Icma.az
close
up
RU
“Qızlarımı Azərbaycanda böyütmək rahatdır” Kadi Borgesin həyat yoldaşının ə MÜSAHİBƏSİ + FOTO

“Qızlarımı Azərbaycanda böyütmək rahatdır” Kadi Borgesin həyat yoldaşının ə MÜSAHİBƏSİ + FOTO

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Samara Qonsalveş - “Qarabağ” futbol klubunun aparıcı oyunçularından biri olan Kadi Borgesin həyat yoldaşıdır. O, artıq bir neçə ildir ki, ərinin və uşaqlarının yanında Azərbaycan­da yaşayır, təbii ki, qısa müddətlik fasiləni nəzərə almasaq.

Braziliyalı futbolçu ilk dəfə Ağdam klubunda 2021-2022 mövsümündə çıxış edib və həmin dövrdə 28 qol vurub. Bundan sonra onunla komandanın yolları bir müddətlik ayrılıb. Lakin bu ilin fevralında futbolçu “Qarabağ”a geri dönüb və bu xəbər azarkeşləri çox sevindirib.

Samara da əri ilə birlikdə yenidən Bakıya qayıdıb. Azərbaycan onun üçün doğma ölkəyə çevrilib: o, Kadi Borgeslə burada ailə qurub, cütlüyün iki qızı da məhz Bakıda dünyaya gəlib.

İdman.Biz Samara Qonsalveşlə futbol, Azərbaycandakı həyatı və Kadi Borgeslə tanışlığı barədə söhbətləşib.

- Sizin haqqınızda çox az məlumat var...

- Mən Braziliyanın cənubundakı Kuritiba şəhərində, Parana ştatında anadan olmuşam. Səyahət etməyi, ailəmlə vaxt keçirməyi, idman zalına getməyi və yeni yerləri, mədəniyyətləri kəşf etməyi çox sevirəm.

- Adınız çox gözəl və qeyri-adi səslənir. Onun müxtəlif mənalar daşıdığını bilirsinizmi?

- Bu adı mənə anam qoyub - sadəcə, xoşuna gəlib. Düzünü desəm, onun mənşəyi ilə heç vaxt maraqlanmamışam. Amma biz ərimlə Rusiyada yaşadığımız dövrdə maraqlı bir şey öyrəndim: orada mənim “şərəfimə” adlandırılan şəhər, avtomobil markası və hətta bir futbol komandası var idi. Kadi o komandaya qarşı oynamışdı (gülür).

- Yeri gəlmişkən, həyat yoldaşınızla necə tanış olmusunuz?

- Mən Kadini sosial şəbəkə vasitəsilə tanımışam. O zaman o, Portuqaliyada, mən isə Braziliyada yaşayırdım. Hər şey onun mənə göndərdiyi bir mesajla başladı. Zamanla aramızda hisslər yaranmağa başladı. Təxminən bir il onlayn yazışdıq. Sonra Kadi Braziliyaya gəldi və biz ilk dəfə orada görüşdük. Həmin an anladım ki, o, mənim üçün təkdir. Sonra bir müddət ayrı yaşadıq. Lakin onu Azərbaycana dəvət etdikdə qərara gəldik ki, mən də onunla gedim. O vaxtdan bəri ayrılmamışıq. Mən və Kadi Azərbaycanda ailə qurduq və burada gözəl bir ailə yaratdıq. Qızlarımızın hər ikisi də Bakıda doğulub.

- Ərinizlə tanış olmamışdan əvvəl futbolla maraqlanırdınızmı?

- Açığı, futbola heç vaxt xüsusi marağım olmayıb, oyunun qaydalarını da yaxşı bilmirdim. Kadi ilə tanış olmamışdan əvvəl futbol stadionunda cəmi bir dəfə olmuşdum. Amma onunla münasibətlərimiz başlayandan sonra hər şey dəyişdi. Futbola daha çox maraq göstərməyə və onu anlamağa başladım. İndi isə futbol həyatımın ayrılmaz bir hissəsidir.

- İndi ərinizin bütün oyunlarına baxırsınız?

- Əlbəttə! “Qarabağ”ın bütün oyunlarını izləyirəm və fürsət düşdükcə stadionda da oluram. Oyunlara baxmaq hər zaman həyəcanlıdır, amma bu, çox gözəl bir hissdir. Matçlardan əvvəl həmişə Kadiyə uğurlar arzulayıram və hər şeyin yaxşı keçməsi üçün dua edirəm. Onun arzularını gerçəkləşdirdiyini görmək mənə böyük sevinc verir. “Qarabağ”ın hər qələbəsi bizim - azarkeşlərin də sevincidir.

Samara Qonsalveş və Kadi Borxes Qəbələdə

- Futbolla bağlı ailənizdə xüsusi ənənələr varmı?

- Xüsusi bir ənənəmiz yoxdur, amma böyük qələbələrdən sonra bəzən birlikdə restorana gedib axşam yeməyi yeyirik.

- Azərbaycana gələcəyinizi ilk dəfə eşidəndə reaksiyanız necə oldu?

- Əslində, əvvəlcə bir qədər narahat idik, çünki ölkə haqqında çox az məlumatımız var idi. Axı Azərbaycan bizim doğulduğumuz yerlərdən çox uzaqdadır. Biz ölkə barədə araşdırmağa başladıq, burada olmuş braziliyalılarla danışdıq. Onların dediklərinə əsasən, Bakı çox müasir, dinamik və maraqlı şəhərdir. Buna görə də bu macəraya çıxmağa qərar verdik.

- Adaptasiya prosesi çətin olmadı ki?

- İlk vaxtlar bir qədər həyəcanlı idim, çünki hər şey yeni idi. Amma deməliyəm ki, çox yaxşı uyğunlaşdım. Artıq uzun müddətdir burada yaşayırıq və gündəlik həyatımızı tam şəkildə qurmuşuq. Qızım Bakıda beynəlxalq məktəbdə oxuyur və o da yaxşı uyğunlaşıb. Azərbaycanda qızlarımı böyütmək mənim üçün çox rahatdır: burada təhlükəsizlik yüksək səviyyədədir və insanlar uşaqları çox sevirlər. Bundan əlavə, mənə qızlarla kömək edən bir nəfər var, buna görə günümü yaxşı planlaşdıra bilirəm.

- Azərbaycanda dostlar tapa bildinizmi?

- Bəli! Burada həm azərbaycanlılar, həm də burada yaşayan braziliyalı ailələr arasında çoxlu dostlarımız var. Tez-tez birlikdə yeməyə və ya qəhvəyə toplanırıq.

- Azərbaycanda ən çox nəyə vurulmusunuz?

- Mən Azərbaycanda çox şeyləri sevirəm, birini seçmək çətindir. Əvvəla, buradakı insanlar çox mehriban və qonaqpərvərdir. Azərbaycan mətbəxinə də vurulmuşam, xüsusən də çörəyə. Adını bilmirəm, amma içi elə yumşaq və havalı olur ki! Və, əlbəttə, çay – tamamilə ürəyimi fəth edib. Hər gün içirəm. Etiraf edim, əvvəllər öyrəşmək çətin idi, amma indi onsuz yaşaya bilmirəm.

Bir də qeyd etmək istəyirəm ki, Bakı çox gözəl şəhərdir! Burada çoxlu pişik var və insanlar onlara qayğı göstərir. Bu da şəhəri sevməyimin səbəblərindən biridir. Axı mənim özümün də sevimli pişiyim var – Teodoro adlı, onu Macarıstandan bura gətirmişəm. Ümumiyyətlə, Bakı məni həqiqətən heyran edib. Bir neçə ölkədə yaşamışam və tam əminliklə deyə bilərəm ki, Bakı mənim ən sevdiyim şəhərdir. Buraya qayıtdığımız üçün çox xoşbəxtəm.

Teodoro

- Sizcə, Braziliya və Azərbaycan mədəniyyətləri arasında oxşarlıq varmı?

- Məncə, bu iki mədəniyyət tamamilə fərqlidir. Amma bu, əladır! Mən həm Braziliya, həm də Azərbaycan mədəniyyətini çox sevirəm. Əlbəttə, bəzən vətənimi, xüsusilə də milli yeməklərimizi darıxıram. Amma bu, problem deyil, çünki Azərbaycan mətbəxi də, dediyim kimi, çox gözəldir.

- Ən sevdiyiniz braziliya yeməyi hansıdır?

- Çurrasko. Bu, braziliya barbeküsüdür. Biz, braziliyalılar, odda ət bişirməyi çox sevirik və tez-tez bir araya gəlib belə axşamlar təşkil edirik.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Oktyabr 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri