Icma.az
close
up
RU
TƏBİB in illik açıqlaması

TƏBİB in illik açıqlaması

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 19-da TƏBİB-in keçirdiyi brifinqdə 2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planlar açıqlandı. Toplantıda 2025-ci il ərzində səhiyyə xidmətlərinin təşkili və idarə olunması sahəsində görülən işlər, əldə olunan əsas nailiyyətlər, həyata keçirilən islahatların nəticələri barədə ətraflı məlumat verildi, səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmiş layihələr diqqətə çatdırıldı.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirdi ki, cari ilin yanvar-noyabr ayları ərzində qurumun tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ümumilikdə, 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü illə müqayisədə 13 faiz artım deməkdir.

İcraçı direktor qeyd etdi ki, il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib. Təhlillər göstərir ki, 22 ana ölümündən 16-sı bilavasitə doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 6-sı isə ekstragenital səbəblərdən baş verib. Uşaq ölümlərinin sayı isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 751-ə enib.

Vüqar Qurbanovun sözlərinə görə, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi səhiyyə sisteminin maliyyələşmə, idarəetmə və xidmət keyfiyyəti baxımından yeni mərhələyə keçidini təmin edib. Ötən ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17 faiz, məbləğində isə 7 faiz artım müşahidə olunub.

Daha bir yenilik isə təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılmasıdır. Artıq layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platformanın yaradılması üzrə işlərə başlanılıb. Eləcə də peyk naviqasiyası üzərindən həyata keçirilən izləmə sistemi əsaslı mexanizmlər, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ mar-

şrutlaşdırma kimi imkanların tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığının yüksəldilməsinə gətirib çıxaracaq. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq.

Məclisin davamında 2026-cı ildə səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflərdən danışıldı. İcraçı direktor vurğuladı ki, klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarə olunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaq. Eyni zamanda, ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaq.

İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcək. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək.

Daha sonra media nümayəndələrinin sualları cavablandırıldı.

Vüqar Qurbanov “Xalq qəzeti”nin əməkdaşının xəstəxanalarda elektron qeydiyyat sistemlərində yaranan texniki nasazlıqlar nəticəsində baş verən xoşagəlməz hallar — qəbul və qeydiyyat prosesinin ləngiməsi, təcili tibbi yardım maşınlarının yönləndirilməsində gecikmələr, eləcə də həkimlərin işində yaranan çətinliklərlə bağlı sualına cavabında bildirdi:

– Ölkədə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq bütün icraedici qurumlar xidmət sektorunun təkmilləşdirilməsi və rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atırlar. TƏBİB-in tabeliyində fəaliyyət göstərən səhiyyə müəssisələrində də əsas hədəf bütün xidmət proseslərinin elektronlaşdırılması və bu sistemlərin digər dövlət qurumları ilə inteqrasiyasının təmin edilməsidir.

Məqsədimiz 2027-ci ilə qədər qurumun tabeliyində olan bütün müəssisələrdə xidmət sektorunun tam şəkildə elektron mühitə keçirilməsidir. Bununla yanaşı, etiraf etməliyik ki, cari il ərzində elektron sistemlərdə müəyyən çökmə və texniki nasazlıq halları qeydə alınıb.

Nəzərə almaq lazımdır ki, TƏBİB-in tabeliyində olan hər bir səhiyyə müəssisəsinə gün ərzində orta hesabla 1500–2000 müraciət daxil olur. Böyük tibb müəssisələrində isə bu göstərici saatlıq intensivlik baxımından daha yüksək olur və bəzi hallarda eyni vaxtda 100-dən artıq müraciətin emalı tələb olunur. Bu da elektron sistemlər üzərində ciddi yük yaradır. Eyni zamanda, mövcud platformalar digər dövlət qurumlarının informasiya sistemləri ilə inteqrasiya olunduğundan həmin qurumlarda yaranan texniki problemlər bizim sistemlərə də təsir göstərə bilir.

Hazırda TƏBİB-in elektron sistemi digər dövlət qurumlarının platformaları ilə inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərir. Bu o deməkdir ki, bizim sistemimiz həm məlumatları digər qurumlardan alır, həm də öz məlumatlarımızı onlara ötürür. Buna görə də bəzi hallarda xidmət prosesində yaranan texniki çətinliklərin əsas səbəbi yalnız

TƏBİB-in fəaliyyəti ilə bağlı olmur. Digər qurumların sistemlərində baş verən nasazlıqlar da bizim platformaya təsir göstərə bilər.

Bununla belə, TƏBİB öz səlahiyyətləri daxilində texniki nasazlıqların aradan qaldırılması və xidmətlərin davamlılığının təmin olunması istiqamətində müvafiq tədbirləri davam etdirir.

Fidan ƏLİYEVA
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see306

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see293

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see275

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see273

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see247

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see218

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see218

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see215

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see200

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see187

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see174

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see173

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see170

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see170

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see166

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see164

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see162

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see158

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see158

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri