Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Teatrda nə görürlərsə, ondan da tərbiyə alırlar” Şövqi Hüseynovla MÜSAHİBƏ

“Teatrda nə görürlərsə, ondan da tərbiyə alırlar” Şövqi Hüseynovla MÜSAHİBƏ

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müsahibə üçün öncədən uyğun zaman seçmək üçün əlaqə saxladıqda alman dəqiqliyi ilə cavab verir.

11:00-da məşqdə, məşqdən sonra bu saatda bu çəkilişdə, daha sonra bu məşq...

***

Gənc Tamaşaçılar Teatrının binası qarşısında danışdığımız saatdan da tez gələrək gözləyir. Üzündəki alicənab gülümsəməsi ilə məni qarşılayıb, hal-əhval edir. Onun haqqındakı “sərt müsahib” düşüncələrimi elə bu davranışları ilə yox etməyi bacarır.

Lent.az-ın bu dəfəki müsahibi Azərbaycan Respublikasının əməkdar artisti, teatr və kino aktyoru Şövqi Hüseynovdur.

-Sıx qrafiklə çalışırsınız. Bəs canlandırdığınız rollardan hansının başa gəlməsi sizə daha çox vaxt ayırmağa məcbur edir, çətinlik yaradır?

-Ümumiyyətlə, aktyor sənəti çox çətin sənətdir. Demək olmaz ki, hansısa rol asan əmələ gəlib. Bütün rollar çətin əmələ gəlir. Yetər ki, ona vicdanla və dəqiq yanaşmağı bacarasan. Əvvəllər hər bir rol, tamaşa üzərində 4-5 ay işləyərdik. İndi zamanımız da bir az azalıb, ən çoxu 1-2 aya tamaşanı təhvil verməli olursan. Çünki tamaşa çoxdur, repertuar zəngdindir. Bütün rollar daha çətindir.

-Hansı üçün hazırlıq prosesi daha, uzun və yorucu olur - tamaşa, yoxsa film?

- İşimdən zövq aldığım üçün yoruluram, deməzdim. Amma teatr canlı sənət olduğundan, mənim üçün daha çətindir. Serialda, filmdə hansısa alınmayan kadrları məqamları yenidən çəkə bilirsən. Səhnədə isə elə bir imkanımız yoxdur. O an ya alınır, ya alınmır.

-Alınmayan və ya yaddan çıxan səhnəniz olub?

-O bizim sənətimizə yad xüsusisyyətdir. Heç bir peşəkarın başına elə iş gələ bilməz. Çünki biz öz işimizi düzgün görürüksə, orada nə söz yaddan çıxa bilər, nə səhnə. Əgər belə bir şey baş verirsə, bu qeyri-peşəkarlıqdır.

-Bəs aktyor yoldaşlarınızın necə?

-Əlbəttə, olur, amma bunu açıb deməyə ehtiyac yoxdur.

-Niyə insanlar arasında hələ də “Teatra gələn yoxdur” fikri qəlibləşmiş olaraq qalır?

-Bu fikri yalnız teatra gəlməyən insanlar deyir ki, Azərbaycanda teatra gələn yoxdur. Azərbaycanda teatr da, yaxşı tamaşalarımız  da var. Yetər ki, gəlsinlər. Bu gün teatra gəlmək istəyən tamaşaçı çoxdur. Bizim problemimiz onları teatrda saxlaya bilməkdir. Necə edək ki, teatra gələn tamaşaçı yenə gəlsin? Onları hansı məhsulu verməliyik? Bunu düşünürük. Tamaşaçıya istədiyini verdiyimiz üçün də tamaşaçı tərəfindən qıtlığımız yoxdur. Demirəm ki, şüşələri, qapıları sındırırlar, amma hər halda gələnlər var.


 

-Təxminən, 10-12 il əvvəl verdiyiniz müsahibələrin birində demişdiniz ki, tamaşaçı gəlmirsə, günah aktyordadır. Yenə də eyni fikirdəsiniz, yoxsa zamanın şərtləri bu fikrinizi dəyişə bilib?

- Yenə də o fikirdə qalıram, tamaşaçı gəlmirsə, aktyor günahkardır, rejisor günahkardır. Bu gün Azərbaycan teatrında problem yoxdur. Deyə bilmərəm ki, tamaşaçı yoxdur, suyumuz gəlmir, işığımız yoxdur – xeyr. Bizim bu gün bəhanə gətirəcək yerimiz qalmayıb. 90-cı illərdə qışda soyuq, yayda isti olurdu, işləmək çətin idi, tamaşaçı gəlmirdi, tamaşaları hazırlamaq üçün maddi təminatla bağlı problemlər yaşanırdı. Amma bu gün hər şey qaydasındadır və elə bir problemimiz yoxdur. Yəni, günahı nə cəmiyyətin, nə zamanın, nə tamaşaçının boynuna atmaq olmaz. Gəlmirsə, günah sənindir. Tamaşaçı hər zaman haqlıdır. Yetər ki onun qarşısına yaxşı məhsul çıxardasan.

-Bəs bu gün teatrda hansı məhsul tamaşaçı üçün daha maraqlıdır?

- Teatr canlı sənətdir. İnsan olmasa, teatrda geyimlər, işıqlar bizi xilas edə bilməz. Tamaşaçı teatra yalnız “necə baş verir?” sualına cavab tapmaq üçün gəlmir. Çünki bunun cavabı müxtəlif internet resurslarında var. Tamaşaçı teatra “nə baş verir?” sualına cavab tapmaq üçün gəlir. “Dəlinin qeydləri” tamaşasını 32 il, “Şeyx Sənan”ı 20 ildən çoxdur, oynayırıq. Necə olur ki, həmin tamaşalar hələ də sevilir?  Deməli, bu tamaşalar alınıb ki, yenə gəlib baxmaq istəyirlər.

-Hansısa rolu oynamaq istəyib bunu rejisora dediyiniz olub, yoxsa hansı rol verilibsə, oynamısınız?

-Rol aktyor üçün valideyn kimidir. Valideyni seçə bilmədiyimiz kimi, rolu seçmək imkanımız da yoxdur. Hansı rolu oynayıb-oynamayacağını düşünmək aktyorun işi deyil. Mənim haqqımda gərək, rejisor düşünsün. Aktyor yalnız işi görməlidir. Aktyor çox şey istəyə bilər. Mən istəyərəm ki, Romeonu oynayım. Amma oynaya bilmərəm. Çünki buna nə yaşım icazə verər, nə də ki… Bilirsiniz, yenə deyirəm, rejisor bunu düşünməlidir. Mən Hamleti heç vaxt oynamaq istəməmişəm, baxmayaraq ki, bütün aktyorlar oynamaq istəyib. Bəzən elə olur ki, hansısa roldan imtina etmək məcburiyyətində qalırsan. O da qarşılıqlı razılıq əsasında imtina edə bilərsən. Amma bizim hansısa roldan imtina etmək haqqımız, hüququmuz yoxdur. İstənilən rolu oynamalıyıq.

-İmtina etdiyiniz rollar olub?

-Olub.

-Hansılar?

-Bu, teatrın mətbəxidir və danışmaq doğru olmaz.

-Bu gün bütün teatrlara gənc aktyorlar gəlir. Onların hər biri üçün sənətlərini inkişaf etdirmək şansı verilir?

-Mən özüm universitetdə dərs deyirəm və yaxşı, bacarıqlı gənclərimiz də var. Hamısını teatra yerləşdirə bilməsək də, çalışırıq ki, kömək edək.

-Gənclərə oynadıqları rollarda hansı məsləhətləriniz olur? Ən çox nələrdə səhv edirlər?

-Gənclər teatrda nə görürlərsə, ondan da tərbiyə alırlar. Mən cavanı qarşıma qoyum, deyim belə ol, elə ol. Bu cür mümkün deyil. Əgər sən onu göstərə bilmirsənsə, bunu tələb də edə bilməzsən. Məsələn, mən tələbələrdən özümün bacarmadığım nəyisə tələb etməmişəm. Deyə bilər ki, müəllim, dediyinizi özünüz edə bilirsinizmi? Gənclər görür ki, onlardan əvvəlki nəsil özünü necə aparır, məşqə necə yanaşır. Necə görür, onu da həyata keçirir. Mən görüb öyrənməyin tərəfdarıyam, nəinki sözlə izah etmək.

-Bəs fərqləndirdiyiniz gənc aktyorlar varmı?

-Heç birini digərindən ayırmıram. İşləmədiyim teatrlarda belə, bilirəm ki, zəhmətkeş, yaradıcı gənclərimiz bu yola başlayıb. Onlar nə üçünsə teatra qəbul olunmayıb, seçilib, qəbul olunublar. Teatrda yaşamaq hüquqları olacaqsa, nəticə əldə edə biləcəksə, qalacaqlar, edə bilməsələr, onsuz da uzaqlaşacaqlar.

-Topladığı bal başqa ixtisaslara çatmadığı üçün bu sahəyə gələnlər var?

-Çoxdur. Mən qəbul imtahanlarında da oluram, orada belə tələbələr həddən artıq çox olur. Onlar da təbii ki, qəbul edilmir. Bala görə imtahana tamamilə yad insanlar gəlir. Onlar da gəldikdə görürlər ki, bura hazırlaşmaq lazımdır, çox çətin sənətdir və gedirlər.


-Bu gün aktyor sənətində qazancın aşağı olmasından gileylənənlər çoxdur. Bəs sizi necə, qane edirmi?

-Normaldır. Məvacibimiz əvvəlikdən 2-3 dəfə çoxdur. Filmlərə, seriallara çəkilirik, dublyajlarda iştirak edirik Əgər kimsə istedadı çatıb bunu istifadə edə bilirsə, normal qazanc yeri var, nailiyyət də əldə etmək olur.

-Xaricdən təkliflər gəlir?

-Təkliflər çoxdur. Xüsusilə, festival və tamaşalarla bağlı daim təkliflərim olur. Düzdür, filmlərlə bağlı bu təkliflər çox deyil, amma tamaşa və festivallarla bağlı daim təklif alıram. Bu il artıq 4 festivalda iştirak etmişəm. Son olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "Utancaq qız" monotamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV Moldfest Beynəlxalq Teatr Festivalında nümayiş olundu.

-Həyat yoldaşınız Şəbnəm Hüseynova da aktrisadır. Eyni sənətdə olan biri ilə ailə qurmağın mənfi tərəfləri var?

-Xeyr. Çox rahatıq. Mən hesab etmirəm ki, başqa sənət sahibi ilə ailə qura bilərdim. Aktyor sənətini başqa sahədən olan adamlar bəzən başa düşə bilməz, narahat ola bilərlər. Amma biz bir-birimizi anlayır, başa düşürük. İşlərimizi müzakirə edirik. Yəni, hər şey belə daha yaxşıdır.

-Bu gün aktyor olduğunuz üçün haradasa hansısa ayrıcalıq görürsünüz?

-Filmlərdə maraqlı rollarım, işlərim çox olub. Düzdür, teatrdakı kimi böyük, qlobal rollarım olmayıb. Amma maraqlı rollarım olub.  Açığı tanınmaq həvəsim olmayıb, istəyim olmayıb. Elə bir nisgilim də yoxdur ki, küçəyə çıxıram məni tanımırlar. Tanımasalar, daha yaxşıdır. “Şeyx Sənan”ı oynayıb çıxandan sonra tanısalar ki, Şeyx Sənan budur…- Gərək tanımasınlar. Deməli, yaxşı oynamamışam ki, tanıyıblar. Yəni,bu məqam da var. Amma tanımırlar desəm, yalan olar. Tanıyırlar, hörmət edirlər. Məsələn, dünən evə bir usta gəlmişdi, tanıdı və işinə daha diqqətli oldu. Yəni, bəzən tanınmaq işə yarayır. Tanımasalar da, problem yoxdur. Mən çox rahat adamam.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri