Icma.az
close
up
RU
TƏBİB in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

TƏBİB in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Bu barədə Missiya.Az-a TƏBİB-dən məlumat verilib.

Məlumata əsasəm, müşavirədə tabeli tibb müəssisələrində mövcud vəziyyət, görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi, bu sahələrdə olan çatışmazlıqların aradan qaldırılması və digər qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

TƏBİB-in İcraçı direktoru qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə neqativ hallar əhəmiyyətli dərəcədə azalıb, lakin mövcud vəziyyət hələ də qənaətbəxş hesab olunmur:

“Daxili nəzarət və monitorinq tədbirləri çərçivəsində hər bir hal təhlil olunur və bu məlumatlar əsasında konkret göstərişlər verilir. Ümumilikdə, ölkə üzrə tabeli tibb müəssisələrinə gün ərzində 100 minə yaxın müraciət daxil olur. Əlbəttə, bu təkcə kəmiyyət yox, eyni zamanda keyfiyyət göstəricisidir. Lakin bu yüksək göstərici yalnız böyük müəssisələr tərəfindən ödənilməməlidir. Müəssisə rəhbərləri bu sahədə nəzarəti gücləndirməlidirlər".

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov “Qlobal cərrahiyyə 2030” üzrə Lancet Komissiyasının hələ 2015-ci ildə Londonda Dünya Bankı, ÜST və BMT ilə əməkdaşlıqla təsis edildiyini vurğulayan Araz Nəsirov komissiyanın cərrahiyyə, anesteziologiya, mamalıq və ictimai səhiyyə sahələrindən olan və 30-dan çox ölkəni təmsil edən onlarla mütəxəssisi cəlb edərək dünyada təhlükəsiz, əlçatan və sərfəli cərrahiyyə xidmətlərinin təmin edilməsi üçün strategiya hazırladığını və proqramın məqsədinin 2030-cu ilə qədər bütün dünyada insanların zəruri cərrahi və anestezioloji xidmətlərə çıxışını təmin etmək olduğunu bildirib:
“Proqram çərçivəsində Azərbaycan üçün yol xəritəmiz isə 2027-ci ilə qədər bütün ölkə üzrə “zəruri cərrahiyyə”yə 44 cərrahi prosedur üzrə çıxışın təmin edilməsi, 2028-ci ilə qədər regional xəstəxanalarda “zəruri cərrahiyyə”yə 90 cərrahi prosedur üzrə çıxışın təmin edilməsidir. 2030-cu ilə qədər isə klaster mərkəzlərində yüksək ixtisaslı cərrahi xidmətin təminini həyata keçirməkdir. Bunun üçün əsas hədəfimiz klinikalarda təchizatın dayanıqlılığının təmin edilməsi, klinikalara xəstə axının təşkilinin təkmilləşdirilməsi, həkimlərin və tibb bacılarının ixtisas artırılmasını təmin etmək üçün “Davamlı tibbi təhsil” tədbirlərinin həyata keçirilməsi (təlimlər, seminarlarda iştirakın dəstəyi, ezamiyyələr və mentorluq), Azərbaycanda yetişən rezident həkimlərin region xəstəxanalarında çalışmasının stimullaşdırılması, xaricdə çalışan azərbaycanlı mütəxəssislərin region xəstəxanalarının fəaliyyətinə inteqrasiyasının təşkilidir”.

TƏBİB-in İcraçı direktorunun müavini A.Nəsirov “Mentor Klinika" layihəsinin isə regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq, Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq və pasiyentlərin paytaxta axınının qarşısını almaq məqsədilə həyata keçirildiyini də diqqətə çatdırıb:

“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini nəzərdə tutmuşuq. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.

Müasir çağırışlara cavab verən innovativ layihələr də müşavirənin müzakirə mövzusu olub. Bu günlərdə tamamlanmaq üzrə olan Yeni Klinikada Robotik Reabilitasiya Mərkəzinin məhz belə təşəbbüslərdən biri olduğu və Azərbaycan səhiyyəsində bir ilk olacağı vurğulanıb. Mövzu ilə bağlı TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov ətraflı məruzə ilə çıxış edib:

“Robotik Reabilitasiya Mərkəzi, eyni zamanda 30 çarpayılıq İnsult (Stroke) Mərkəzi, kəllə-beyin və onurğa travmasından sonra reabilitasiyanın həyata keçirildiyi 30 çarpayılıq Neyrotravma bölməsindən ibarət olacaq. Həmçinin ambulator və stasionar reabilitasiya xidməti göstəriləcək. Mərkəzdə dünyanın aparıcı markalarından eksoskeletlər, yürüş analiz sistemləri, qavrayış və motor inteqrasiya cihazları; həmçinin nevrostimulyasiya, robotik qol-ayaq terapiyası, VR texnologiyası tətbiq olunacaq. Təbii ki, bu sahədə peşəkar komanda da önəmlidir. Multidisiplinar komandamızda fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, psixoloqlar, loqopedlər, beynəlxalq təcrübəyə malik mütəxəssislər təmsil olunacaq, fərdi bərpa planlarının yaradılması və davamlı qiymətləndirmə tətbiq ediləcək”.

Müşavirə zamanı Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev çıxış edərək TƏBİB-in strategiyası, missiyası, hədəfləri və gələcəyə dair baxışı barədə ətraflı məlumat verib. O, strateji planın hər bir təşkilatın uzunmüddətli uğurunu təmin etmək və məqsədlərinə çatmaq üçün vacib bir vasitə olduğunu, strategiyanın tətbiqinin təşkilatın resurslarını, fəaliyyətlərini və təşəbbüslərini düzgün istiqamətləndirmək üçün bir növ yol xəritəsi olduğunu vurğulayıb:

“TƏBİB-in strateji hədəflərinin həyata keçirilməsi məqsədilə 30 prioritet istiqamət müəyyən edilib. Bu istiqamətlərə keyfiyyətə nəzarət sisteminin inkişafı, tibb müəssisələrinin infrastrukturunun optimallaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi, korporativ idarəetmə standartlarının tətbiqi, ölkə üzrə vahid ilkin səhiyyə xidmətləri modelinin yaradılması, qeyri-infeksion xəstəliklərin erkən aşkarlanması, ana və uşaq sağlamlığının yaxşılaşdırılması, həssas əhali qruplarına diqqətin artırılması, pasiyent təhlükəsizliyi və məmnunluğunun yüksəldilməsi, təcili tibbi xidmətlərin təkmilləşdirilməsi, eləcə də tibb müəssisələrinin maliyyə dayanıqlılığı və kadr potensialının gücləndirilməsi, həmçinin korrupsiya ilə mübarizə tədbirlərinin genişləndirilməsi və s. daxildir. Bu yolla yalnız təşkilatın inkişafını deyil, eyni zamanda xəstə və pasiyentlərin sağlamlığına xidmət edən mühit yaratmaq mümkündür”.

Strateji planın əsas və dəyişməz prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin gücləndirilməsi də müşavirənin mövzusu olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə bu bölgələrin sürətlə inkişaf etdiyini vurğulayıb:
“Dövlət siyasətinə uyğun olaraq vətəndaşlarımız doğma yurdlarına qayıdır. Biz isə bu dinamikanı dəstəkləmək üçün qüsursuz tibbi xidmətin təşkili istiqamətində bütün gücümüzlə çalışırıq”.

Daha sonra TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva Qarabağda tibbi xidmətlə bağlı ətraflı məruzə ilə çıxış edib:

“Hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır. Gələcəkdə bir sıra digər yerlərdə də yeni klinikaların yaradılması nəzərdə tutulur. Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Qürurverici məqam ondan ibarətdir ki, azad olunmuş ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir”.

Müşavirədə təcili tibbi yardım sahəsində də əhəmiyyətli islahatlar həyata keçirildiyi diqqətə çatdırılıb. Təcili yardımın təkcə gündəlik təxirəsalınmaz yardım deyil, ölkə üçün önəmli tədbirlərin və beynəlxalq yarışların tibbi təminatında da fəal iştirak etdiyi bildirilib. Çıxış edən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov qarşıdan gələn “Formula-1” yarışları və 3-cü MDB Oyunlarına hazırlıqla bağlı məlumat verib. 3-cü MDB Oyunlarının səhiyyə sistemimiz üçün növbəti ciddi sınaq olacağı deyilib.

TƏBİB-in İcraçı direktoru V.Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsi nəzərdə tutulduğundan müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını da verib.
Müşavirənin sonunda tibb müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan yoxlamalar zamanı aşkarlanmış qüsur və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib, qısa zamanda onların aradan qaldırılması tələb olunub.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://missiya.az
archiveBu xəbər 11 İyul 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyan ermənilərə: Artıq bundan əl çəkin

25 Avqust 2025 18:29see297

Rusiya yanacaq ixracına qoyulan qadağanın müddətini uzadıb

26 Avqust 2025 02:36see212

Qarabağ la matçda adi vəziyyətdən qol buraxdıq Robbi Kin

26 Avqust 2025 21:16see189

Mançester Yunayted Fulhem lə heç heçə etdi Video

25 Avqust 2025 01:13see181

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see156

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see141

Sevil Nuriyeva qətlə yetirilən həyat yoldaşından yazdı: Bu dünyadan ağzı oruclu köçdü FOTO

26 Avqust 2025 04:44see129

Zaqatalada acınacaqlı DURUM Ağaclar məhv olur

25 Avqust 2025 10:19see126

Mançester Yunayted in futbolçusu La Liqaya qayıda bilər

25 Avqust 2025 20:22see125

“Qarabağ” yeni hücumçu aldı FOTO

25 Avqust 2025 22:12see124

Ərdoğan: Türkiyə terror probleminin aradan qaldırılması yolunda qətiyyətli addımlar atmağa davam edəcək

26 Avqust 2025 00:14see124

Trampdan Merilend ştatı ilə bağlı təklif: Tez bir zamanda cinayətkarlıqdan qurtulacağam

25 Avqust 2025 10:24see123

Bikinili fotoları ilə gündəm oldu FOTO

26 Avqust 2025 14:58see122

“Azərbaycanla bağlı bu cəhdlər uğursuzluğa məhkumdur...” Tofiq Zülfüqarov

25 Avqust 2025 10:53see122

Azərbaycan Macarıstanla süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib

26 Avqust 2025 17:40see120

Dünyanın ən böyük narkokartelinin həmtəsisçisi günahını etiraf etdi

26 Avqust 2025 16:02see119

ABŞ İranın bu həmləsinin qarşısını aldı Tramp

25 Avqust 2025 21:46see116

“Bütün təzyiq variantları uğursuzluğa məhkumdur”

26 Avqust 2025 17:43see113

Ukraynanın xüsusi əməliyyatlarına bu şəxs RƏHBƏRLİK EDƏCƏK

25 Avqust 2025 14:23see113

Tramp: Rusiya Ukrayna məsələsinin asan olacağını düşünürdüm

25 Avqust 2025 21:16see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri