Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

AzDrama niyə bu gündədir? Firuz Mustafa

AzDrama niyə bu gündədir? Firuz Mustafa

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Firuz Mustafanın yeni yazısını təqdim edir.

Yenə teatr haqqında...

Bu dəfə zəif və plagiat tamaşalardan söhbət gedir

Əvvəla, onu demək istəyirəm ki, təqdim edilən bu yazı ötən ilin sonlarında qələmə alınıb. Müraciət Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri xanım Fərəh Əliyevaya və Mədəniyyət naziri cənab Adil Kərimliyə ünvanlanıb.

İkincisi, bizim bəzi adamların təsəvvürünə görə, ölkəmizdə mədəniyyət sferası ən “kasıb” sahələrdən biridir. Əslində isə belə deyildir. Bunun sübutu kimi ötən illərdə Mədəniyyət nazirliyi sistemində baş verən korrupsiya, talan və yeyinti hallarını göstərmək olar. Bəli, Azərbaycan hökuməti mədəniyyət qurumlarının inkişafına lazımi qayğı göstərir, büdcədən böyük miqdarda pullar ayırır. Yəni kasıbçılıqdan söhbət gedə bilməz...

Amma və lakin... Göstərilən diqqət və qayğıya rəğmən bu gün Azərbaycan mədəniyyətinin mühüm bir sahəsi - ölkə teatrı özünün ağır dövrünü yaşayır. Bəs bu “ağırlığın” səbəbi nə ilə bağlıdır?

Suala cavab verməzdən əvvəl belə bir məsələyə aydınlıq gətirək: tutaq ki, yaxşı məktəb binası var, o binanın direktoru, hətta dərs öyrənmək istəyən şagirdləri də vardır. Lakin... məktəbdə müəllim yoxdur. Bəli, bəli, bir nəfər pedaqoqun belə olmadığı bu məktəbdə hansı dərs keyfiyyətindən danışmaq olar? Hər cür müqayisə yersizdir. Amma görünür, müqayisəsiz də keçinmək olmayır. Hal-hazırda bizdəki bir çox teatrlar elə o gündədir. Yəni teatr binası var, direktor var, hətta tamaşaçı da tapmaq mümkündür. Amma “müəllim”, yəni rejissor, az qala, yoxdur. Məsələn, ölkənin “baş teatrı” hesab olunan Azərbaycan Akademik Milli Dram Teatrında artıq 10-12 ildən çoxdur ki, bir nəfər də olsa “sıravi”, “işlək” rejissor yoxdur. Halbuki bütün fəaliyyəti dövründə bu teatrda daim bir neçə (bəzən 6-7) rejissor fəaliyyət göstərib. İndi isə bu sənət ocağı bir rejissorun teatrına çevrilib.

Teatrın rəhbərliyi deyə bilər ki, biz lazım olanda kənardan rejissor dəvət edirik. Sual olunur: kənardan dəvətə nə ehtiyac? Olmaz ki, gələcək rejissorlar teatrda yetişsin, orada formalaşsın? Və yaxud təcrübəli rejissorlar teatrdan niyə uzaqlaşdırılmalıdır? Düzdür, bəzən teatrlara gənclər dəvət olunub, amma müxtəlif səbəblərə görə onlar duruş gətirə bilməyiblər. Əlbəttə, söhbət tək bir teatrdan getmir. Məsələ burasındadır ki, bizim teatrlarda rejissor qıtlığı var. Gəlin açıq danışaq, Azərbaycanda bu gün cəmi 3-4 normal teatr rejissorunun adını çəkmək mümkündür. Halbuki qonuşu Gürcüstanda birnəfəsə 20-30 rejissorun adını sadalamaq olar. Yeri gəlmişkən, adını çəkdiyimiz ölkədə teatrların sayı 50-dən çoxdur, bizdə bu rəqəm 30-a yaxındır. Halbuki bizdə əhalinin sayı onlardan iki dəfə artıqdır.

Teatrın siması həm də onun repertuarıdır. Bu “simanı” görmək üçün tamaşaya qoyulan əsərlərin keyfiyyətinə və onların müəlliflərinin statusuna nəzər yetirmək kifayətdir. Vəzifəsiz və ya maddi imkanı aşağı olan dramatrqun teatra əsər verməsi əmri-mahaldır.

Mən Azərbaycan teatrlarının problemləri haqda dəfələrlə yazmışam. Hətta, bir neçə il öncə yazdığım və rəsmi dövlət qəzetində- “Azərbaycan”da çap edilən bir məqaləmin adı bu cürdür: “Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır”.

(Məqalənin linki və bütöv mətni aşağıda təqdim edilir. Bax: Azərbaycan teatrının problemləri tezliklə həllini tapmalıdır
http://www.azerbaijan-news.az/.../azerbaycan-teatrinin... )

Bu yazıya görə vaxtilə mənə qarşı mətbuatda bir sıra teatr rəhbərlərinin hücumu təşkil olunmuşdur. Hətta, ötən illər ərzində mənim əsərlərimə əksər teatrlarda “daxili qadağa” qoyulub. Buna baxmayaraq yaradıcılıq fəaliyyətim fasiləsiz davam edib. Belə ki, son beş il ərzində bir sıra qonşu ölkələrdə, o cümlədən Türkiyə Respublikasında, Rusiya Federasiyasında, Ukrayna Republikasında və bir sıra digər xarici regionlarda əsərlərim səhnəyə qoyulmuş, Rusiya Federasiyasında, Özbəkistan Respublikasında və İran İslam Respublikasında pyeslərdən ibarət kitablarım tərcümə edilərək nəşr olunmuşdur.

İnsaf naminə onu da qeyd etməliyəm ki, mənə qarşı olan belə soyuq münasibət son illərdə qismən “mülayimləşməyə” başlamışdır. Hətta, 2019-cu ildə Vətənpərvərlik mövzusunda elan edilmiş müsabiqədə mənim “Payız meşəsində vals” adlı pyesim MN-nin 1-ci yer tutmuş, pul mükafatına layıq görülmüşdür. 2023-cü ildə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “On pyes” adlı kitabım nəfis şəkildə kütləvi tirajla nəşr edilib.

Amma söhbət təkcə məndən getmir. Fakt budur ki, hazırda teatrların vəziyyəti acınacaqlıdır. Yox, mən repertuar seçimi və yaxud aktyor oyunu məsələsinə toxunmaq istəməzdim. Hərçənd ki, bu mövzu ətrafında da danışmaq və yazmaq üçün kifayət qədər problem var.

Dediyim kimi, mətləbi uzatmadan konkret faktlara keçmək istəyirəm. Bir çox teatrlarda rejissorlar və yaxud rejissor olmaq istəyənlər heç bir yaradıcılıq axtarışı aparmadan, necə deyərlər, özlərini əziyyətə salmadan “hazıra nazir” olmaq istəyirlər. İlin-günün bu vədəsində teatrlarda plagiatlıq baş alıb gedir. Məsələn, Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Kod adı: V.X.A.” adlı tamaşanın (rej.M.Ələkbərzadə) abbreviaturası belədir: “Akmolinskiy lager jyon izmennikov Rodinı” -"Акмолинский лагерь жен изменников Родины" - “А.Л.Ж.И.Р"). Məsələ burasındadır ki, həmin tamaşa bir neçə il öncə Qriboyedov adına Tbilisi Dövlət Rus Dram teatrında rejissor Avtandil Varsimaşvilinin quruluş verdiyi "А.Л.Ж.И.Р" tamaşasının “adaptasiyasıdır”. Göründüyü kimi, hətta, GTT-da hazırlanmış tamaşanın adı belə dəyişməyib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təqdim etdiyi “İsgəndərə yeni namə” (rej.M.Ələkbərzadə) Lomonosov adına Arxangelsk Dram Teatrının repertuarında yer alan “Hamlet” tamaşasından (rej.A.Timoşenko), yumşaq desək, “köçürülüb”. Amma bir fərq vardır. O da bundan ibarətdir ki, “Hamletin gölməçəsində” vurnuxanların nitqi aydın eşidilsə də, “İsgəndərin dənizində” atılıb-düşənlərin söhbətindən heç nə anlaşılmır. Dediklərimə əmin olmaq üçün “tamaşanın” lentinə baxmaq kifayətdir. Bəs o tamaşa indi niyə oynanılmayır? O “dənizin” suyu nə tez “qurudu”? Hələ o “dənizin” “səhnəyə çıxarması” üçün xərclənən böyük vəsaiti demirəm. Əlbəttə, burada söhbət bədii mətndən deyil, tamaşanın quruluşundan və onun dekorativ tərtibatından gedir.

Akademik teatrda hazırlanan başqa bir tamaşa –“Dantenin yubileyi” isə (rej. Ə. Ələkbərov) Sankt-Peterburq Gənc Tamaşaçılar Teatrında hazırlanmış “Romeo və Cülyetta” tamaşasından “götürülüb” (rej.A.Morfov). Hər iki əsərin quruluşu, yəni mizanları, dekorasiya və səhnə həlli eynidir. Adam mat-məəttəl qalır: avtobusun bu tamaşa ilə nə əlaqəsi? Hətta, “Dantenin yubileyi” povestinin müəllifi Xalq yazıçısı Anar da bu tamaşanın onun əsərinə heç bir dəxli olmadığını vurğulamışdır. Əgər günlərin bir günü hansısa xarici dövlətin müəllif hüququnu müdafiə edən qurum bizim Mədəniyyət Nazirliyindən təzminat və ya cərimə tələb edəcəksə, buna heç də təəccüblənməyə ehtiyac qalmayacaq. Bəli, plagiatlıq baş alıb getməkdədir.

Akademik teatrın tamaşaçılara təqdim etdiyi başqa bir tamaşa isə, ciddi sənətə karikaturadan başqa bir şey deyildir. Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanı əsasında hazırlanmış tamaşada (Rej.M.Ələkbərzadə) ən azı dörd fərqli süjet xətti yan-yana “addımlayır”. Və təəssüf ki, bu xəttlərini birləşdirən, tamaşaya ümumi ahəng verən heç bir “özək” yoxdur. Beləliklə, “açılan” süjet xəttlərinın mahiyyəti heç yerdə sonunclanmır, əksinə, sonacan açıq qalır. “Tamaşaya” hansısa ev və ya çöl heyvanının gətirilməsi isə bu faciəvi əsərdə yalnız gülüş doğurur. Bəyəm teatr zooparkdır, yoxsa sirk? Vaxtilə SSRİ Xalq artisti, qazax rejissoru Azərbaycan Mambetov da səhnəyə “dəvə” gətirmişdi. Amma bu “bizdəki” dəvədən deyildi. Rejissor tamaşanın leytmotivindən qırmızı xətt kimi keçən dəmiryol xəttindən-relslərdən bir “dəvə” kimi” istifadə etmişdi. Belə ki, həmin plastik relslər arada əyilərək “dəvə görüntüsü” yaradır, tamaşaya xüsusi rəng və məna verirdi. Görünür, “Azdramada” rejissor teatrda “şərtilik” anlayışının nə olduğunun fərqinə varmayıb. Əgər teatra sırf “naturalist baxımdan” yanaşılarsa, onda, məsələn, Mirzə Cəlilin məşhur əsərini tamaşaya hazırlayan rejissor povestin “qəhrəmanlarından” biri kimi canlı eşşəyı səhnəyə çıxarmalıdır. Hələ balina, kərğədan... və yaxud fili demirik. Dünyanın məşhur rejissorları səhnəyə heyvan və quşların çıxarılmasını daim tənqid ediblər. Axı əvvəla, hansısa canlının gözlənilməz hərəkətindən sığortalanmaq qeyri-mümkündür, ikincisi isə tamaşaçının diqqəti bu cür hallarda istər-istəməz tamaşadan yayınıb başqa istiqamətə, yəni heyvanlara sarı yönəlir.

Bu gün Azdrama miskin haldadır. Bunun da əsas səbəbindən birisi budur ki, bir neçə il öncə İsrafil İsrafilov adlı bir “hərşeysünaşın” zamanında altı rejissoru bir gündə işdən azad edilib. Həmin “rejissorsuzluq” sindromu bu gün də davam etməkdədir. Bildiyiniz kimi, bu adam, yəni İsrafil adlı uğursuz “islahatçı”, sonralar teatrda kollektivlə yola getməyib və tutduğu vəzifədən azad edilib. Mən indi onun başqa bir keyfiyyəti, “savadı” haqqında danışmaq istəmirəm, çünki vaxtilə bu şəxsin bir məqaləsinin cəmi iki abzası haqda geniş məqalə ilə çıxış etmişəm və indiki halda həmin yazının elektron çıxarışını qeyd etməklə kifayətlənirəm.
(Bax: Firuz Mustafa – İsrafil İsrafilova sərt cavab gəldi: https://kulis.az/.../xeber...)

Teatrların “xəstəlikləri” haqqında daha ətraflı danışmaq olar. Bu, daha çox teatr tənqidçilərinin borcu və vəzifəsidir. Amma nə yazıqlar ki, teatrşünaslar da elə teatrların düçar olduğu vəziyyətdədir.

Sözümün sonunda onu demək istəyirəm ki, teatrlarda tamaşaya qoydulan əsərlərin keyfiyyət əmsalına xüsusi diqqət yetirilməli, plagit tamaşalar repertuardan xaric edilməlidir.


P.S. Artıq yuxarıda qeyd etdiyim kimi ötən il qələmə alınmış bu müraciət konkret şəxslərə ünvanlanıb. Hər iki şəxsə - həm Fərəh Əliyevaya, həm də Anar Kərimliyə ehtiramım böyükdür. Onların gərgin fəaliyyəti nəticəsində mədəniyyət sferasında son illərdə bir çox təşəbbüslər reallaşmış, müsbət nəticələr əldə olunmuşdur. Vurğulanan bəzi problemlərin bütün sənətsevərlər üçün maraqlı ola biləcəyini nəzərə alaraq, artıq lazımi ünvanlara göndərilmiş bu müraciətin müəyyən hissəsini öz səhifəmdə paylaşmağı qərara aldım.

Mən, əlbəttə, teatr və onun problemlərindən söhbət açmaqla həm də cəmiyyətin diqqətini bu mühüm sahəyə yönəltmək istəyirəm.

Bizdə qüdrətli dramaturqlar var. Təəssüf ki, bu sözləri teatr rejissorları haqqında demək çətindir. Çünki onların sayı barmaqla sayılacaq qədər azdır.
Amma mən optimistəm. İnanıram ki, istedadlı millətimizin arasında bu sahənin də öz liderləri yetişəcək.

"Squid Game"in 3-cü mövsümü yayımlanacaq AzTV-nin əməkdaşı vəfat etdi Allah o qədər bikar deyil
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:339
embedMənbə:https://kulis.az
archiveBu xəbər 10 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri