TDTnin 12ci sammiti Azərbaycanda keçiriləcək: 2025ci ildə...
Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin 12-ci sammiti Azərbaycanda keçiriləcək.
Bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunlarına dair Bişkek Bəyannaməsində əksini tapıb.
Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.

TDT liderlərinin 12ci sammiti 2025ci ildə Azərbaycanda keçiriləcək
06 Noyabr 2024 20:27

