazçılar Rustaveli prospektindən dağılışmağa başlayıblar.
Baxış sayı:107
Bu xəbər 06 Dekabr 2024 07:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















