Icma.az
close
up
RU
TƏBİB müşavirə keçirdi FOTOLAR

TƏBİB müşavirə keçirdi FOTOLAR

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti geniştərkibli müşavirə keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, müşavirədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in və tabeliyindəki müəssisələrin fəaliyyəti, tibbi xidmətin təşkili istiqamətində görülən işlər, bir sıra regional tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə, vərəmlə mübarizə və təcili tibbi yardım xidmətləri ilə bağlı fəaliyyətin optimallaşdırılması, müalicə-profilaktika tədbirləri və s. mövzularda müzakirələr aparılıb.

“Bildiyiniz kimi, ölkəmizin ev sahibliyi etdiyi COP29 beynəlxalq tədbiri uğurla başa çatdı. Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə həyata keçirməsi və iqlim dəyişmələrinə qarşı mübarizədə önəmli qərarların qəbul edilməsinə verdiyi töhfələr böyük dövlətlər, eyni zamanda BMT tərəfindən yüksək qiymətləndirilib. COP29-da qəbul edilmiş qərarlar ölkəmizin beynəlxalq miqyasda növbəti uğurudur. Belə böyük miqyaslı tədbirdə TƏBİB üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib. Bütün tibb müəssisələrimiz gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Bu prosesdə daha yaxından iştirak edən Bakı Baş Səhiyyə Mərkəzi, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, təcili tibbi yardım xidmətinin rəhbərliyi və bütün kollektivi başda olmaqla, hər kəsə təşəkkürümü bildirirəm”.

V.Qurbanov COP29 çərçivəsində iqlim dəyişmələrinin insan sağlamlığına təsiri və səhiyyə sahəsinin bu təsirlərlə mübarizəyə davamlılığı ilə bağlı mühüm qərarlar qəbul edildiyini diqqətə çatdıraraq, “Vahid Sağlamlıq” konsepsiyasını aidiyyəti qurumların iştirakı ilə respublikamızda zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün vacib addım kimi dəyərləndirib.

Ölkəmiz və dünya üçün əhəmiyyətli tədbir olan COP29 çərçivəsində dövlət tibb müəssisələrinin işinin təşkili barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib.

O, TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciətinin qeydə alındığını, tibb məntəqələrinə müraciət edənlərin sayının 199 nəfər, təcili yardım briqadalarına müraciət edənlərin isə 492 nəfər təşkil etdiyini bildirib.

“İxtisaslı tibbi xidmətə ehtiyacı yaranan şəxslər Yeni Klinika, Sabunçu Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz və Mərkəzi Neftçilər Xəstəxanasında müayinə və müalicə olunublar. Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb və onların hər birinə qüsursuz tibbi xidmət göstərilib”. 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Cəlalov da çıxışında konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadasının tədbirin keçirildiyi müvafiq ərazilərə fasiləsiz təhkim olunduğunu, 492 nəfərin isə həmin təcili yardım briqadalarına müraciət etdiyini və tibbi xidmət aldığını qeyd edib. 

COP29 zamanı əsas diqqəti edilməsi vacib sayılan məsələlərdən biri olan infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, konfrans çərçivəsindəki sessiya və panellərdə iştirakçılıqla bağlı Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva çıxış edib. O, çıxışında konfrans öncəsi bir çox hazırlıq tədbirlərinin görüldüyünü qeyd edərək, Kliniki Tibbi Mərkəz və Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Məhəmmədi modul tipli xəstəxanaların hazırlıq dərəcəsinin monitorinq edildiyini, infrastrukturun tam hazır vəziyyətə gətirildiyini vurğulayıb.

Departament rəhbəri COP29-a hazırlıq çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yaradılmış “Vahid Sağlamlıq üzrə”  Milli Strategiya və Tədbirlər Planının hazırlanmasında TƏBİB-in də rolunu qeyd edib.

“Tibbi xidmətlərin inkişafı departamentinin fəaliyyət istiqamətinə uyğun olaraq ötən müşavirədən sonrakı müddətdə TƏBİB-in İcraçı direktorunun müvafiq əmri ilə tibb müəssisələrində endoskopiya xidmətinin qiymətləndirilməsi həyata keçirilib, 25 müəssisədən 23 müəssisənin qiymətləndirilməsi başa çatıb. Əsas məqsəd tabeli tibb müəssisələrimizdə bu xidməti qənaətbəxş vəziyyətdə təşkil etməkdir”.

Daha sonra çıxış edən İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova COP29-da kommunikasiya və böhran kommunikasiya hallarının idarə olunması prosesində tibb müəssisələrinin rolu, eləcə də tabeli tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr, böhran kommunikasiyası, rəqəmsal marketinq istiqamətində görülən işlərdən danışıb.

İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin fəaliyyətinin rüblük əsaslarla qiymətləndirildiyini, TƏBİB-in Kommunikasiya Strategiyasına uyğun olaraq onların vaxtaşırı təlimlərə cəlb edildiyini qeyd edən Z.Ədilova  müəssisə rəhbərlərinin ictimaiyyətlə əlaqələr fəaliyyətinə diqqətinin artırılmasının, yüksəkixtisaslı kadrların işə cəlb olunmasının vacibliyini də qeyd edib.

Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Qurbanov çıxış edərək bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində əməyin mühafizəsi qaydaları, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr ilə bağlı məlumatlandırma, yanğın təhlükəsizliyi, texniki təhlükəsizlik, elektrik təhlükəsizliyi, radiasiya təhlükəsizliyi istiqamətlərini əhatə edən yoxlamalar keçirilib. Bu günə kimi yoxlamalar, demək olar ki, TƏBİB-in bütün tabeli tibb müəssisələrində (Şəki-Zaqatala, Şəmkir-Tovuz, Qarabağ TƏB-ləri istisna olmaqla) baş tutub.

O.Qurbanov əksər xəstəxanalarda təhlükə potensiallı obyektlərdə 7/24 nəzarət təşkil edildiyini, eləcə də yanğınsöndürmə vasitələrinin mövcudluğunu qeyd edib. 

Sonda çıxış edən V.Qurbanov 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vacib istiqamətlərə də toxunub:

“Tərəfimizdən bütün istiqamətlər üzrə müasir çağırışlara uyğun təkmilləşdirmə və optimallaşdırmalar aparılır. Yeni layihəyə əsasən isə yaxın vaxtlarda regionlarda zəruri cərrahi xidmətlərin təşkilində beynəlxalq standartların tətbiq edilməsi bu sahədə 2030-cu ilə qədər müəyyən edilmiş beynəlxalq hədəflərə çatmağımıza zəmin yaradacaqdır. Layihə çərçivəsində bütün xəstəxanalarımızda qiymətləndirmə aparılaraq mövcud çatışmazlıqlar müəyyənləşdiriləcək və onların aradan qaldırılması üçün plan hazırlanacaqdır” – deyə TƏBİB-in İcraçı direktoru qeyd edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see331

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see331

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see328

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see268

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see263

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see260

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see258

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see254

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see253

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see240

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see210

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see210

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see206

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see206

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see204

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri