Icma.az
close
up
RU
TƏBİB dən etiraf: “Vətəndaşın real klinik vəziyyəti...”

TƏBİB dən etiraf: “Vətəndaşın real klinik vəziyyəti...”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda tibbi məlumatların elektron sistemlərdə düzgün qeyd olunması məsələsi yenidən gündəmə gəlib.

 Vətəndaşlar bəzi tibbi arayışlarda yanlış və ya uyğunsuz məlumatların qeydə alınmasından narazlıq edirlər. 

“Konkret.az” saytının baş redaktoru, Əməkdar jurnalist Fadil Paşayev “Facebook” hesabında qızının işə qəbul üçün aldığı tibbi arayışda ciddi uyğunsuzluq aşkarlandığını bildirib.

Onun sözlərinə görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) elektron sistemində qızının xəstəlik tarixçəsinə “Yakob xəstəliyi zamanı demensiya” diaqnozu yerləşdirilib. Bu xəstəlik dünyada nadir hallarda rast gəlinir və sonuncu dəfə 1998-ci ildə Böyük Britaniyada qeydə alınıb.

O, belə bir xəstəliyin yalnız ölü şəxsin beyin toxumasının laborator müayinəsi ilə müəyyən edilə biləcəyini vurğulayıb. O iddia edir ki, məlumatın sağlam şəxsin tibbi sənədində görünməsi ciddi narahatlıq doğurur və yanlışlıq həm şəxsi, həm də dövlət maraqlarına təsir edə bilər.

F.Paşayev məsələ ilə bağlı iki ay əvvəl Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət etdiyini bildirib. TƏBİB-in nümayəndəsi problemin Səhiyyə Nazirliyinin səhvi olduğunu qeyd edib, Sumqayıt TƏBİB-i isə bu uyğunsuzluğu “texniki hərf səhvi” kimi qiymətləndirərək tez bir zamanda aradan qaldırılacağını vəd edib. 

Lakin iki aydan çox müddət keçməsinə baxmayaraq, problem hələ də həll olunmayıb.Elektron sistemdə vətəndaşın adı altında “Yakob xəstəliyi zamanı demensiya” kimi ölümcül xəstəliyin yazılması necə baş verib?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib:

“Paşazadə Fatimə Fadil qızının şəxsi kabinetində - “my.gov.az” portalında səhvən 2024-cü ildə “Kreystfeld–Yakob xəstəliyi zamanı demensiya” diaqnozunun qeyd olunması faktı qeydə alınıb.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, bu texniki yanlışlıq qeydiyyat mərhələsində baş verib. Belə ki, reyestrə təqdim edilən klinik diaqnoz Z02.1 kodu əvəzinə F02.1 kimi qeyd olunub. Müvafiq şöbəyə və qeydiyyatçılara xəbərdarlıq edilib, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün əlavə nəzarət tədbirləri görülüb.

Bildiririk ki, vətəndaşın real klinik vəziyyəti ilə qeyd olunan diaqnoz arasında heç bir tibbi uyğunluq mövcud deyil və bu, sırf texniki səbəbdən baş vermiş qeyri-dəqiqlikdir. 

18.10.2025-ci il tarixində sistemdə (e-tabib mobil tətbiqində) bu məlumatın düzəlişi üzrə müvafiq addımlar atılıb və “my.gov.az” platforması ilə sinxron yenilənmə işləri aparılır. 

Yaxın günlərdə dəyişikliyin vətəndaşın “my.gov.az” platforması üzrə şəxsi kabinetində də əks olunması təmin ediləcəkdir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: TƏBİB jurnalist

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri