Tbilisidə metro və qatarların hərəkəti dayandı Yenilənib
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanda yenidən elektrik enerjisinin verilişində genişmiqyaslı fasilə yaranıb.
“Qafqazinfo” “Bm.ge” portalına istinadən xəbər verir ki, ölkənin bəzi bölgələrində Bakı vaxtı ilə 08:10-dan etibarən işıqlar sönüb.
TASS isə hazırda paytaxt Tbilisi,eləcə də Ozurgeti, Poti və Rustavidə işıq olmadığını açıqlayıb.
Məsələ ilə bağlı hələ rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, bundan əvvəl iyulun 24-nə keçən gecə Tbilisi və Gürcüstanın bir sıra bölgələrində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.
***
“Sputnik Gürcüstan”ın məlumatına görə, Tbilisidə elektrik enerjisinin verilişində fasilə yaranmasına görə metronun fəaliyyəti dayanıb.
Bununla yanaşı, hazırda Gürcüstan Dəmir Yollarının qatarlarının hərəkəti də dayandırılıb.
Həmçinin məsələ ilə bağlı paytaxtın bəzi hissələrində suyun verilişində problem yaranıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 İyul 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















