Tebas “Barselona” “Real Madrid” münasibətlərinin pozulması barədə: “Buna yalnız sevinirəm”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
La Liqa prezidenti Xavyer Tebas “Barselona” ilə “Real Madrid” arasındakı münasibətlərin pozulmasından danışıb.
İdman.Biz xəbər verir ki, daha əvvəl Kataloniya prezidenti Joan Laporta belə bir açıqlama vermişdi: “Bizi bir-birimizdən ayıran bir neçə məsələ var. Biz onsuz da barışmaz və əbədi rəqib idik, amma indi münasibətlərimizi kəsən bir vəziyyət yaranıb”.
“Bu, məni narahat etmir. Superliqa problemləri üzündən vəziyyətin pisləşməsinin böyük bir problem olduğunu düşünmürəm; mən buna yalnız sevinirəm.
“O, əsəbiləşdi”, “onlar dost idilər”... Bunların heç biri bizə təsir etmir. Bir-birimizə qarşı nəzakətli olmalıyıq”, - Tebas deyib.
Daha əvvəl “Barselona”nın Avropa Superliqasından imtina etdiyi bildirilirdi. Beləliklə, layihədə yalnız “Real Madrid” qalıb.
Baxış sayı:72
Bu xəbər 14 Yanvar 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















