Icma.az
close
up
RU
Pakistan yenidən Əfqanıstanı HƏDƏF ALDI Ölən və yaralananlar var

Pakistan yenidən Əfqanıstanı HƏDƏF ALDI Ölən və yaralananlar var

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Pakistan ordusu Əfqanıstanın Paktika vilayəti ərazisinə hava hücumları həyata keçirib.
Bizim.Media “Al Jazeera” nəşrinə istinadən xəbər verir ki, bu zərbələr nəticəsində azı 10 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Hadisə iki günlük atəşkəs dövrünün sona çatmasına və sərhəddə iki günlük nisbi sakitliyin pozulmasına səbəb olub.
Əfqan rəsmiləri bildiriblər ki, zərbələr cümə günü gecə Paktika vilayətinin üç müxtəlif məntəqəsinə endirilib.
 

Adının açıqlanmasını istəməyən yüksək rütbəli Taliban rəsmisi AFP-yə deyib: “Pakistan atəşkəsi pozub və Paktikada üç bölgəni bombalayıb. Əfqanıstan cavab verəcək.”


Vilayət xəstəxanasından bildirilib ki, hücum nəticəsində 10 mülki şəxs, o cümlədən iki uşaq həyatını itirib, 12 nəfər isə yaralanıb.
Hava zərbələrindən sonra Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verərək bildirib ki, hər iki ölkənin nümayəndələri Doha şəhərində böhran danışıqları aparacaq:
“Söz verdiyimiz kimi, Pakistan tərəfi ilə danışıqlar bu gün Dohada keçiriləcək.”
O əlavə edib ki, danışıqlarda iştirak etmək üçün Müdafiə naziri Molla Məhəmməd Yaqubun rəhbərlik etdiyi yüksək səviyyəli Əfqanıstan nümayəndə heyəti Dohaya yola düşüb.
Eyni zamanda Pakistan dövlət televiziyası da xəbər verib ki, ölkənin müdafiə naziri Xavaca Asif və kəşfiyyat rəhbəri General Asim Malik danışıqlar üçün Dohaya səfər edəcəklər.
Hadisənin idman aləminə də acı təsiri olub...
Əfqanıstan Kriket Şurası (ACB) açıqlayıb ki, hava hücumları nəticəsində bölgədə turnirdə iştirak edən üç kriketçi və daha beş nəfər həyatını itirib, yeddi nəfər yaralanıb. Şura hadisəni “Pakistan rejiminin qorxaq hücumu” adlandırıb və bildirib ki, kriketçilər Şarana şəhərində dostluq matçından qayıdarkən Urgun rayonunda “yığıncaq zamanı hədəfə alınıblar”.
ACB hadisəni “Əfqanıstanın idman ictimaiyyəti üçün böyük itki” adlandırıb və gələn ay keçiriləcək Pakistanı da əhatə edən Tri-Nation T20I turnirindən geri çəkildiyini elan edib.
 

Pakistan tərəfi isə hücumları müdafiə xarakterli adlandırıb. Rəsmi mənbələrə görə, ordu Əfqanıstanla sərhəd bölgəsində Hafiz Gül Bahadur Qrupuna qarşı “dəqiq hədəfli hava əməliyyatları” həyata keçirib. İslamabad iddia edir ki, həmin qrup Pakistan Talibanı (TTP) ilə əlaqəlidir və yaxın günlərdə ölkənin tayfa bölgəsində yerləşən hərbi düşərgəyə edilən intihar hücumuna görə məsuliyyət daşıyır. Həmin hücumda 7 Pakistan hərbçisi həlak olmuşdu.


Qeyd edək ki, Pakistan uzun müddətdir Əfqanıstanı TTP kimi silahlı qrupları himayə etməkdə ittiham edir, Taliban hökuməti isə bu iddiaları qəti şəkildə təkzib edir.
Sərhəd boyunca qarşıdurmalar son bir həftə ərzində kəskinləşib. Bu, Taliban liderlərinin Hindistana səfəri ilə eyni günlərdə Kabildə baş verən partlayışlardan sonra baş verib. Taliban bundan sonra Pakistanla cənub sərhədində hərbi əməliyyatlara başlayıb, İslamabad isə “güclü cavab veriləcəyini” bəyan edib.
Çərşənbə günü başlanan 48 saatlıq atəşkəsin məqsədi zorakılığı dayandırmaq idi.
Pakistan bildirib ki, atəşkəs 48 saat davam edəcək, Əfqanıstan tərəfi isə bu razılaşmanın yalnız Pakistan pozduğu təqdirdə bitəcəyini açıqlamışdı.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:380
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Oktyabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri