Icma.az
close
up
RU
Tbilisidə etirazçılar Melikişvili prospektində qalmaqda davam edirlər

Tbilisidə etirazçılar Melikişvili prospektində qalmaqda davam edirlər

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Çərşənbə axşamı səhər saatlarında polisin Tbilisinin İlya Çavçavadze prospektindən qovduğu bir neçə yüz etirazçı yaxınlıqda, Melikişvili prospektində qalmaqda davam edir.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat məlumat verib.

Vrilən məlumatda: "Etirazçıların qarşısında polis kordonu var, onun arxasında patrul maşınları səfərbər olunub. Nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, lakin insanlar səkilərdə sərbəst hərəkət edə bilirlər. Etirazçılar özlərini sakit aparır, polislə toqquşma yoxdur. Onların gələcək planının nə olduğu məlum deyil", - deyə qeyd edilir. Bununla belə, müxalifətçi Giorgi Vaşadze bildirib ki, müxalifət “səyyar etiraza” başlayır. Onlar polislə qarşıdurmaya girməyəcəklər, əgər onlar yenidən geri çəkilsələr, etirazçılar sadəcə olaraq geri çəkiləcək və dağılmayacaqlar.

Hüquq-mühafizə orqanları çərşənbə axşamı səhər saatlarında nümayişçiləri dağıtmağa başlayıb. Onlar Tfilis Dövlət Universitetinin binası yaxınlığında iki gün mitinq keçirdikləri İliya Çavçavadze prospektindən zorla çıxarılıblar. Daha sonra nümayişçilər Melikişvili prospektinə keçiblər, bundan sonra asayiş keşikçiləri yenidən güc tətbiq etməli olublar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı 16 nəfər saxlanılıb, onlardan 3-ü məhkəməyə gəlmək öhdəliyi əsasında sərbəst buraxılıb.

Ötən bazar günü parlament seçkilərinin nəticələrinə qarşı növbəti etiraz aksiyası əvvəlcə Tiflisdə ali qanunverici orqanın binası yaxınlığında baş tutub.

Parlamentə doğru yürüş edən “Dəyişiklik naminə” koalisiyasının nümayəndələri Çavçavadze prospektində dayanıb mikroavtobuslarla yolu kəsmək qərarına gəliblər. Daha sonra orada mitinq keçirilib. Aksiya iştirakçıları gecəni düz yolun kənarında qurulmuş onlarla çadırda keçiriblər. Könüllülər onları çay, kofe, yemək və ədyalla təmin ediblər. Yerli nəqliyyat qovşağı bağlanıb. Nümayişçilər zibil qutularından və tikinti materialları olan torbalardan barrikadalar qurdular.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarına görə, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 53,93% səslə qalib gələrək qanunverici orqandakı 150 yerdən 89-unu qazanıb. 5 faizlik baryeri müxalifətdən olan “Dəyişiklik Koalisiyası” (11,03 faiz səs, 19 mandat), “Birlik – Milli Hərəkat” (10,17 faiz səs, 16 mandat), “Güclü Gürcüstan” (8,81 faiz səs, 14 mandatı) və “Gürcüstan üçün Qaxariya” (7,78% səs, 12 mandat) partiyaları keçib.

Parlamentə daxil olan bütün müxalifət partiyaları seçkilərin nəticələrini saxta hesab etdikləri üçün nəticələri tanımaqdan imtina ediblər. Noyabrın 4-dən müxalifət liderləri etiraz aksiyaları keçirir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri