Icma.az
close
up
RU
“TDT nin yaxın onillikdə üçüncü qütbə çevrilmə ehtimalı var”

“TDT nin yaxın onillikdə üçüncü qütbə çevrilmə ehtimalı var”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Dünyanın aparıcı beyin mərkəzlərinin yanaşma və təhlillərinə görə, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin siyasi, iqtisadi, geopolitik, hərbi məsələləri özündə birləşdirən güclü ittifaqına çevrilməkdədir. Hətta TDT-nin yaxın onillikdə üçüncü qütbə çevriləcəyini düşünənlər də var”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, proseslərin gedişatı bu gözləntinin reallaşma ehtimalının yksək olduğunu göstərir:

“Məncə, onlar bu fikirlərində haqlıdırlar. Səbəbi çox sadədir; hazırda beş dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan Türk Dövlətləri Təşkilatının daimi üzvüdür. Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan isə TDT-də müşahidəçi qismində təmsil olunur. Bu siyasi-iqtisadi və hərbi birlik gələcəkdə Türk dövlətlərinin birləşdirilməsində mühüm rol oynayacaq. Azərbaycan üçün də bu təşkilatın çox böyük əhəmiyyəti var. Çünki coğrafi məkan baxımından Şərqdən Qərbə uzanan bütün kommunikasiya xətləri Azərbaycandan keçir. Ona görə də Azərbaycan regionun lider dövləti qismində çıxış edir.

Dövlətimizin başçısı dəfələrlə öz çıxışlarında Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərin davam etdirilməsinin prioritet məsələ olduğunu diqqətə çatdırıb. Bu təşkilatın Azərbaycan üçün əsas beynəlxalq qurum olduğunu, Türk dünyasından başqa ailəmizin olmadığını vurğulayıb. Digər tərəfdən, Türk dünyası hazırda beynəlxalq münasibətlərin yeni bir güc mərkəzi kimi mühüm önəm daşıyır. Eyni zamanda, TDT çətiri altında olan qardaş ölkələr ciddi geosiyasi və geoiqtisadi çəkiyə malik olması ilə diqqət çəkir. Bunu statistik göstəricilər də təsdiq edir.

Birincisi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əhalisi 173 milyon nəfərdən çoxdur. İkincisi, bu dövlətlərdə ümumi daxili məhsulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi 1,2 trilyon ABŞ dolları təşkil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin payına düşür. Deməli, vahid iqtisadi gücə çevrildikdən sonra hərbi güc də formalaşacaq və Turan Birliyi dünyanın üçüncü ən böyük qütbünə çevriləcək. Güc mərkəzi kimi əsas aktorlardan olacaq”.

Seymur ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri