Icma.az
close
up
RU
TƏBİB ləğv olunmur, idarəetmə dəyişir Ekspert fərmanın mahiyyətini açıqladı

TƏBİB ləğv olunmur, idarəetmə dəyişir Ekspert fərmanın mahiyyətini açıqladı

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Səhiyyədə ikili idarəetməyə son qoyuldu, vətəndaşlar bilmirdi hara, kimə müraciət etsinlər”

Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb. Fərmanla "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Müəyyən edilir ki, publik hüquqi şəxsin hüquq və öhdəlikləri, habelə əmlakı Nazirliyin tabeliyində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsə keçir. TƏBİB-in nizamnamə fondu publik hüquqi şəxsin əmlakı hesabına formalaşır.

TƏBİB "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxs fəaliyyətini davam etdirir və onun Müşahidə Şurasının səlahiyyətlərini Nazirliyin yaratdığı komissiya həyata keçirir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi Nazirlik tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun 4 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeleyinə keçirilməsi zərurət idimi və bu səhiyyə sahəsində nəyi dəyişəcək? Belə mülahizələr var ki TƏBİB-in yaranması icbari tibbi sığöortaya keçid dövründə zəruri idi. Çünki sovet səhiyyəsindən qalan köhnə idarəetmə sistemi, köhnə strukturla icbari tibbi sığortaya müvəffəqiyyətli keçid çox çətin proses olardı. TƏBİB-in formalaşması keçid mərhələsinin uğurlu başa çatdırılması üçün lazım idi. Hazırda isə bu strukturun Səhiyyə Nazirliyinin tabeliyinə verilməsiylə idarəetmədə mərkəzləşmə həllini tapacaq. Və bunu da vurğulayaq ki, vətəndaşları müəyyən məsələlərdə narahat edən də məhz idarəetmədə səlahiyyətlərin bölünməsi. 

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli Sherg.az-a açıqlamasında bildirdi ki, TƏBİB ləğv olunmayıb, öz strukturlarını saxlayıb və tam tərkibdə işini davam etdirəcək. Sadəcə, Səhiyyə Nazirliyinin tabeliyində bir struktur olacaq. Bu da idarəetmədə mərkəzləşmənin, problemlərin bir mərkəzdən idarə olunmasını təmin edəcək: 

- TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ikili səlahiyyətlərin arada qaldırılmasına birbaşa xidmət edəcək. İmzalanmış fərman da bu məqsəd daşıyır. Bilirik ki, bəzən vətəndaşlar arasında ciddi narazılıq yaranırdı. TƏBİB tabeliyindəki elə müəssisələr vardı ayrıca fəaliyyət göstərirdi. Elə klinikalar vardı nazirliyin tabeliyində idi, məsələn xalq arasında “OMEDE” kimi tanınan K.Y. Fərəcova adına Elmi-Tədqiat Pediatriya İnstitutu, 5 saylı Şəhər Klinik Xəstəxanası və sair müxtəlif səhiyyə müəssisələri TƏBİB və nazirlik arasında bölünmüş vəziyyətdəydi. Belə ikili idarəetmə vətəndaşları da narazı salırdı, qeyri-müəyyən vəziyyət vətəndaşlarda çaşqınlıq yaradırdı, lazımi səhiyyə xidməti ala bilməyən insanlar bilmirdi hara, kimə müraciət etsinlər. Uzun müddətdir bu məsələ müzakirə olunurdu və ehtimal vardı ki TƏBİB ayrıca qurujm kimi fəaliyyət göstərməsin, nazirliyin daxilində struktur olsun. Nəhayət ən doğru qərar verildi. Lakin bu o demək deyil ki, TƏBİB öz missisyasını başa çatdırıb. Belə deyil. Prezidentin imzaladığı fərman buna xidmət edir ki TƏBİB yenidən formalaşsın, yeni Nizamnaməsi qəbul olunsun. 6 ay müddətində kadr siyasəti və idarəetmə sistemi yenidən formalaşdırılsın, amma bütün bu proses SN-nin tabeliyində davam etsin. Yəni, funksiyalar birbaşa SN tərəfindən idarə olunacaq. Tibb müəssisələrinin rəhbər heyətlərinin təyin olunması, seçilməsi, maliyyə proseslərinin idarəolunması nazirlik tərəfindən icra olunacaq. TƏBİB nazirlikdən verilən qərarların icrasını həyata keçirəcək. Mərkəzləşmiş idarəetmə və struktur olacaq, nəzərə alaq ki bu həm də vətəndaşların istəyi idi. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri