Icma.az
close
up
RU
“TDT+”: yeni format, türk dünyasının gələcəyə baxış modeli...

“TDT+”: yeni format, türk dünyasının gələcəyə baxış modeli...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələdə səslənən bu təşəbbüs təşkilatı müasir, dinamik və qlobal düşüncəyə əsaslanan bir platformaya çevirir

Təməli 2009-cu ildə qoyulan, müasir vizionunu isə 2021-də qazanmış Türk Dövlətləri Təşkilatı (TDT) qısa zaman kəsiyində regionun ən nüfuzlu siyasi və iqtisadi platformalarından birinə çevrilməyi bacarıb. Uzun illər ərzində dövlətlərin mədəni və tarixi bağlar üzərində qurulan əməkdaşlığı bu gün TDT müstəvisində real siyasi, iqtisadi və təhlükəsizlik mexanizminə çevrilib. Təşkilatın fəaliyyət istiqamətləri təkcə türk dövlətləri arasında əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də yeni dövrün regional inteqrasiya modelinə çevrilmək iddiasını ortaya qoyur.

Son illərdə TDT-nin dinamizmi, onun qısa müddətdə qazandığı şöhrət və imza atdığı mühüm nailiyyətlər beynəlxalq ictimaiyyətin diqqətini bu quruma yönəldib. Artıq TDT regional güc olmaqla yanaşı, qlobal əməkdaşlıq formatlarının formalaşmasında da aktiv rol oynayır. Bu reallıq həm təşkilatın struktur baxımından çevik, həm də siyasi baxımdan dayanıqlı mexanizmlərə malik olduğunu göstərir. Xüsusilə son illərdə keçirilən xarici işlər nazirlərinin görüşlərində koordinasiyalı fəaliyyətin qurulması, fövqəladə hallar zamanı qarşılıqlı yardım mexanizmlərinin hazırlanması, gömrük məsələlərinin koordinasiyası və regional proseslərə vahid mövqe ilə yanaşılması təşkilatın praktiki təsir imkanlarını əyani şəkildə artırır.

Bu tədbirlərin ardınca müzakirəyə çıxarılan yeni bir ideya - “TDT+” formatı artıq təşkilatın yaxın gələcəkdə öz sərhədlərindən kənara çıxma ehtimalını ortaya qoyur, əməkdaşlıq coğrafiyasını genişləndirəcəyinə və qlobal tərəfdaşlıq üçün açıq bir platforma kimi formalaşacağına işarə edir. Qəbələdə keçirilən TDT Dövlət Başçılarının Zirvə Görüşü zamanı adıçəkilən mövzu xüsusi diqqət mərkəzində idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bu toplantı türk dünyasının gələcək inteqrasiya modelinə yeni strateji baxış gətirdi. “TDT+” ideyası isə bu baxışın əsas ifadə forması kimi dəyərləndirilə bilər.

“TDT+” formatı: formal üzvlük sistemini pozmadan yeni tərəfdaşlıq əlaqələri...

Qeyd edək ki, beynəlxalq praktikada “+” formatı müəyyən təşkilatın, ittifaqın və ya regional qurumun öz struktur çevrəsini genişləndirmək, digər dövlət və ya birlikləri əməkdaşlıq çərçivəsinə cəlb etmək məqsədilə istifadə etdiyi diplomatik modeldir. Bu, təşkilatın formal üzvlük sistemini pozmadan, onun təsir dairəsini artırmaq və yeni tərəfdaşlıq əlaqələri qurmaq üçün tətbiq olunur.

Məsələn, ASEAN+3 (Çin, Yaponiya və Cənubi Koreya), G7+, BRICS+, OPEK+ kimi formatlar son illərdə beynəlxalq münasibətlər sistemində uğurla işləyən modellərdir. Bu formatlar vasitəsilə həmin təşkilatlar öz iqtisadi və siyasi imkanlarını yalnız üzvləriylə məhdudlaşdırmır, həm də regiondan kənarda dayanan, lakin ortaq maraqları olan ölkələri əməkdaşlığa cəlb edirlər.

Eyni məntiqlə çıxış etsək, “TDT+” formatı da türk dünyasının əməkdaşlıq coğrafiyasını genişləndirmək, iqtisadi və siyasi tərəfdaşlığın hüdudlarını artırmaq məqsədinə xidmət edəcək. Bu, həm də təşkilatın çevik xarakterini, yəni dəyişən beynəlxalq münasibətlər sisteminə uyğunlaşmaq qabiliyyətini nümayiş etdirir.

Qeyd edək ki, hüquqi baxımdan bu format təşkilatın Nizamnaməsində dəyişiklik tələb etmir, əlavə əməkdaşlıq mexanizmləri və statuslar sistemi yaradır. Belə ki, müşahidəçi statusu (artıq tətbiq olunur - red.), dialoq tərəfdaşı və ya xüsusi əməkdaş ölkə kimi modellər tətbiq oluna bilər.

“TDT+” formatının formalaşma ehtimalları: çoxtərəfli əməkdaşlığın üstünlükləri

Vurğulanan viziona keçid mərhələsi isə fərqli konturlarla izah oluna bilər. Başqa sözlə, “TDT+” formatının rəngarəngliyi ilə bağlı ehtimallara nəzər salsaq, geniş bir mənzərə ilə qarşılaşa bilərik. Belə ki, ilkin variantda TDT+ formatının genişlənmə imkanlarını bölgəsəl amillərlə əlaqələndirmək olar - türk coğrafiyasına yaxın və tarixi, mədəni, coğrafi bağları olan dövlətlər “+” formatının tərəfinə çevrilə bilər. Bu baxımdan, Türkmənistanın tamhüquqlu üzv olması, Macarıstanın müşahidəçi statusu kimi təcrübələr artıq bu istiqamətdə atılmış addımlardır. Bu, həm siyasi, həm də mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki türk dünyasının coğrafi sərhədləri faktiki olaraq Aralıq dənizindən Altaya qədər uzanır və bu məkanda vahid platformanın mövcudluğu regional sabitliyə birbaşa təsir göstərir.

İkinci ehtimal kimi isə yaxın tərəfdaş ölkələrin bu formata daxil olması perspektivi düşünülə bilər - bu, xüsusilə Gürcüstan, Pakistan, Macarıstan, Qətər, Qazaxıstanın qonşu dövlətləri, eləcə də Mərkəzi Asiya ilə ticarət əlaqələrinə malik ölkələri əhatə edə bilər. Bu dövlətlər TDT-nin nəqliyyat, enerji və təhlükəsizlik təşəbbüsləri ilə sıx bağlıdırlar. Məsələn, Gürcüstan Orta Dəhlizin mühüm tranzit hissəsidir, Pakistan isə Türkiyə və Azərbaycanla müdafiə əməkdaşlığında iştirak edir. Belə dövlətlərin “TDT+” formatına daxil edilməsi təşkilatın regional və beynəlxalq çəkisini artırar.

Bir başqa ehtimal kimi Yaxın Şərq, Körfəz ölkələri və digər regionlardan dövlətlərin iştirakı da nəzərdə tutula bilər. Buraya hətta Cənubi Asiya və Afrika regionlarının iqtisadi tərəfdaş kimi cəlb edilməsi də perspektiv kimi ehtimal ola bilər. Məsələn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir və İndoneziya kimi dövlətlər enerji, logistika və investisiya sahələrində türk dünyası ilə əməkdaşlıqda maraqlıdır. Onların “dialoq tərəfdaşı” statusu ilə TDT-yə qoşulması həm iqtisadi, həm də siyasi baxımdan yeni bir geosiyasi körpü yarada bilər. Bu proseslərin hər biri Azərbaycan diplomatiyasının təşəbbüskar xətti ilə tam uzlaşır. Çünki Bakı həmişə açıq əməkdaşlıq, çoxtərəfli tərəfdaşlıq və birgə inkişaf ideyalarını irəli sürüb.

 “TDT+” nə vəd edir?

Yeni formatın tətbiqi artıq dayaqları möhkəmlənməkdə olan TDT-yə bir neçə istiqamətdə ciddi üstünlüklər qazandıra bilər:

- Siyasi baxımdan: Təşkilat beynəlxalq arenada daha çevik və təsirli oyunçuya çevriləcək. Genişlənmiş format vasitəsilə TDT regional problemlərdə vahid mövqe formalaşdıracaq və bu mövqe artıq qlobal təşkilatlar səviyyəsində diqqətlə izlənəcək. Eyni zamanda, “TDT+” diplomatik əməkdaşlıq üçün yumşaq güc platforması rolunu oynayacaq - yəni üzv olmayan, lakin yaxın əlaqələr qurmaq istəyən dövlətlər üçün körpü yaradacaq.

- İqtisadi baxımdan: “TDT+” formatı ticarət dövriyyəsini artıracaq, ortaq investisiya layihələrinin miqyasını genişləndirəcək, vahid gömrük və nəqliyyat siyasətinin tətbiqini asanlaşdıracaq. Təşkilatın ümumi ÜDM göstəricisi daha da artacaq. Bu, TDT-ni dünya iqtisadi blokları arasında mühüm yerlərə qaldıracaq.

- Müdafiə və təhlükəsizlik baxımından: Yeni format üzv və tərəfdaş ölkələr arasında müdafiə koordinasiyasını genişləndirəcək. Birgə təlimlər, fövqəladə hallar zamanı yardım mexanizmləri və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq TDT-nin sabitlik rolunu möhkəmləndirəcək. Azərbaycanın təklif etdiyi birləşmiş təhlükəsizlik mexanizmi ideyası “TDT+” formatı ilə daha praktik çərçivə qazana bilər.

Beləliklə, Qəbələdə keçirilən TDT Dövlət Başçılarının Zirvə Görüşü həm ideoloji, həm də siyasi baxımdan dönüş nöqtəsi sayıla bilər. Burada səsləndirilən təkliflər göstərdi ki, Azərbaycan yalnız təşəbbüskar deyil, həm də bu təşəbbüsləri reallaşdırmaq gücünə malikdir.

Azərbaycan uzun illərdir ki, regionda əməkdaşlıq platformaları yaradır: Mərkəzi Asiya-Qafqaz-Türkiyə üçbucağı, Cənubi Qafqazda sülh platforması, Orta Dəhliz təşəbbüsləri və enerji ittifaqları bunun bariz nümunəsidir. Qəbələ Bəyannaməsində vurğulanan bu ideya Azərbaycanın bütün regionda inteqrasiya edən siyasət yürütməsinin növbəti göstəricisidir. Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edən qarşıdurmalardan uzaq, əməkdaşlığa və qarşılıqlı maraqlara əsaslanan siyasət artıq türk dünyasının əsas siyasi fəlsəfəsinə çevrilir. Bu mənada, “TDT+” formatı Azərbaycanın təşəbbüskarlıq modelinin regional deyil, qlobal səviyyəyə daşınması deməkdir.

Yeni əsrin siyasi, iqtisadi və təhlükəsizlik mərkəzi perspektivi...

Beləliklə, Türk Dövlətləri Təşkilatı XXI əsrin siyasi, iqtisadi və təhlükəsizlik mərkəzlərindən birinə çevrilmək yolundadır. “TDT+” formatı bu inkişafın növbəti mərhələsi sayıla bilər. Bu model vasitəsilə türk dünyası öz sərhədlərindən kənara çıxaraq beynəlxalq əməkdaşlıq üçün açıq, çevik və effektiv bir platforma yaradır.

Azərbaycan isə bu prosesin lokomotivi və ideya mərkəzi olaraq çıxış edir. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində türk dünyası yalnız regional miqyasda deyil, qlobal siyasi arxitekturanın mühüm hissəsinə çevrilməkdədir.

Gələcəkdə “TDT+” formatı vasitəsilə bu təşkilat təkcə türkdilli dövlətlərin deyil, həm də əməkdaşlıq, sabitlik və sülhə sadiq bütün ölkələrin bir araya gəldiyi beynəlxalq təsir mərkəzinə çevrilə bilər. Bir sözlə, “TDT+” - təkcə yeni format deyil, həm də türk dünyasının gələcəyə baxış modelidir: açıq, müasir, dinamik və qlobal düşüncəyə əsaslanan bir platforma şəklində.

Pərviz SADAYOĞLU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see299

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see266

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see263

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see262

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see252

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see250

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see246

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see245

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see243

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see227

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see221

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see220

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see209

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see206

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see206

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see205

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see202

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see188

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see186

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri