TCCI: TDT ölkələri arasında ticarət məhdudiyyətləri aradan qaldırılmalıdır
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türk Dövlətləri Təşkilatlarına (TDT) üzv ölkələr arasında ticarət məhdudiyyətləri aradan qaldırılmalıdır.
"Report" xəbər verir ki, bunu Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) Fəxri Prezidenti Mustafa Rıfat Hısarcıkoğlu Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu, ölkələr arasında ticari-iqtisadi əlaqələri inkişaf etdirəcək: "Hazırda bu istiqamətdə ölkələr iş görür. Lakin bu prosesi sürətli aparmalıyıq ki, ticarətimiz inkişaf etsin. Transxəzər keçidlərini daha yaxşı istifadə etməliyik, TANAP-ın potensialını daha da artırmalıyıq, Türkmənistan təbii qazının Avropaya ötürülməsi bizim üçün prioritet mövzular olmalıdır",- deyə o qeyd edib.
M.R.Hısarcıkoğlu əlavə edib ki, türkdilli dövlətlər təhsil sistemlərini sahibkarlığa uyğunlaşdırmalıdır: "Startapları, blokçeyn layihələrini dəstəkləməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 14 Fevral 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















