Tbilisidə etirazların 12ci günü Mərkəzi prospekt bağlandı
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Tbilisidə 12-ci gündür Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb.
Aksiya hazırda dinc şəraitdə keçirilir. Əraziyə əlavə polis qüvvələri hələ cəlb olunmayıb.
Etirazçıların əsas tələbləri yeni parlament seçkilərinin keçirilməsi və aksiyalar zamanı saxlanılan bütün şəxslərin azadlığa buraxılmasıdır.

