Ölkəmiz kağız tullantılardan milyonlar qazandı
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə 25 min 643.2 ton kağız və karton tullantısı, makulatura ixrac edilib.
Bakıvaxtı.az xəbər verir ki, oxu.az-ın rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu məhsulların ümumi ixrac dəyəri 3 milyon 911 min 870 dollar təşkil edib.
Ən böyük alıcı Türkiyə olub. Bu ölkəyə 13 min 730.43 ton kağız və karton tullantısı göndərilib. Həmin məhsulların dəyəri 2 milyon 320 min 810 dollar təşkil edib. Beləliklə, Türkiyə ixracın həcmində 53.5 faiz, dəyərində isə 59.3 faiz paya malik olub.
İkinci yerdə İran qərarlaşıb. Bu ölkəyə 902 min 420 dollar dəyərində 6 min 707.44 ton məhsul ixrac olunub.
Gürcüstana göndərilən kağız və karton tullantılarının həcmi 5 min 153.38 ton, dəyəri isə 683 min 80 dollar təşkil edib. Özbəkistana isə 5 min 560 dollarlıq 51.95 ton məhsul satılıb.
Məhsul növləri üzrə bölgüyə əsasən, ixracın 7 min 699.1 tonunu ağardılmamış kraft-kağız və ya karton tullantıları təşkil edib. Bu kateqoriya üzrə ixracın dəyəri 1 milyon 273 min 780 dollar olub. Digər kağız və karton tullantıları, makulatura üzrə isə 17 min 944.1 ton məhsul ixrac edilib və onun dəyəri 2 milyon 638 min 90 dollara çatıb.
Ümumi məbləğin ixrac həcminə bölünməsi ilə aparılan hesablamaya görə, kağız və karton tullantılarının bir tonunun orta ixrac dəyəri 152.55 dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















