TBMM üzvü Mustafa Destici: Hər iki dövlət Şuşa Bəyannaməsinin maddələrinə ən yüksək səviyyədə əməl edirlər
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Qarabağ Zəfərinin beşinci ildönümü münasibətilə başda cənab prezident İlham Əliyev olmaqla, bütün Azərbaycan xalqını təbrik edirəm".
Oxu.Az xəbər verir ki, bunu Türkiyənin hakim Cümhur İttifaqında təmsil olunan Böyük Birlik Partiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Destici Bakıya səfəri çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.
O, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olduğunu, bundan sonra da iki ölkənin bir-birinin yanında olmağa davam edəcəyini bildirib:
"Əbəs deyil ki, hər iki dövlət Şuşa Bəyannaməsinin maddələrinə ən yüksək səviyyədə əməl edirlər. Türk Dövlətləri Təşkilatı (TDT) da bu istiqamətdə nüfuzunu artırmaqdadır. İki ölkə lideri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev isə təşkilatın irəliləməsində əsas iki nümunəvi liderlərdir. Hər iki prezidentimizə buna görə təşəkkür edirik. Onların TDT-ni daha güclü gələcəyə daşıyacaqlarına da inanırıq".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 03 Noyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















