Qadağan olunmuş 12 min kitab ictimaiyyətə təqdim olunur
Icma.az bildirir, Kulis.az portalına istinadən.
İrlandiyada uzun illər ictimaiyyətin gözündən uzaq saxlanılan 12 min kitab oxucuların və tədqiqatçıların ixtiyarına veriləcək.
Kulis.az xəbər verir ki, 1926–1996-cı illər arasında senzura qərarları ilə qadağan edilmiş nəşrlər ölkənin Milli Arxivində əlçatan olacaq.
Kitablar uzun müddət Ədliyyə Nazirliyinin binasında xüsusi otaqda saxlanılıb, onların mövcudluğu isə geniş ictimaiyyətə məlum olmayıb.
Kolleksiyada Oskar Uayldın “Dorian Qreyin portreti”, Devid Herbert Lourensin “Ledi Çatterlinin məşuqu” kimi dünya ədəbiyyatının tanınmış əsərləri də var. İrlandiyalı yazıçılar Edna O'Brayn və Brendan Bihanın bəzi kitabları da vaxtilə senzuranın qadağaları ilə üzləşib. Qadağaların səbəbi əsasən nəşrlərin əxlaqsız və ya ədəbsiz hesab edilməsi olub. Kitablarla yanaşı, senzura qərarlarının qeyd olunduğu arxiv sənədlərinin də araşdırmaçılar üçün açılması planlaşdırılır.
Bu kolleksiya bir ölkənin ədəbiyyat tarixindən daha artıq məna daşıyır: o, dövlətin hansı mətnlərdən qorxduğunu və cəmiyyətin düşüncə sərhədlərinin necə müəyyənləşdirildiyini göstərir.
“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi Qeydlər - Yeni hekayə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















