Icma.az
close
up
RU
Təbəddülatlarla dolu Nəriman həyatı

Təbəddülatlarla dolu Nəriman həyatı

Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı
Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub.1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyəti ərazisini işğal edən (Sovet Rusiyası) Moskva Ermənistana vətənimizin Naxçıvan, Zəngəzur, Qarabağ və Gəncə kimi mühüm və qiymətli parçalarını söz vermişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da Nəriman Nərimanovun başçılıq etdiyi Azərbaycan SSR MK Siyasi və Təşkilat bürolarının birgə iclasında qəbul etdiyi qərarla mümkün oldu.Həmin qərarla Zəngəzur bölgəsi iki yerə : Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölündü.Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdir.

Zəngəzurun ermənilərə verilməsi istiqamətində ilk addımlardan biri 1920-ci il dekabrın 1-də atıldı.Həmin gün Bakı Sovetinin Ermənistanda sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında Nəriman Nərimanov bəyanatla çıxış edirdi:
“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan belə heç bir ərazi məsələləri əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və müsəlmanların bir-birlərinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir,Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır.Sovet Azərbaycanının malik olduğu tükənməz sərvətlərin-neft,kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır”.
Bakı Sovetinin iclasında yekdilliklə qəbul olunan qətnamədə “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun”... Ermənistanla müsəlman dünyası arasında çoxəsirlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı” qeyd edilirdi.
İosif Stalin bu məsələni belə izah etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur,Naxçıvan,Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlılığı burada da tarif edilmişdir) Sovet Ermənistanına verilməsini elan edir.Azərbaycan türkünün müqəddəs şəhid qanı bahasına düşməndən geri alınıb Azərbaycana birləşdirilmiş olan bu torpaqlar Nəriman Nərimanov tərəfindən Ermənistana “bəxşiş edilirdi”. Azərbaycan türklərinin rus işğalına qarşı sərt müqaviməti , “Müsavat” pariyasının siyasi-diplomatik təşəbbüsləri və inqilabçı Mustafa Kamal Türkiyəsinin diplomatik müdaxiləsi nəticəsində bu torpaqların bir qismi Ermənistana verildisə də qalan hissəsi Azərbaycanın himayəsində saxlanıldı.Bununla bərabər, 27-ci Bakı komissarı olan Nəriman Nərimanovun bu bədnam qərarları ilə Azərbaycan Qarabağla Naxçıvanı ayıran vətən torpğımız olan Zəngəzurunu, Gəncə-Qazaxın dağlıq hissələrini Ernənistanın xeyrinə itirdiyi kimi, məmləkətin tam göbəyində “muxtar dağlıq Qarabağ” əyalətinə də malik oldu.Göyçə gölümüz və mahallımız da Ermənistana verildi.
Azərbaycan İnqilab Komitəsinin sədri olan Nəriman Nərimanov 1920-ci il noyabrın 20-də imzaladığı əmrə əsasən, XI Qızıl Ordunun dəmir yollarının mühafizəsi və müdafiəsi qüvvələrinin rəisi Mixail Qriqoryevic Yefremovu Bakının və Azərbaycanın işğalına görə “Qırmızı bayraq” ordeni ilə təltif etmişdi Bu da azmış kimi həmin il,elə bir ay sonra Gəncə üsyanını qanla yatırdığına görə Yefremova Nəriman Nərimanov ikinci dəfə “Qərmızı bayraq “ ordeni ilə təltif etmişdi” .
Moskva yalnız Azərbaycanı parçalamaqla kifayətlənmirdi. Lenin və Stalin 30 dekabr 1917-ci ildə imza etdikləri “13N-li dekret” tətbiq etmək üzrə Türkiyənin şərq vilayətlərini Ermənistana vəd etmişdi.Rusiya 1920-ci ilin yazında Moskvada olan Türk səlahiyyətli nümayəndə heyətinin başçısı xarici işlər naziri Bəkir Sami bəydən Sovetlər kimi Türkiyənin də ermənilər lehində ərazicə bəzi güzəştlər etməsini istəmişdi.
Nərimanovun oğluna bitməmiş məktubu
Moskva, 28 yanvar 1925-ci il

1895-ci il yanvarın15-də Bakıda Tağıyev teatrında ilk dəfə mənim “Nadanlıq”pyesim tamaşaya qoyuldu.Həmin günü ədəbi işimin başlanğıcı hesab edirəm.Bu gün 1925-ci il yanvarın 28-i həmin hadisədən 30 il keçir.Dostlarımdan bəziləri bunu bilib həmin günü qeyd etmək istədilər.Onlardan teleqramlar alınmışdır.
Əlbəttə, əgər ciddi düşünsəm, demək olar ki,mən heç bir şey etməmişəm.30 il! Bu müddət ərzində bəzi şeylər etmək olardı.Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan...
Digər tərəfdən isə həmin vaxtı təsəvür etdikdə,bütün şəraiti,həyatımın keçdiyi dolanbac yolları nəzərə aldıqda,bir şeydə təskinlik tanırsan ki,az da olsa bir iş görülüb.Məni əhatə edən mühit,bu mühitin geriliyi,irəliyə hərəkətindəki ətalət,ətrafımızdakı həyat təzahürlərinə soyuq münasibət, millətlər arasında gedən mənasız çəkişmələr,buradan da doğan iztirablar: qan,göz yaşları,yoxsulluq,yalan və bir sıra başqa şeylər,bunlar mənə rahatlıq verməyib,mənim yazdıqlarım bunları göstərir.Bəlkə də bu,çox sönük,bədiilikdən uzaq,bacarıqsızlıqla təsvir olunub,mənim öz qüvvə və məkanlarım daxilində yazdıqlarım göstərir ki, mən bir çoxları kimi ətaf mühitə laqeyd qala bilməzdim,mənim qəlbim sakit deyildi,mən istəyirdim və cəhd edirdim ki,bəşəriyyətə heç olmazsa bir xeyir verim.
Bu və yalnız bu,mənə bir qədər təskinlik verir ki,30 il ərzində ictimai sahədə işləmişəm.Əgər öz işimdə heç olmazsa on nəfəri həmin “xəstəliyə” yoluxdurmağa nail olmuşamsa,deməli,mən,mənim şüurrum o mənada sakit olar ki,mən hədər yerə yaşamış,bu geniş,lakin darısqal dünyada bir guşə tuta bilmişəm...
Yol.Çiçerinin Moskvadan Avropa ilə nəqliyyat əlaqəsinin olmaması cavabına,səfir Kabilə qayıdıb və oradan Avropaya getmək haqqında qərarını bildirmişdir.Bunu etməməsi üçün nə qədər səy göstərmişdim.
Türküstanda bizim siyasətimizə və sonra oradan Əfqanıstanla əlaqə yaratmağa nə qədər ciddi əhəmiyyət verdiyimi məruzəmdə görmək olar ki,burada mən yol.Stalinə Genuyaya gedənə qədər yerlərdə bizim özümüzün yaratdığımız nöqsanlarla tanış olmaq üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif edirdim.
Türküstandakı,Buxaradakı sonrakı hadisələr və Ənvərin avantürası –bütün bunlar məhz onun nəticəsidir ki,indiyədək biz Şərq məsələsində istiqamət götürə bilməmişik
Genuyadan sonra mən yol. Stalindən soruşdim,mənim sonuncu məqaləmi oxumuşdurmu?
O,cavab verdi ki,oxumuşdur və ümumiyyətlə, o mənim fikrimlə razıdır.Daha sonra mən bu mövzu barədə danışmadım, çünki hiss etdim ki,həqiqətən o, həmişəki kimi mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır,lakin bir çox mülahizələrə görə əməli iş görmək lazım deyil.
Burada mən bir çox məsələlərə toxunmuram, ona görə ki, inqilabımızın tarixini tamamlamaq ümün onlar haqqında bir qədər ayrıca və daha ətraflı söhbət açacağam,lakin toxunulmuş məsələ ilə əlaqədar olaraq mən elə burada Azərbaycanda da bizim siyasətimiz haqqında söz açmağı lazım bilirəm.
Mən burada 19 və 20-ci illərdə Azərbaycanın sovetləşdirilməsinə qədər yazdığım məruzələrim haqqında qəsdən xatırladım.
Bu,bizim Şərq siyasətimizə dair öz fikirlərimizi həyata keçirilməsində nə qədər ardıcıl olduğumu göstərəcəkdir.
1919-cu ilin əvvəlində,Həştərxanda müalicə olunduğum zaman mən türk dilində “Biz Qafqaza hansı şüarla gedirik” başlığı altında kitabça buraxdırmışdım.
Burada mən yeri gəlmişkən 1918-ci ildə Bakıda bizim hakimiyyətimizin süqutuna gətirib çıxaran böyük səhvlər göstərirdim Sonra,bu ktabçada Sovet Azərbaycanında gələcək işin planıq qısa şəkildə şərh edilir.Bu kitabça Azərbaycanda gizli fəaliyyət göstərən yoldaşlarımız tərəfindən tez bir zamanda yayılır və onların dediyinə görə bu kitabca fəhlə və kəndlilər arasında böyük uğur qazanmışdı.
Səciyyəvi haldır ki, indi Azərbaycan kəndliləri və fəhlələri,əsl etibarı ilə müsılmanlar,bu kitabçadan sitat gətirərək,mənə çatdırmaq istəyirdilər ki,hər şey kitabçada deyildiyi kimi həyata keçmir.
Bu kitabça ilə birlikdə mən Azərbaycanda baş nazir Usubbəyova məktub göndərmişdim.Bu məktub sonralar bizim qəzetdə tam şəkildə dərc edimişdi.
Bu zaman mən Moskvaya RKP MK-ya çağrılmışdım və burada mən Azərbaycanda bizim gələcək işimiz haqqında öz məruzəmlə çəxış etdim (iştirak edirdilər Stasova RKP MK katibi,Smilqa və familyası yadımda qalmayan məsul yoldaşlardan biri)
Ümumiyyətlə məruzənin bütün əsas müddəaları bəyənilmişdi.
Əsas məsələlərdən başlıca olaraq aşağıdakılar irəli sürülmüşdü.
1)Qərbdə bizim arzu etdiyimiz inqilabın gecikdiyini və uzun sürən xarakter daşıyacağını nəzərə alaraq,biz gərək Şərqlə əlaqə yaradaq ki, Avropanı bizimlə danışmağa məcbur etmək məqsədi ilə cəbhəni yarıb bununla da mühasirədən çıxmaq.
2)Azərbaycanı sovetləşdirərkən Rusiyada etdiyimiz səhvlərə yol verməməli,yerli şəraitlə hesablaşmalı,müstəqil nümunəvi Sovet respublikası yaratmalıyıq ki,Şərq zəhmətkeşləri,birincisi,bizim işğalçı imperialist məqsədlərimizin olmadığını bilsinlər və ikincisi; onlar görsünlər və hiss etsinlər ki,öz həyatlarını xanlarsız,bəylərsiz və başqaları olmadan qura bilərlər.
3)İri sənaye müəssisələrini ələ keçirərək,kiçiklərə toxunmamaq və ticarətə icazə vermək.
O zaman mən axırıncı bəndin ümumrusiya miqyasında həyata keçirilməsini hələ cəsarətsiz təklif edirdim.
Mən hələ o zaman qəti əmin idim ki,biz buna gəlib çıxacağıq,lakin belə bir fikri yaxın qoymurdum ki,bizim rejimdə küçələrdə sərxoşlar uzanıb qalacaqlar...
Beləliklə,Qafqaza yola düşüb,orada müstəqil nümunəvi Sovet Respublkası təşkil etmək və bununla da Şərqə pəncərə açmaq üçün mənə lazım olan vaxt gəlib keçdi (bir ildən sonra).
Yola düşməzdən qabaq yoldaş Lenin məni qəbul etdi və yuxarıda göstərilmiş layihəmi bəyəndi,xeyir-dua verdi.
Bakıya gələn zaman hələ yolda ikən öyrəndim ki,Bakı bizim qoşunlarımız tərəfindən alınmışdır.
Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacam ki,sən bəşəriyyət üçün daha çox iş görəsən.Lakin əgər mən əbədi məzara köçməli olsam,təvəqqe edirəm başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.
Mənim həyatım daim qayğılarla dolu olmuşdur: Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış,bu 30 ildə 11adam tərbiyə etmişəm.Onlardan 8 qızı ərə vermiş,qardaşımın 3 oğlunu öz az maaşımla böyütmüşəm.Bütün bunların hamısını icra etdikdən sonra yenə də təhsil almağa başladım.30 yaşında universitetə daxil olmuş,onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum.Bütün bu işlərdən mən yalnız indi,qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam.Mən bunu bir il keçdikdən sonra,1925-ci ildə yazıram.Bütün bunları ona görə yazıram ki,sən bəşəriyyət üçün az iş gördüyüm üçün məzəmmət etməyəsən.
Ümidvaram ki,bu mənada sən işinlə mənim əməllərimi davam etdirəcəksən.
Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan,sən əmin olacaqsan ki,mən 1925-ci ilədək başqaları üçün yaşamışam.Bəs sonra? Sonra belə də davam edəcək.Məhz belə ictimai fəaliyyətdə mən təskinlik tapıram,xüsusilə ona görə ki,hazırda Rusiyadakı quruluş mənim mənəvi aləmimlə uyğun gəlir.
Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm.Mən bütün varlığımla harada olursa-olsun köləliyin əleyhinəyəm.Mən bəşəriyyətin tezliklə azadlığa çıxması,nadanlığın,habelə köləlikdən azad olması yollarını axtarırdım.
Mən sosial-demokrat idim,lakin bu təşkilat getdikcə daha çox idealından uzaqlaşır.Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımın: dünyada köləliyin məhvinin həyata keçməsini görürdüm.
Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq.Ancaq bu o demək deyil ki,bolşevizm lazım deyil.Bu ona dəlalət edəcək ki,biz onu qoruya bilməmiş,ona lazımi qiymət verməmiş,işimizə pis yanaşmışıq. Açıq demək lazımdır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki,boş işlərlə və çəkişmələrlə məşğul olaraq,əsl işi əldən buraxmışıq.
Hakimiyyət çoxlarını korlayır.Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı.Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər.Bu ilk zamanlarda zəruri idi.Lakin indiyədək bu vəziyyəti davam etdirmək,bolşevizmi süquta aparmaq demək idi.
Ardı var

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 İyun 2026 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri