Yerdə bir ruh itmiş bədənini axtarır... Yunan şairdən Səhər saatlarının baxışı
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün yunan şair, psixoanalitik Andreas Embirikosun doğum günüdür.
Kulis.az onun "Səhər saatlarının baxışı" şeirini təqdim edir.
Ürəyimizin döyünən göyərçini bunu hər yana səpələyir,
Çayların göz yaşları durmadan axır.
Bunlar gizlədilməz səadətin göz yaşlarıdır,
Çoxdan ağ leyləklərin məskən saldığı göllərdir bunlar.
Şəkər qamışlığında heç bir cənub-qərb küləyi əsmir,
Atəş səslərindən buludlar aralanıb yuxarıda —
Korvetlərin yelkən açdığı
Daha incə qatlara yüksəlsə belə...
Yerdə bir ruh itmiş bədənini axtarır,
Onu oğurlamış dərənin havası,
Gizlədən dumanları daha da qatılaşdırır...
Gölün xəzinələri oyanıb, dərinliklərdə
Yosunlar tərpənirlər...
Bir dəniz meduzası dünənkü şəffaflıq üçün ağlayır —
O şəffaflıq ki, ilk balıqçı işığı ilə qış gəlməmiş
Kimsə mayakı yandırmağı düşünməzdən öncə geri dönəcək...
Sarışın bir qadının gələcəyini düşündüyü həmin mayakın altında
Mayak gözətçisi əyilib onun dodaqlarından öpür,
Dənizçilərin öz Simpleqadlarını öpdüyü kimi...
*Simpleqad - Qədim yunan mifologiyasında arqonavtların yolunu kəsən, bir-birinə çırpılan üzən qayalardır. Dənizçilərin onları öpməsi metaforası təhlükəli və çətin səfərdən sonra qovuşulan qurtuluşu, sevgini simvollaşdırır.
Rus dilindən sətri tərcümə: Aydan Ağayeva
Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq Raxmaninov melodiyası ilə insan tənhalığının vəhdəti - Məşhur "All by myself"in tarixçəsi İmperator ordeni qazanan ilk azərbaycanlı general və maarifçi - Ona niyə ciddi nəzarət edirdilər?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 02 Sentyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















