Icma.az
close
up
RU
Teatr rejissoru yataqxanadan çıxarıldı Qəribə səbəb

Teatr rejissoru yataqxanadan çıxarıldı Qəribə səbəb

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyeva Azərbaycan Dillər Universitetinin yataqxanasından çıxarılıb.

Globalinfo.az-ın xəbərinə görə, rejissor Teleqraf-a açıqlamasında bildirib ki, sentyabrın 30-dan o, evsiz qalıb: “Vaxtilə Cəbrayıldan köçkün düşmüşəm. 2009-cu ildən Azərbaycan Dillər Universitetinin yataqxanasında yaşayırdım. Hazırda yataqxanadan çıxarılmışam, rəfiqəmin Pirşağıdakı evinə yerləşmişəm. Mən həmin yataqxanada Teatr Xadimləri İttifaqının rəsmi məktubu əsasında məskunlaşmışdım”.

Gülnar Hacıyeva yataqxanadan çıxarılma səbəbindən bəhs edib: “Yataqxanada Şəhla adlı aktrisa var, 1998-ci ildən orada yaşayırdı. Şəhla xanım komendantla mübahisə edib, amma həmin hadisədən mənim nə xəbərim olub, nə də müdaxilə etmişəm.

Daha sonra komendant İlqar Hacıyev və Dillər Universitetinin əməkdaşı gəldi. Universitetin əməkdaşı mənə bildirdi ki, siz də, Şəhla xanım da yataqxananı tərk etməlisiniz. Cavab verdim ki, mübahisəyə mənim aidiyyətim yoxdur. Komendant da mənimlə heç bir problemi olmadığını dedi.

Universitet əməkdaşı şəxsiyyət vəsiqəmin şəklini çəkdi, order tələb etdi və dedi ki, qeydiyyatınız yoxdur, burada qanunsuz yaşamısınız. Komendant cavab verdi ki, orderi var, otaqdadır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi isə məndən order tələb edir ki, məni yaşayış yeri ilə təmin etsin. Amma həmin orderi məndən gizlədirlər.

Sentyabrın 30-dan küçələrdəyəm. Dillər Universitetindən bildirirlər ki, bu, Elm və Təhsil Nazirliyinin tələbidir, kənar insanlar yataqxanadan çıxarılmalıdır”.

Aktrisa iddia edir ki, yataqxanada kənar şəxslər və hətta qeydiyyatda olmayanlar da yaşayır: “Bununla bağlı əlimdə sübutlarım var. Amma onlardan heç kimə deyilməyib ki, yataqxanadan çıxın. Yataqxanada Dillər Universitetinin heç 25 tələbəsi yoxdur. Orada qalanların 70 faizi Bakı Dövlət Universitetinin, Texniki Universitetin və kolleclərin tələbələridir. Orada hətta şirkətlərdə çalışan qızlar da var. Tələbələr tətilə gedəndə komendant onların yaşadığı otağı kirayə verir. Tələbənin anası övladının yanında qalanda hər gün üçün komendanta 10 manat pul ödəyir. Onsuz da bilirlər ki, yataqxanada başa verənlərdən xəbərdaram”.

Gülnar Hacıyeva deyib ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət edilib: “Nazirlikdən də təəccübləndilər ki, belə bir tələb yoxdur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri