Icma.az
close
up
RU
Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Tebas “Real Madrid” qalmaqalında geri çəkilmir: “Mən hələ də buradayam”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya futbolunda “Real Madrid”lə La Liqanın prezidenti Xavyer Tebas arasında yaranan qalmaqal yeni mərhələyə keçib. Funksioner barəsində İdman üzrə İnzibati Tribunala (TAD) edilən müraciətə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, İspaniyanın Ali İdman Şurası (CSD) Tebasın “Real Madrid”in kommunikasiya strategiyasını nasist Almaniyasının təbliğat üsulları ilə müqayisə etməsi ilə bağlı açıqlamalarının qiymətləndirilməsi üçün TAD-a müraciət edib.

La Liqa prezidenti X sosial şəbəkəsində paylaşdığı geniş açıqlamada bu addımı tənqid edib:

“Yenə eyni hadisə təkrarlanır. Ali İdman Şurasından İdman üzrə İnzibati Tribunala növbəti müraciət və yenə mənim mümkün diskvalifikasiyam haqqında başlıqlar. Formal səbəblər dəyişir, amma israr əvvəlki kimi qalır. Biz buna hazır idik: istənilən bəhanə işə yarayacaq.

Ancaq məni başqa bir şey təəccübləndirir - səssizlik. Dövlətin idman məsələləri üzrə katibindən və ya CSD rəhbərliyindən La Liqanı və hakimlər korpusunu ittiham edənlərə qarşı bircə qınaq sözü belə eşitməmişik. Halbuki bu ittihamlar “Real Madrid” rəhbərliyindən və dövlət lisenziyası əsasında fəaliyyət göstərdiyini xatırlatmaq istədiyim klub televiziyasından gəlir. Onlar korrupsiyadan, “nüfuzdan düşmüş” yarışdan, guya əllərindən alınmış çempionluqlardan danışırlar...

BİR KƏLMƏ BELƏ YOX. NİYƏ?

Məgər hakimlik sistemini korrupsiyada ittiham etmək və turnirimizi saxtakarlıq kimi təqdim etmək idmanın ləyaqətinə və ədəb normalarına xələl gətirmir? Məgər bu, klublara, hakimlərə və milyonlarla azarkeşə zərər vurmur? Yoxsa bu dəyərlər yalnız kimsə belə hücumlara cavab vermək qərarına gəldikdə ictimai müdafiəyə layiq görülür?

Paylaşımımda təbliğat üsulları ilə ideologiya arasında aydın fərq qoymuşam. Bu fərq əvvəldən mətndə mövcud idi. TAD mənim əslində nə yazdığımı, tam kontekstdə və bütövlükdə qiymətləndirməli olacaq. İş o yerə çatsa, məhkəmələr də eyni şeyi etməlidir.

Mən artıq “Olmo işi” zamanı baş verənləri, nahar süfrələrində və ya öz adi çevrələrində hər şeyin bitdiyi ilə öyünənləri xatırlatmışam. Belə söhbətlər çoxdan dolaşır. Buna baxmayaraq, mən hələ də buradayam.

Yarışı müdafiə etmək onu daim nüfuzdan salmağa çalışanlara cavab verməyi də nəzərdə tutur. Bu, mənim vəzifələrimin bir hissəsidir və onları yerinə yetirməyə davam edəcəyəm. CSD rəhbərliyinə gəlincə, bu barədə hələ danışacağıq”.

Xatırladaq ki, qalmaqal Tebasın “Real Madrid”in və klub televiziyasının informasiya siyasətini nasist Almaniyasında istifadə olunan təbliğat üsulları ilə müqayisə etməsindən sonra başlayıb. Madrid klubu bu açıqlamaları qəbuledilməz sayaraq onun istefasını tələb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 Oktyabr 2026 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri