Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

Zirə autsayderə qarşı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

“TDT Zirvəsi Azərbaycan və Türk Dünyası üçün yeni perspektivlər açır” Pərvanə Vəliyeva

“TDT Zirvəsi Azərbaycan və Türk Dünyası üçün yeni perspektivlər açır” Pərvanə Vəliyeva

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il oktyabrın 7-də Qəbələ şəhərində keçiriləcən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə görüşü Türk dünyası üçün yeni perspektivlər açır. Türk dünyası birgə irəliyə — sülhə, təhlükəsizliyə, inteqrasiyaya doğru inamla və sürətlə addımlayır.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal geosiyasi mərkəzlərdən biridir. Türk dünyasının ortaq tarixi, mədəni və milli-mənəvi bağları bizi qardaşlıq bağları ilə birləşdirir. Azərbaycan bu strateji yolda konkret hədəflərlə irəliləyir. Məsələn, ölkəmiz TDT Katibliyinə 2 milyon ABŞ dolları məbləğində ianə ayırıb. Ağsaqqallar Şurasına ianələr edib, bütövlükdə təşkilata üzv dövlətlərə 20 milyon ABŞ dolları həcmində sərmayə yatırıb. Bu, təşkilatın möhkəmlənməsi üçün ciddi maliyyə dəstəyidir.

Daxili siyasi və iqtisadi sabitlik, gənc və dinamik əhali, nəqliyyat-logistika infrastrukturunda sürətli inkişaf və artan hərbi potensial Azərbaycanı TDT çərçivəsində ön planda saxlayır. Bu faktorlar onu yalnız regionun deyil, bütün türk dünyasının önəmli aktoruna çevirir.

Prezident Əliyev vurğuladı ki, sülh və təhlükəsizlik hər bir dövlətin inkişafının təməlidir. Naxçıvan Sazişində TDT-nin əsas məqsədləri sırasında sülh və təhlükəsizlik xüsusi yer alıb. Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsi və bu gün “Regional sülh və təhlükəsizlik” mövzusunda tədbir türk dövlətlərinin vahid və güclü mövqeyini göstərir. Hərbi-texniki əməkdaşlıq da TDT ölkələri üçün prioritetdir.

Prezident vurğuladı ki, Türkiyə ilə bu sahədə əlaqələr güclüdür: yalnız son bir ildə 25-dən çox birgə hərbi təlim keçirilib. O, 2026-cı ildə Azərbaycanda Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsini təşəbbüs olaraq irəli sürdü. Bu, türkdilli ölkələr arasında müdafiə və hərb sahəsində inteqrasiyanın gücləndirilməsinə gətirib çıxaracaq.

Prezident İlham Əliyev xatırlatdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində azərbaycanlıların qələbəsi və 2023-cü ildə aparılan əks-terror əməliyyatları nəticəsində torpaqların işğaldan azad edilməsi yalnız milli iradə ilə deyil, həm də tarixə hörmətlə bağlıdır. Bu, suverenliyi tam bərpa edən, ədaləti təmin edən addımdır. Vaşinqtonda Ağ Evdə Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşması da bu hədəfin məntiqi davamıdır. Prezident qeyd etdi ki, Azərbaycanın yolunda durmaq mümkün deyil: işğalçı torpaqlardan qovulub, ədalətli sülh qurulub və bu, türkdilli dövlətlər üçün ümid mənbəyidir. Vaşinqton zirvəsində əldə edilmiş razılaşmalar Zəngəzur dəhlizini açmağa imkan verəcək. Bu dəhliz həm Orta Dəhlizin, həm də Şimal-Cənub marşrutunun strateji hissəsi olacaq. 2022-dən etibarən Orta Dəhlizlə yükdaşımaların 90% artması, tranzit müddətlərinin azalması və infrastruktur layihələrinin sürətlə icra edilməsi Azərbaycana beynəlxalq logistika mərkəzi statusunu qazandırıb.

Xəzər limanları, gəmiqayırma zavodu, 9 beynəlxalq hava limanı və güclü ərazi potensialı ilə Azərbaycan tranzit ölkə kimi milli rolu güclə həyata keçirir. Enerji təhlükəsizliyi bu Zirvənin müzakirə mövzularından biri olacaq. Azərbaycan artıq 14 ölkəyə qaz ixrac edir və boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr arasında liderdir. Paralel olaraq, Azərbaycan bərpaolunan enerji investisiyalarına böyük diqqət ayırır. 2030-cu ilə qədər enerji istehsalının təxminən 40%-i bərpaolunan enerji mənbələri hesabına təmin edilməlidir. Azərbaycan-Türkiyə-Orta Asiya yaşıl enerji dəhlizi layihələri bu istiqamətdə irəliləyir.

Azərbaycan təkcə TDT daxilində lider deyil; türk dünyasının geosiyasi, iqtisadi, mədəni və enerji koordinatorudur. Bu Zirvə ilə TDT yalnız regionun əməkdaşlıq platforması olaraq qalmaqdan çıxacaq, strateji, dayanıqlı və nüfuzlu aktor statusunu rəsmi birtərəfli nümayiş etdirdi. Azərbaycanın və bütün türkdilli ölkələrin geosiyasi mövqeyi getdikcə daha da güclənir və TDT artıq qlobal güc mərkəzinə çevrilir.

 

Milli Məclisin deputatı,

Pərvanə Vəliyeva

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see212

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see156

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see125

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122

Yağın ucuz olduğu ölkələrdən böyük həcmdə idxal edirlər, öz etiketini vurub yerli istehsal məhsulu kimi satırlar

22 Noyabr 2025 00:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri