Icma.az
close
up
RU
Teatrlara “baş” və ya “ayaq” rejissor yox, əsl rejissorlar lazımdır Firuz Mustafa

Teatrlara “baş” və ya “ayaq” rejissor yox, əsl rejissorlar lazımdır Firuz Mustafa

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyi dövlət teatrlarında baş rejissor ştatının ləğv edildiyini bldirib.
Modern.az-ın məlumatına görə, tanınmış dramaturq, Əməkdar incəsənət xadimi Firuz Mustafa bunu çox mühüm və gərəkli qərar adlandırıb.
“Teatra, onun “mətbəxinə” az-çox bələd olanların, habelə onu sevənlərin bir çoxu bu qərarı təəssüf və təəccüblə qarşılayıb, mütəəssir olublar. Anlaşılandır. Axı bizdə ənənəvi bir “teatr modeli” olub və zamanında özünü doğruldub. Amma indi teatr da dəyişib, tamaşaçı da, tələb və təklif də. Köhnə kanonlar özünü dogrultmur.

Mən bu informasiyaya anında reaksiya verərək dedim ki, teatrlara “baş” və ya “ayaq” rejissor yox, əsl rejissorlar lazımdır”.
F.Mustafanın sözlərinə görə, təcrübə göstərir ki, artıq ənənəvi “baş rejissor postu” özünü doğrultmur:
“Teatrların birində baş rejissor və yeddi rejissor vardı. Əslində bu, təqdirolunmalı haldır. Günlərin bir günü nə aktyor, nə də rejissor olan birisi teatra rəhbər təyin edildi. Uşaqlıqda aktyor olmaq istəyi gözündə qalan bu şəxs, gələn kimi bütün rejissor ştatlarını ləğv etdi. Onu teatrdan qovdular, yerinə başqa birisi gəldi. Yeni gələn özünün deməyinə görə vaxtilə “Tovsanoqovu danlamış”, “Basilaşvilini üzə çıxarmış”, fəaliyyətində daha çox Baron Münhauzeni təqlid edən bir adam idi. O da “təkhakimiyyətliliyini” qoruyub saxladı. Daha sonra özünü dünyanın "nəhəngi" hesab edən birisi gəldi, ən yaddaqalan işi qotur bir dəvəni səhnəyə çıxarmaq oldu.

Təcrübə göstərdi ki, “baş rejissor postu” bizdə “hakimiyyəti” bir əldə cəmləmək üçündür.

Onlarla əsərinə quruluş verilən bir qələm əhli və sənət adamlarına-aktyor və rejissorlara xüsusi ehtiramla yanaşan bir tamaşaçı kimi, dəfələrlə yazmışam ki, teatrlarda bir yox, bir neçə rejissor fəaliyyət göstərməlidir. Teatrlarda yaradıcılıq mühiti və bu mühitdə rəqabət olmalıdır. Bizdə baş rejissorların əksəriyyətinin amacı nədir? İmkanlı, vəzifəli “müəlliflər” axtarmaq. Hətta həmin “müəlliflərin” əvəzinə müəlliflik etmək, işbazlıqla məşğul olmaq... Teatrın yox, özünün şəxsi problemlərini həll etmək. Təbii ki, bu, heç də bütün “baş”lara aid deyil.

Çox dərinə getmək istəmirəm. Teatrlar canlanmalı, ölü nöqtədən çıxmalı, rəqabət qanunlarına tabe olmalı, ətalətdən xilas olmalı, beynəlxalq festivallarda iştirak etməli, dünyaya açılmalı, bir sözlə, əzəmətli binasına və bahalı afişalarına görə yox, hazırladığı tamaşalara görə öyünməlidir. Əslində heç öyünməyə də gərək yoxdur, bir az təvazökar olmaq daha yaxşı haldır. Teatrlara rejissorlar lazımdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri