Icma.az
close
up
RU
TDT nin qeyri rəsmi Zirvə görüşü yeni inteqrasiya mərhələsinin təməlidir ŞƏRH

TDT nin qeyri rəsmi Zirvə görüşü yeni inteqrasiya mərhələsinin təməlidir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 may, AZƏRTAC

Hazırda qlobal miqyasda sürətli transformasiyalar baş verir, dünya dəyişir, yeni nizam formalaşır. Belə bir şəraitdə Türk dünyası üçün də mühüm çağırışlar yaranıb. Mayın 21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə aparılan müzakirələr də bu baxımdan önəmlidir. Sammitdə meydana çıxan çağırışlarla bağlı addımların atılması üçün belə Zirvə görüşlərinin keçirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. Yüksəksəviyyəli təmaslar çox olduqca, münasibətlərin dərinləşməsi üçün də daha geniş imkanlar yaranır. Artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, qeyri-rəsmi Zirvə görüşü türk ölkələrinin inteqrasiyası yolunda növbəti uğurlu addım oldu. Zirvə görüşü çərçivəsində liderlər önəmli görüşlər keçirdilər və aktual müzakirələr apardılar. Zirvə görüşündə liderlərin çıxışlarında və imzalanan Bəyannamədə yaranan fürsətlərdən bəhrələnməklə Türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyini özündə ehtiva edən bir sıra mühüm mesajlar verilib. Tədbirdə liderlər yekdil fikir və üst-üstə düşən siyasi iradə ortaya qoyublar.

Pərvin Kərimzadənin fikrincə, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi TDT-nin tarixində yeni bir başlanğıcdır. Bu ənənə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında reallaşıb. Belə ki, TDT-nin dövlət başçılarının ilk qeyri-formal Zirvə görüşü ötən il iyulun 6-da bütün Türk dünyasının mədəniyyət paytaxtı sayılan Şuşada baş tutub. Bu dəfə isə estafet Macarıstana ötürülüb və dost ölkə də tədbirə yüksək səviyyədə hazırlıqlar görüb. Macarıstan TDT-də 2018-ci ildən etibarən müşahidəçi statusuna malikdir. Zirvə görüşü kimi önəmli bir tədbirin təşkilatda müşahidəçi statusu daşıyan ölkədə keçirilməsi TDT tarixində bir ilkdir. Bu, bir tərəfdən qurumun genişlənmə siyasəti ilə bağlıdırsa, digər tərəfdən də dost Macarıstanın Türk dünyasına inteqrasiya səylərinin təsdiqidir. Macarıstanla Türk dünyasını ortaq tarix birləşdirir. Bu ölkə yeni dünya nizamında Türk dünyası ilə daha sıx əlaqələr qurmağa böyük önəm verir və məqsədyönlü fəaliyyətlər ortaya qoymaqla TDT-nin tamhüquqlu üzvü olmağa çalışdığını təsdiqləyir. Burada Macarıstanın da Türk dünyası üçün önəmli bir ölkə olduğunu vurğulamaq yerinə düşər. Bu ölkə Avropa İttifaqının (Aİ) üzvüdür. Rəsmi Budapeşt ölkənin bu statusundan istifadə etməklə Aİ-Türk dünyası əlaqələrinin yeni bir səviyyəyə yüksəlməsinə vəsilə ola bilər. Prezident İlham Əliyev Budapeştin ev sahibliyi etdiyi Zirvə görüşündəki çıxışında Azərbaycanın təşəbbüsünün TDT-də üzv dövlətlər tərəfindən dəstəklənməsindən məmnunluğunu bildirərək vurğulayıb: “Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilmişdir. Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir”.

Deputat qeyd edib ki, Azərbaycan TDT-nin güclənməsinə və onun funksionallığının artmasına davamlı töhfələr verir. Dövlətimizin başçısı Türk dünyasını vahid bir ailə kimi səciyyələndirib. Türk birliyinin ideyadan reallığa çevrilməsində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətləri var. Biz qürur duyuruq ki, TDT-nin yaranmasına aparan yol Naxçıvandan başlayıb. 2009-cu ildə Naxçıvanda keçirilmiş Zirvə görüşündə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi” imzalanıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması üzrə razılığa gəlinib. Bu il isə Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Prezident İlham Əliyev çıxışında liderləri Azərbaycana dəvət edib.

“Hazırda Avropanın Türk dövlətlərinin yerləşdiyi coğrafiyaya böyük ehtiyacı var. Bu, ilk növbədə, resurslarla və geosiyasi reallıqlar fonunda alternativ nəqliyyat bağlantılarına artan tələbatla bağlıdır. Azərbaycan və Mərkəzi Asiyadakı türk ölkələri Avropanın resurslara artan ehtiyaclarını qarşılamaq iqtidarındadırlar. Eyni zamanda, bu coğrafiyadan hər cəhətdən əlverişli və təhlükəsiz olan nəqliyyat bağlantıları keçir. Yüklər Çin sərhədlərindən başlayan Orta Dəhlizlə Mərkəzi Asiyadakı Türk dövlətlərindən keçməklə Xəzər dənizi vasitəsilə Azərbaycana və buradan da Türkiyəyə ötürülməklə Avropaya çatdırıla bilər. Əslində, bu marşrut Azərbaycan Prezidentinin siyasi qətiyyəti əsasında yaradılan müasir infrastruktur sayəsində artıq funksionaldır və daşımalar ilbəil artır. Ölkəmizin təkid etdiyi Zəngəzur dəhlizinin açılması ilə Transxəzər marşrutunun daha bir qolu yaranmış olacaq. Ancaq əlbəttə ki, Avrasiyada inteqrasiyanın dərinləşməsi üçün, ilk növbədə, təhlükəsizlik şərtləri təmin olunmalıdır. Bu isə uzunmüddətli, qalıcı sülhdən keçir. Budapeşt Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda sabitliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.

Budapeştdə imzalanan Bəyannamədə də Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı bir sıra müddəalar öz əksini tapıb. Sənəddə üzv dövlətlərin Türk dövlətləri arasında qarşılıqlı anlaşma, həmrəylik və ortaq gələcəyə hesablanmış əlaqələrin gücləndirilməsi xüsusi vurğulanıb. Bütün bunlar Türk dünyasının birliyinin davamlı olaraq güclənməsinin göstəricisidir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see139

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see139

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri