Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

TDT nin 12 ci Zirvə Görüşü Türk dünyasının məsuliyyət, qarşılıqlı əməkdaşlıq və praqmatizm fəlsəfəsini ifadə edir ŞƏRH

TDT nin 12 ci Zirvə Görüşü Türk dünyasının məsuliyyət, qarşılıqlı əməkdaşlıq və praqmatizm fəlsəfəsini ifadə edir ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də “Regional sülh və təhlükəsizlik” devizi altında Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü Türk dünyasında yeni əməkdaşlıq modelinin formalaşmasında mühüm mərhələ oldu. İlk dəfə bu miqyasda səsləndi ki, Türk birliyi təkcə tarixi və mədəni irs deyil, həm də Avrasiyanın gələcəyini müəyyən edə biləcək siyasi və iqtisadi sistem kimi formalaşır. Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının artıq ortaq köklərə və müasir maraqlara əsaslanaraq sülh və inkişafın yeni arxitekturasını quran müstəqil geosiyasi mərkəzə çevrildiyini nümayiş etdirdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Son illərdə TDT-nin humanitar platformadan beynəlxalq siyasətin tamhüquqlu institutuna qədər inkişaf yolu keçdiyini bildirən deputat 2009-cu ildə Türk Dövlətləri Şurasının yaradılmasının bu prosesin başlanğıcı olduğunu, 2021-ci ildə təşkilatın Türk Dövlətləri Təşkilatı adlandırılmasının isə onun fəaliyyətinə strateji istiqamət və siyasi dinamizm qazandırdığını diqqətə çatdırıb. Hazırda təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir. Macarıstan və Türkmənistan müşahidəçi kimi iştirak edir ki, bu da Türk əməkdaşlığının coğrafiyasını genişləndirir və onun Avrasiya məkanındakı nüfuzunu artırır. Qeyd olunub ki, TDT-nin institusional yetkinliyi onun sabit idarəetmə sisteminin formalaşmasında əks olunur. Dövlət Başçıları Şurasından tutmuş Katibliyə və ixtisaslaşmış qurumlara qədər bir strukturu formalaşıb. Təşkilatla sıx əlaqədə fəaliyyət göstərən TÜRKPA, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də Türk İnvestisiya Fondu ortaq layihələrin maliyyə əsasını təmin edir. Bu institusionallaşma prosesi TDT-ni beynəlxalq siyasətin daimi subyektinə çevirərək, onu müvəqqəti məsləhətləşmə platforması olmaqdan çıxarır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında vurğulayıb ki, “Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır”. Dövlətimizin başçısı bildirib ki, ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Bu fikirlər yeni reallığı əks etdirir — Türk kimliyi ilə birləşmiş ölkələr parçalanmış beynəlxalq düzənə alternativ təklif edən müstəqil siyasi güc mərkəzinə çevrilir.

S.Fətəliyevanın sözlərinə görə, Zirvə Görüşünün əsas mövzusu — regional təhlükəsizliyin möhkəmləndirilməsi — konkret məzmun kəsb edib. Qeyd olunub ki, təhlükəsizlik və inkişaf bir-biri ilə sıx bağlı anlayışlardır: sabitlik və qarşılıqlı etimad olmadan nə iqtisadi yüksəliş, nə də humanitar əməkdaşlıq mümkündür. Bu kontekstdə Azərbaycan 2026-cı ildə TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təşəbbüs hərbi xarakter daşımır, əksinə, preventiv və koordinasiyaedici məqsəd daşıyır: ortaq təhlükələrə kollektiv cavab mexanizmlərinin yaradılmasını və müdafiə sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Beləliklə, TDT həmrəyliyə dair bəyanatlardan real təhlükəsizlik alətlərinə keçid mərhələsinə qədəm qoyur.

“Müzakirələrin mühüm istiqamətlərindən biri enerji və logistika sahələri oldu — bu iki sütun Türk dünyasını vahid iqtisadi sistemə bağlayır. Azərbaycan əlverişli coğrafi mövqeyi ilə Mərkəzi Asiya, Qafqaz və Avropa arasında körpü rolunu oynayır. Prezident İlham Əliyev qeyd etdi ki, türk ölkələri arasında nəqliyyat və kommunikasiya əlaqələri təkcə iqtisadi layihə deyil, həm də birliyin strateji dayağıdır. Çinlə Avropanı birləşdirən Orta Dəhliz TDT-ni yeni Avrasiya logistikasının əsas hissəsinə çevirir. Zəngəzur dəhlizinin inkişafı da böyük əhəmiyyət daşıyır. Xəzərlə Aralıq dənizini birləşdirən bu marşrut təkcə nəqliyyat xəritəsini dəyişmək gücündə deyil, həm də regional sülhün rəmzinə çevrilir: xalqları birləşdirən infrastruktur etimadın alətinə çevrilir. 2022-ci ildən bəri Orta Dəhlizlə daşınan yüklərin həcmi 90 faiz artıb, tranzit müddətləri isə iki dəfə azalıb. Bütün bunlar Azərbaycanın Avrasiyanın logistika və enerji mərkəzi kimi rolunu daha da gücləndirir. 12-ci Zirvə Görüşündə bərpaolunan enerji məsələsinə xüsusi diqqət yetirildi. Azərbaycan “yaşıl” enerjiyə keçid strategiyasını təqdim etdi: 2030-cu ilə qədər ölkədə elektrik enerjisinin 40 faizi günəş, külək və su mənbələrindən əldə olunacaq. TDT çərçivəsində Mərkəzi Asiyadan Avropaya qədər uzanan “yaşıl enerji dəhlizi” layihəsi reallaşdırılır. Bu istiqamət regionun enerji müstəqilliyini artırmaqla yanaşı, türk dövlətlərini müasir, texnoloji və ekoloji baxımdan məsuliyyətli qlobal oyunçular kimi təqdim edir.

Zirvə Görüşündə humanitar əməkdaşlıq, təhsil, rəqəmsallaşma və gənclər siyasəti kimi məsələlər də müzakirə olundu. Prezident İlham Əliyev 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin 2026-cı ildə TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif etdi. Bu təşəbbüs Azərbaycanın tarixi və mədəni missiyasının davamlılığını, onun türk dünyasının intellektual mərkəzi kimi rolunu bir daha təsdiqləyir.

İşğaldan azad edilmiş ərazilərin postmüharibə dövründə bərpası da xüsusi diqqət mərkəzində oldu. Prezident İlham Əliyev qardaş ölkələrin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Füzulidə Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi (Özbəkistan və Qazaxıstan tərəfindən), Ağdamda Manas adına məktəb (Qırğızıstanın dəstəyi ilə) artıq fəaliyyət göstərir. Macarıstan Cəbrayılda məktəb inşa edir, Türkiyə şirkətləri yollar, körpülər və tunellər tikir, Türkmənistan isə Füzuli məscidinin inşasında iştirak edir. Bu təşəbbüslər qardaşlıq həmrəyliyinin və ortaq inkişaf fəlsəfəsinin real təcəssümüdür.

12-ci Zirvə Görüşü nəticəsində qəbul edilən Bəyannamə TDT-nin fəaliyyətinə uzunmüddətli strateji istiqamət verdi. “Türk Görüşü–2040” proqramının icrası üçün fəaliyyət planı təsdiqləndi, ortaq nəqliyyat, rəqəmsal və enerji infrastrukturunun inkişafı, habelə fövqəladə hallara cavab verən vahid mexanizmin yaradılması qərara alındı. Türk İnvestisiya Fondunun səlahiyyətləri genişləndirildi — o, artıq sənaye və enerji ilə yanaşı, yaşıl texnologiyalar sahəsində də layihələr maliyyələşdirəcək. 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə razılıq əldə olunması üzv dövlətlər arasında artan etimadın və koordinasiyanın göstəricisidir.

Qəbələdə keçirilən Zirvə Görüşünün əhəmiyyəti konkret qərarlarla məhdudlaşmır. Həmin toplantı Türk dünyasının yeni siyasi fəlsəfəsini — məsuliyyət, qarşılıqlı əməkdaşlıq və praqmatizm fəlsəfəsini ifadə edir. TDT artıq təkcə mədəni qardaşlıq platforması deyil, qarşılıqlı hörmət və suveren seçim prinsiplərinə əsaslanan kollektiv təhlükəsizlik və iqtisadi inkişaf sisteminə çevrilir. Qlobal qüvvə mərkəzlərinin yenidən formalaşdığı bir dövrdə belə bir regional həmrəylik modeli beynəlxalq sabitliyə yeni nəfəs gətirir.

Qəbələ–2025 Zirvə Görüşü, Türk dövlətlərinin birliyinin təsdiqi ilə yanaşı, bu birliyin gələcəyə yönəlmiş real layihələrlə, güclü siyasi iradə və strateji iqtisadi baxışla möhkəmləndirildiyi mühüm mərhələ kimi yadda qaldı. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə bir daha sübut etdi ki, onun liderliyi sözlə deyil, əməli nəticələrlə ölçülür və regionda sabitliyin, əməkdaşlığın formalaşmasına xidmət edir”, - deyə S.Fətəliyeva bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see208

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see155

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri