Icma.az
close
up
RU
TƏBİB də işdən çıxarılanların TAM SİYAHISI ADLAR

TƏBİB də işdən çıxarılanların TAM SİYAHISI ADLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

TƏBİB-in tabeliyində olan bir neçə tibb müəssisəsinin rəhbər şəxsləri işdən azad olunub.
Demokrat.az xəbər verir ki, Yeni Klinikanın direktoru Barat Yusubov, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova tutduqları vəzifələrdən azad ediliblər.
Eyni zamanda, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da vəzifəsindən kənarlaşdırılıb.
Respublika Uroloji Mərkəzin direktoru Pərviz Hacıyev və Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxovanın da vəzifələrindən azad edilməsi barədə məlumatlar yayılıb.
Qeyd edək ki, Barat Yusubov 2023-cü ildə Yeni Klinikaya direktor təyin edilib.
Könül Ələkbərov ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub. 2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.
Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktorudur. Onun yerinə müavini Kamil Hacıyevin təyin olunduğu bildirilir.
Mirələm Cəlalov Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru vəzifəsinə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.
Xatırladaq ki, aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə keçirilən iclasda qurumun yeni icraçı direktoru vəzifəsinə Anar Bayramov təyin olunub.
Təyinatdan sonra TƏBİB-in strukturunda da dəyişikliklər olub. Bir müddət öncə müşavir təyin olunan Zeynal Bayramlı vəzifəsindən azad edilib.
Daha sonra yeni icraçı direktor Anar Bayramovun əmri ilə onun müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da vəzifələrindən kənarlaşdırılıblar.
Bundan əlavə, TƏBİB-in Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev də işdən azad olunanlar sırasındadır.
Hazırda sözügedən vəzifələrə yeni təyinatlar açıqlanmayıb. Kadr dəyişikliklərinin davam edib-etməyəcəyi isə maraqla gözlənilir. (milli.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:381
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Aprel 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri