Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof Firuz Mustafa

Mənəvi terrorun qurbanı, 26 yaşlı filosof Firuz Mustafa

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Kulis.az Firuz Mustafanın "İlk filosoflarımızdan biri - Cahangir Nağıyev" yazısını təqdim edir.
O, cəmi 26 il ömür sürüb.

Onun qeyri-adi istedadı müəllimlərini və həmkarlarını heyrətə gətirirdi.

O, Qərb və Şərq fəlsəfəsinin tədqiqi ilə məşğul olurdu.

O, bir çox sirləri özü ilə apardı.

Söhbət Azərbaycan filosofu, pedaqoq, tərcüməçi Cahangir Musa oğlu Nağıyevdən gedir.

Cahangir Nağıyev 1903-cü il martın 31-də Gəncədə (o zamankı Yelizavetpol quberniyasında) bağban ailəsində anadan olub. İlk təhsilini ibtidai rus-tatar məktəbində və Gəncə kişi gimnaziyasında alıb. C.Nağıyev 1922-ci ildə Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. Sonra təhsilini Qırmızı Professura İnstitutunun fəlsəfə fakültəsində davam etdirib. Bakıya qayıtdıqdan sonra BDU-da fəlsəfədən mühazirələr oxuyub.

Gənc Cahangir Avropanın müxtəlif fəlsəfə məktəbləri ilə tanış olmaq üçün Fransa və Almaniyada olmuşdur. Avropa səfərindən qayıtdıqdan sonra "Deşan fəlsəfi sistemi" adlı əsər yazmışdır. Nağıyev alman və fransız dillərini mükəmməl öyrənmiş, fars və ərəb dillərini mənimsəmişdi. Onun "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: Smit-Marks" əsərlərinin əlyazması qalmışdır.

Cahangir Nağıyev ömrünün son illərində BDU-da fəlsəfə (dialektik materializm) kafedrasının müdiri olmuş, 1929-cu il noyabrın 16-da 26 yaşında ikən həyat yoldaşı ilə birlikdə faciəli surətdə həlak olmuşdur.

...O, elmin sonsuz fəzasında şimşək kimi çaxıb, elə şimşək kimi də sönüb. Belə ömürə heç "qısa" deməyə belə, adamın dili gəlmir. Çünki qısadan da qısa olub onun həyatı. Cəmi 26 illik bir ömür yaşayıb. İndiki təsəvvürə görə o, ilk gənclik çağında tərk edib bu qoca dünyanı.

Cahangir Nağıyev... Azərbaycan fəlsəfi, ictimai-siyasi tariximizin ilk tədqiqatçılarından biri. Şərq və Qərb fəlsəfəsinin alovlu təbliğatçısı, görkəmli pedaqoq. Heyrətamiz yaddaşa malik poliqlot. İctimai xadim. Böyük erudisiyalı ziyalı. 26 illik mənalı ömrün maraq şaxələri bu cürdür. Mübaliğəsiz demək lazımdır ki, Cahangir Nağıyev qeyri-adi istedada malik bir insan, bir alim olmuşdur. Amma təəssüflər olsun ki, o, indiyəcən öz layiqli qiymətini almamış, alimin zəngin fəlsəfi irsi ciddi tədqiqatdan kənarda qalmışdır.

Gələcək filosof lap erkən çağlarında - 3 yaşında ikən ata-anadan yetim qalmış, dayısının himayəsində boya-başa çatmışdır. Hələ körpə ikən qabiliyyəti, maraq dairəsinin genişliyi ilə yaşıdlarından fərqlənmişdir.

Yeniyetmə Cahangir bolşeviklərin "sosial bərabərlik" ideyasına ürəkdən inanmış, 15 yaşında ikən dayısı Məmməd Xəlilovun dəstəyi ilə partiya sıralarına daxil olmuş, gizli ədəbiyyatı yaydığı üçün dəfələrlə zindana atılmışdır.

Haşiyə: İlk gəncliyində kommunizmi təbliğ edən Cahangir Nağıyev, sonralar "antikommunist" təbliğatına görə ittiham edilmiş, böyük ideal və ideyalara inanan bu böyük zəka sahibi mənəvi terrorun qurbanına çevrilmişdir.

C.Nağıyev hansı ictimai-siyasi cəbhədə fəaliyyət göstərməsindən asılı olmayaraq xalqın maariflənməsinə, siyasi şüurunun formalaşmasına çalışırdı. O, dəfələrlə qeyd etmişdir ki, savadsız, nadan kütlə ilə böyük ideallara nail olmaq qeyri-mümkündür. Özü isə bir filosof kimi xalqın, millətin özünüdərkində elmi dünyagörüşün, təhsilin, mədəniyyətin əvəzsiz rolunu qiymətləndirir, gecə-gündüz çalışır, şam kimi əriyirdi. O vaxtkı bir çox məhdud dünyagörüşlü, küt, nadan bolşeviklərə Cahangir Nağıyevin maarifçilik ideyaları qəribə təsir bağışlayır, hətta müəyyən dairələrdə istehza doğururdu. Belələri üçün "inqilab" anlayışı qan, qırğın, ölüm, həbs... demək idi. Çoxları "maarif", "mədəniyyət" sözünü eşidəndə ağız büzür, bunu zəiflik əlaməti, inqilaba qarşı təxribat hesab edirdi.

Dediyimiz kimi, 1922-ci ilin axırlarında C.Nağıyev Moskvaya - öz təhsilini davam etdirməyə getdi. O, Birinci Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olaraq burada 1924-cü ilə qədər təhsil alıb. 1922-23-cü dərs ilindən başlayaraq C.Nağıyev eyni vaxtda həm Moskva "Trujenik" zavodunda, həm Mıtışın vaqondüzəltmə zavodunda, həm də Birinci Moskva Dövlət Universitetində fəlsəfi dərnəklərin fəaliyyətinə rəhbərlik edib.

1924-cü ildə AK (b) P-nın katibi Ə.Qarayevin zəmanəti ilə C.Nağıyev Qırmızı Professura İnstitutunun (QPİ) iqtisadiyyat şöbəsinin ictimai elmlər fakültəsinə daxil olmuşdur. Tezliklə onun fəlsəfi problemlərə göstərdiyi maraq QPİ-nin professor-müəllim heyətinin və tez-tez çıxış etdiyi bir sıra nüfuzlu fəlsəfi jurnalların əməkdaşlarının diqqətini cəlb etdi. Məhz buna görə də İnstitutun rəhbərliyi Nağıyevin fəlsəfə şöbəsinə keçməsinə razılıq verdi. Qısa müddət ərzində onun fəlsəfə sahəsində göstərdiyi fəaliyyət, böyük istedadı və qabiliyyəti İnstitutun elmi şurasında xüsusi qeyd olundu. Hələ ikinci kursda oxuyarkən, "K.Marksın dəyər nəzəriyyəsində dialektika", "Kateqoriyaların "Kapital"a tətbiq edilməsi təcrübəsi" mövzusunda hazırladığı məruzələr mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. C.Nağıyevin bu dövrdə qələmə aldığı bir əsər - "Hegelin sosial fəlsəfəsinin problemləri" xüsusilə böyük maraq doğururdu.

Gərgin elmi və təşkilatı iş Cahangir Nağıyevi 21 yaşında ağır mərəzə - əsəb xəstəliyinə mübtəla etdi. Dostları və həkimlər onu təhsili dayandırıb istirahətə getməsini təkid etsələr də, bir nəticə hasil olmadı. O, 1926-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurub təyinatla Bakıya göndərildi. Lakin Bakıda çox işləyə bilmədi. Gərgin fəaliyyət xəstəliyin yenidən güclənməsinə səbəb oldu. Həkimlərin məsləhəti ilə C.Nağıyev Almaniya və Fransaya müalicə olunmağa göndərildi.

Avropa ölkələrindən Bakıya qayıdan kimi C.Nağıyev yenidən qızğın elmi fəaliyyətə başladı. Azərbaycan Dövlət Universitetində dialektik materializm kursu üzrə mühazirə oxuyan ilk azərbaycanlı alimlərdən biri C.Nağıyev idi. Onun təşəbbüsü ilə "İnqilab və Mədəniyyət" jurnalında fəlsəfə şöbəsi təşkil edildi. Həmin jurnalın 1928-ci il 1-ci nömrəsində çap olunmuş "Spinoza haqqında" adlı böyük məqalə bu gün də maraq doğurur.

Haşiyə. Yeri gəlmişkən, Benedikt Spinoza yəhudi əsilli holland filosofudur. Onun fəlsəfi baxışları daim öz orijinallığı ilə diqqəti cəlb edib. Spinoza əksər əsərlərini latın dilində qələmə alıb. Panteizm və rasionalizm dünyagörüşü haqqında ilk fundamental əsərlərin yaradıcısıdır. Spinoza öz teoremlərinin tərifindən isbatına qədər, məntiqi zəncir qurmaq üçün riyazi üsullardan istifadə edərək, İlahi Substansiya konsepsiyasına əsaslanan öz fəlsəfi sistemini yaratdı. Sonralar o, Leybnizlə birlikdə Yeni Dövr fəlsəfəsinin yaradıcısı adlandırılacaqdı. Spinoza özünün "Teoloji-siyasi traktat"ında vətəndaşların fikir və vicdan azadlığını təmin etməklə yanaşı, onların bütün məsələlərində din və ya kilsənin deyil, dövlətin səlahiyyət sahibi olması fikrini irəli sürdü. Zənnimcə, gənc filosof Nağıyevi Spinozada məhz bu sonuncu baxış daha çox cəlb etmişdir. Çünki həmin fikirlər yeni qurulmuş cəmiyyətin din və dövlətlə bağlı tələbləri ilə uyğun gəlirdi.

Almaniya və Fransaya səfərdən sonra rus dilində yazdığı "Desan fəlsəfi sistemi haqqında", "Hindistan İngiltərə zülmü altında" və s. əsərlər də maraq doğurur.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiyədək C.Nağıyevin qoyub getdiyi fəlsəfi irs toplanmamışdır. Son vaxtlara qədər onun əsas əsərləri elmi ictimaiyyətə məlum deyil. Mərhum filosof Ziyəddin Göyüşov onun aşağıdakı əsərlərinin əlyazmalarını tapmışdır: "Marksın materializmi", "Adam Smitin dəyər nəzəriyyəsi və ümumi metodoloji nisbət: "Smit-Marks".

C.Nağıyev o dövrün əksər qəzet və jurnallarında, eləcə də Azərbaycan mətbuatında dərin məzmunlu elmi-nəzəri əsərlərlə çıxış edirdi. Alimin coşğun fəaliyyəti, əməksevərliyi heyrətamiz idi. Bu qədər əsərin belə bir qısa müddət ərzində yazıldığına adam az qala inanmaq istəmir. C.Nağıyevin maraq və tədqiqat dairəsi də olduqca genişdir: fəlsəfə, ədəbiyyat, sosiologiya, iqtisadiyyat, siyasət, incəsənət...

Lakin C.Nağıyevin bədxahları, onun uğurlarının paxıllığını çəkənlər də yox deyildi. Bir müddət xaricdə yaşamış alimin fəaliyyəti şübhə altına alınırdı. Onsuz da gərgin zehni əmək nəticəsində əldən düşmüş, əsəb xəstəliyindən əzab çəkən alimin özü və ailəsi barədə əsassız şayiələr yayır, onu dedi-qodu obyektinə çevirmək istəyirdilər. Təsir altına düşənlər arasında bədxah qonşularımızın nümayəndələri ilə yanaşı elə öz soydaşlarımız da az deyildi. Fiziki və mənəvi əzginliklə yanaşı, maddi çətinliklər də öz təsirini göstərməkdə idi. O, günü-gündən şam kimi əriyirdi. Nəhəng istedad özünün böyük elmi və pedaqoji fəaliyyət proqramını həyata keçirə bilmədi. 1929-cu il noyabr ayının 15-də C.Nağıyev əsəb xəstəliyinin şiddətləndiyi bir vaxtda həlak oldu. Beləliklə, şimşək çaxımına bənzəyən bu ömür zamanın nisbətindəki bir göz qırpımında elə bir şimşək çaxımında da başa yetdi.

Cahangir Nağıyev bizim unudulmağa layiq olmayan, ürəyi xalqın maariflənməsi üçün yanan, özünün şüurlu həyatını elmi axtarışlara həsr edən yüksək təhsilli ilk professional filosofumuz olmuşdur. Amma biz onun yubileyini indiyəcən qeyd etməmiş, əsərlərini işıq üzünə çıxarmamışıq. Heç olmazsa, innən belə, gec də olsa, Gəncədə və Bakıda alimin xatirəsini əbədiləşdirmək üçün müəyyən konkret tədbirlər həyata keçirmək gərəkdir. Bəs bu işləri biz görməsək, biz yazmasaq... kim görməli, kim yazmalı, kim yanmalıdır?

“Cəfər Xəndan-115” adlı kitab sərgisi açılıb 18 yaşlı Elgünü kim öldürüb? - Qatillər niyə hələ də tapılmayıb? Xalq artisti həbs olundu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see485

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see387

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see379

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see342

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see324

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see204

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see164

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see163

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see162

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see159

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see157

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see137

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri