Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Tbilisidə etirazlar davam edir...

Tbilisidə etirazlar davam edir...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Görünən reallığın pərdəarxası məqamları

Qonşu Gürcüstanda ötən il parlament və prezident seçkiləri ciddi ajiotajlarla müşayiət olundu. Seçkilər baş tutsa da, Tbilisi kücələrində günlərlə etiraz aksiyaları keçirildi, həbslər baş verdi. Eyni vəziyyət cari il oktyabrın 4-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərlə də bağlı təkrarlanır. Aradan xeyli vaxt ötməsinə baxmayaraq, qonşu ölkə yenə də etirazlarla çalxalanır. Verilən məlumatlara görə son bir neçə gün ərzində Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 60 etirazçını saxlayıb. Onların toplantı və nümayişlərin keçirilməsi qaydalarını pozduqları bildirilir. Patrul polisi dəfələrlə etirazçıları qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, nümayişçilər yenidən yolu bağlayaraq nəqliyyatın hərəkətini pozublar. Daxili İşlər Nazirliyi bir daha etirazçıları qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb, bildirilib ki, əks təqdirdə, qanuni məsuliyyətə cəlb olunacaqlar.

Cəmiyyətdə etirazlara sosial sifariş yoxdur

Bəs insanlar, xüsusilə də gənclər niyə hər seçki ərəfəsində etirazlara başlayırlar? Onları küçələrə çıxmağa, saatlarla, bəzən də günlərlə parlament binası önündə dayanmağa, avtomobil yollarını bağlamağa sövq edən amillər nədən qaynaqlanır?

Ötənilki parlament və prezident seçkiləri kimi, yerli özünüidarəetmə orqanlarına oktyabrın 4-də keçirilən seçkilər də artıq tarixdir. Qonşu ölkədə son bələdiyyə seçkiləri 12 siyasi partiyanın iştirakı ilə keçirilib. Onların sırasında “Vətən, Dil, İnam”, “Mühafizəkarlar Gürcüstan üçün”, “Bizim Vahid Gürcüstanımız”, “Azad Gürcüstan”, “Patriotlar Alyansı”, “Güclü Gürcüstan - Lelo”, “Gürcüstan”, “Yaşıl Partiya”, “Xalq hökuməti”, “Gürcüstan üçün Qaxariya”, “Qırçı” və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyaları olub. Bələdiyyə seçkilərində də hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gəliib. “Gürcü Arzusu” partiyasının rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib. “Biz xalqın bu etimadını çox yüksək qiymətləndiririk və bir daha söz veririk ki, bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik”, - deyə Baş nazir İrakli Kobaxidze vurğulayıb.

Aydın məsələdir ki, qonşu ölkədə xalqın iradəsi ilə baş tutan seçkilərin nəticələrinin hansısa bir formada dəyişdirilməsi mümkün deyil. Əslində, seçkilərin nəticələrinə ictimai müqavimət çox zəifdir. Bu, hansısa bir formada yalnız paytaxtda müşahidə edilir. Buradan da aydın olur ki, Tbilisidəki kiçik etirazlar bütövlükdə xalqın sosial sifarişi deyil.

Analitiklər baş verənləri rəsmi Tbilisi ilə Brüssel arasında kəskinləşən münasibətlərin tərkib hissəsi kimi dəyərləndirirlər və burada həqiqət payı böyükdür. Avropa İttifaqı (Aİ) Gürcüstanda Brüsseldən gələn siyasi sifarişləri mütləq qaydada yerinə yetirən bir rejim arzulayır və bu istiqamətdə fəaliyyətlər sərgiləyir. Son illərdə Gürcüstan Aİ-yə üzv qəbul edilməklə şirnikləndirilirdi və bunun müqabilində rəsmi Tbilisidən siyasi oriyentasiyasını dəyişmək tələb olunurdu. “Gürcü Arzusu - Demokratik Gürcüstan” iqtidarı isə ölkənin milli maraqlarını Aİ-yə üzvlüyə qurban verməyəcəyini bəyan etdi. Hakim komanda həmçinin parlamentdə bir sıra milli maraqları hədəfləyən qanunlar qəbul etməklə özünün prinsipial siyasi iradəsini təsdiqləmiş oldu. Buna görə də son illərdə rəsmi Tbilisi ilə Brüssel arasında ixtilaflar yaşanır  və münasibətlər müxtəlif istiqamətlərdə pisləşməkdə davam edir. Qonşu ölkədə görünən reallığın pərdəarxası məqamları məhz bu amildən qaynaqlanır.

Aİ-yə yol bağlanır

Gürcüstanla Aİ arasında münasibətlərin kəskinləşməsi fonunda qarşılıqlı ittihamlar da səngimir. Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib ki, Gürcüstan hakimiyyətinin son dövrlərdə qəbul etdiyi bir sıra qanunlar Aİ prinsiplərinə və dəyərlərinə ziddir və bu səbəbdən ölkənin ittifaqa üzvlük perspektivi təhlükə altına düşüb.

Səfirin sözlərinə görə, Aİ Gürcüstana namizəd statusu verməklə onun üzvlüyünə yol açıb, lakin bu yol yalnız Aİ qanunvericiliyinə uyğun islahatların aparılması ilə mümkündür. “Bunun baş verməsi üçün Gürcüstan tədricən bizdən birinə çevrilməlidir və bunun üçün əsas şərt Aİ-də mövcud qanun və qaydaların qəbul edilməsidir. Təəssüf ki, 2023-cü ilin dekabrından etibarən Gürcüstan hakimiyyəti əks istiqamətdə hərəkət edir və Aİ prinsiplərinə zidd qanunlar qəbul edir”, - deyə səfir bildirib.

Herçinski vurğulayıb ki, “Xarici təsirin şəffaflığı haqqında qanun” və “Xarici agentlər haqqında akt” kimi qanunların Avropa qanunvericiliyi ilə heç bir ortaq cəhəti yoxdur. Fikirlərinə davam edən səfir vurğulayıb: “Bu, acı bir reallıqdır. Son bir ildə qəbul edilən bir çox qanun - şəffaflıq, qrantlar, yayım və digər sahələr üzrə dəyişikliklər - Aİ-nin qurulduğu prinsiplərə ziddir. Bunu demək mənim üçün çətindir, amma Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın dediyi kimi, bu qanunlarla Gürcüstanın Aİ üzvü olması qeyri-mümkün olacaq”.

Eyni zamanda, hazırda Gürcüstanla Aİ arasında viza rejiminin dəyişdirilməsi də müzakirə mövzusudur. “Avropa Komissiyası ilin sonuna kimi Gürcüstanla viza rejiminin dəyişdirilməsi və ayrı-ayrı şəxslərə qarşı sanksiyalarla bağlı öz təkliflərini hazırlayacaq”. Bu barədə Aİ ölkələrinin Xarici Əlaqələr Şurasının yekunlarına həsr olunmuş mətbuat konfransında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası ilin sonuna qədər viza rejiminin dayandırılması mexanizmi ilə bağlı hesabat təqdim edəcək, yeni viza tənzimləməsi isə noyabrda qüvvəyə minəcək.

Brüsselin təzyiq cəhdləri qəbuledilməzdir

Gürcüstan hakimiyyəti isə Aİ-yə üzvlük prosedurundan ölkəyə münasibətdə təzyiq vasitəsi kimi istifadə edilməsinə qarşıdır. Hakimiyyət milli maraqlara əsaslanan siyasi kursa sadiqliyini bəyan edir. Baş nazir İrakli Kobaxidze Avropa Komissiyasının qrant siyasəti ilə bağlı sualı cavablandırarkən bildirib ki, Gürcüstan hökuməti Avropa İttifaqının ölkəyə münasibətinin dəyişəcəyinə ümid bəsləyir. O, Aİ-nin Gürcüstanla bağlı siyasətinə yenidən baxılacağını və qurumun son nəticədə gürcü xalqına qarşı düzgün siyasətlə razılaşacağını söyləyib. Baş nazir vurğulayıb ki, bəzi qüvvələr Gürcüstanda sabitliyi pozmaq cəhdlərində birbaşa iştirak edirlər: “Biz görürük ki, müəyyən şəxslər və qüvvələr Gürcüstanda inqilab təşkil etməyə cəhd göstərirlər. Bu, Avropa İttifaqının obyektiv maraqlarına xidmət etməyən siyasətdir”, - deyə İ.Kobaxidze əlavə edib.

İ.Kobaxidze qeyd edib ki, Gürcüstan hökuməti ölkənin suverenliyini və milli maraqlarını qorumaqda qətiyyətlidir və tərəfdaşlarla münasibətlərdə qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanmaqda israrlıdır.

Aİ-yə etiraz açıqlaması həmçinin Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilidən gəlib. O bildirib ki, Avropa İttifaqının vizasız rejimin ləğvi ilə bağlı təhdidləri əsassızdır. “Hamı aydın gördü ki, vizasız gediş-gəlişin ləğvi barədə danışmaq və bununla Gürcüstana təzyiq göstərmək əsassızdır. Avropa İttifaqı bir qələmlə vizasız rejimi siyasət alətinə çevirməyə hazır deyil”, - deyə Boçorişvili bildirib.

Nazirin sözlərinə görə, Aİ-də bu ideyanın həyata keçirilməsinə kifayət qədər dəstək yoxdur və vizasız rejimin dayandırılması istiqamətində konkret addım atılması gözlənilmir.

EPDE-nin “saxta müşahidəçilər” siyahısı

Həmçinin Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Demokratik Seçkilər Platformasının (EPDE) son bəyanatını əsassız və seçki prosesinə zərbə vurmaq cəhdi kimi dəyərləndirib.  Bildirilib ki, EPDE-nin təkrarlanan ittihamları təşkilatın obyektivliyinə dair suallar doğurur.

Komissiyanın açıqlamasına görə, EPDE-nin MSK-ya ünvanladığı müraciətlər seçki administrasiyasının səlahiyyətlərini şübhə altına qoyur. MSK vurğulayır ki, seçki müşahidəçilərinin qeydiyyatı meyarları və onların hüquqları açıq şəkildə müəyyən edilib və bu məlumatlar komissiyanın rəsmi saytında yerləşdirilib.

MSK EPDE-nin “saxta müşahidəçilər” siyahısını da tənqid edib və həmin siyahıda yer alan şəxslərin bəzilərinin yalnız peşəkar, texniki qiymətləndirmə apardığını, digərlərinin isə missiya çərçivəsində heç bir qiymətləndirmə aparmadığını bildirib.

Açıqlamada qeyd olunur ki, beynəlxalq təcrübədə digər ölkələrin seçki administrasiyalarının qarşılıqlı şəkildə müşahidə missiyalarını göndərməsi adi haldır və ötən il EPDE özü belə bir müşahidə missiyasının iştirakı ilə bağlı heç bir etiraz etməyib. MSK EPDE-dən niyə indi bu məsələnin problemə çevrildiyini izah etməyi tələb edir.

Komissiyadan vurğulanıb ki, 4 oktyabr seçkiləri həm yerli, həm də beynəlxalq müşahidə təşkilatları tərəfindən izlənilib və seçkilərin nəticələri siyasi partiyalar tərəfindən tanınıb.

Gürcüstan Avronestə “yox” deyir

Bundan başqa, Gürcüstan 28-30 oktyabr tarixlərində Avronestin Parlament Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməkdən imtina edib. Gürcüstan KİV-i xəbər verir ki, parlamentin Avrointeqrasiya Komitəsinin sədri Levan Maxaşvili Avronestin rəhbərliyinə açıq məktubla müraciət edərək, bu qərarın səbəbini bəzi Avropa Parlamenti deputatlarının düşmən ritorikası və onların Tbilisidəki etiraz aksiyalarına qoşulmasının qarşılıqlı hörmət prinsiplərinə zidd olması və parlament diplomatiyası çərçivəsindən kənara çıxması ilə izah edib.

Məktubda o qeyd edib ki, Avronest Assambleyasındakı Avropa Parlamentinin nümayəndə heyətinin bəzi üzvləri “ölkədə ictimai iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq edən” bəyanatlar veriblər.

“Bu şəxslərə tribuna verməklə Avronest qeyri-demokratik davranışı təşviq edir, həmçinin zorakı və ya radikal siyasi proqramları əsaslandırır”, - deyə məktubda vurğulanıb.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see732

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see696

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see695

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see508

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see492

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see342

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri