Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

TƏBİB də müşavirə keçirildi

TƏBİB də müşavirə keçirildi

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Bu barədə Bakıvaxtı.az-a TƏBİB-dən məlumat verilib.

Müşavirədə tabeli tibb müəssisələrində mövcud vəziyyət, görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi, bu sahələrdə olan çatışmazlıqların aradan qaldırılması və digər qarşıda duran məsələlərə dair geniş müzakirələr aparılıb.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə neqativ hallar əhəmiyyətli dərəcədə azalıb, lakin mövcud vəziyyət hələ də qənaətbəxş hesab olunmur:

“Daxili nəzarət və monitorinq tədbirləri çərçivəsində hər bir hal təhlil olunur və bu məlumatlar əsasında konkret göstərişlər verilir. Tibbi xidmətlərin əlçatan olması qədər, onların keyfiyyətli şəkildə həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Tibb mərkəzlərinin reanimasiya və intensiv terapiya şöbələrində xəstələrin çeşidlənməsinin vaxtında və düzgün aparılmaması, keyfiyyətin idarə olunması, vətəndaş məmnunluğu məsələləri ciddi şəkildə tənzimlənməlidir. Ümumilikdə, ölkə üzrə tabeli tibb müəssisələrinə gün ərzində 100 minə yaxın müraciət daxil olur. Əlbəttə, bu təkcə kəmiyyət yox, eyni zamanda keyfiyyət göstəricisidir. Lakin bu yüksək göstərici yalnız böyük müəssisələr tərəfindən ödənilməməlidir. Müəssisə rəhbərləri bu sahədə nəzarəti gücləndirməlidirlər. Məqsədimiz birdir - vətəndaşlarımıza daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərmək” - deyə V.Qurbanov vurğulayıb.

Müşavirədə “Mentor Klinika” və “Qlobal cərrahiyyə 2030 proqramı” layihələri barədə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov ətraflı məruzə ilə çıxış edib.
Çıxışında “Qlobal cərrahiyyə 2030” üzrə Lancet Komissiyasının hələ 2015-ci ildə Londonda Dünya Bankı, ÜST və BMT ilə əməkdaşlıqla təsis edildiyini vurğulayan Araz Nəsirov komissiyanın cərrahiyyə, anesteziologiya, mamalıq və ictimai səhiyyə sahələrindən olan və 30-dan çox ölkəni təmsil edən onlarla mütəxəssisi cəlb edərək dünyada təhlükəsiz, əlçatan və sərfəli cərrahiyyə xidmətlərinin təmin edilməsi üçün strategiya hazırladığını və proqramın məqsədinin 2030-cu ilə qədər bütün dünyada insanların zəruri cərrahi və anestezioloji xidmətlərə çıxışını təmin etmək olduğunu bildirib:

“Proqram çərçivəsində Azərbaycan üçün yol xəritəmiz isə 2027-ci ilə qədər bütün ölkə üzrə “zəruri cərrahiyyə”yə 44 cərrahi prosedur üzrə çıxışın təmin edilməsi, 2028-ci ilə qədər regional xəstəxanalarda “zəruri cərrahiyyə”yə 90 cərrahi prosedur üzrə çıxışın təmin edilməsidir. 2030-cu ilə qədər isə klaster mərkəzlərində yüksək ixtisaslı cərrahi xidmətin təminini həyata keçirməkdir. Bunun üçün əsas hədəfimiz klinikalarda təchizatın dayanıqlılığının təmin edilməsi, klinikalara xəstə axının təşkilinin təkmilləşdirilməsi, həkimlərin və tibb bacılarının ixtisas artırılmasını təmin etmək üçün “Davamlı tibbi təhsil” tədbirlərinin həyata keçirilməsi (təlimlər, seminarlarda iştirakın dəstəyi, ezamiyyələr və mentorluq), Azərbaycanda yetişən rezident həkimlərin region xəstəxanalarında çalışmasının stimullaşdırılması, xaricdə çalışan azərbaycanlı mütəxəssislərin region xəstəxanalarının fəaliyyətinə inteqrasiyasının təşkilidir”.
TƏBİB-in İcraçı direktorunun müavini A.Nəsirov “Mentor Klinika" layihəsinin isə regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq, Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq və pasiyentlərin paytaxta axınının qarşısını almaq məqsədilə həyata keçirildiyini də diqqətə çatdırıb:

“Hazırda tibb müəssisələrində ixtisaslı tibbi xidmətlərin bərabər paylanmadığını müşahidə edirik. Layihə çərçivəsində TƏBİB-in tabeliyində olan Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bir neçə nümunəvi xəstəxananın mentor klinika statusu alaraq müəyyən edilmiş region xəstəxanalarına bilavasitə dəstək göstərməsini nəzərdə tutmuşuq. Layihəni ilkin pilot mərhələdə 1 il müddətində həyata keçirməyi planlaşdırırıq”.

Müasir çağırışlara cavab verən innovativ layihələr də müşavirənin müzakirə mövzusu olub. Bu günlərdə tamamlanmaq üzrə olan Yeni Klinikada Robotik Reabilitasiya Mərkəzinin məhz belə təşəbbüslərdən biri olduğu və Azərbaycan səhiyyəsində bir ilk olacağı vurğulanıb. Mövzu ilə bağlı TƏBİB-in İcraçı direktorunun müşaviri Pərvin Əkbərov ətraflı məruzə ilə çıxış edib:
“Robotik Reabilitasiya Mərkəzi, eyni zamanda 30 çarpayılıq İnsult (Stroke) Mərkəzi, kəllə-beyin və onurğa travmasından sonra reabilitasiyanın həyata keçirildiyi 30 çarpayılıq Neyrotravma bölməsindən ibarət olacaq. Həmçinin ambulator və stasionar reabilitasiya xidməti göstəriləcək. Mərkəzdə dünyanın aparıcı markalarından eksoskeletlər, yürüş analiz sistemləri, qavrayış və motor inteqrasiya cihazları; həmçinin nevrostimulyasiya, robotik qol-ayaq terapiyası, VR texnologiyası tətbiq olunacaq. Təbii ki, bu sahədə peşəkar komanda da önəmlidir. Multidisiplinar komandamızda fizioterapevtlər, reabilitoloqlar, nevroloqlar, ortopedlər, psixoloqlar, loqopedlər, beynəlxalq təcrübəyə malik mütəxəssislər təmsil olunacaq, fərdi bərpa planlarının yaradılması və davamlı qiymətləndirmə tətbiq ediləcək”.

Müşavirə zamanı Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev çıxış edərək TƏBİB-in strategiyası, missiyası, hədəfləri və gələcəyə dair baxışı barədə ətraflı məlumat verib. O, strateji planın hər bir təşkilatın uzunmüddətli uğurunu təmin etmək və məqsədlərinə çatmaq üçün vacib bir vasitə olduğunu, strategiyanın tətbiqinin təşkilatın resurslarını, fəaliyyətlərini və təşəbbüslərini düzgün istiqamətləndirmək üçün bir növ yol xəritəsi olduğunu vurğulayıb:

“TƏBİB-in strateji hədəflərinin həyata keçirilməsi məqsədilə 30 prioritet istiqamət müəyyən edilib. Bu istiqamətlərə keyfiyyətə nəzarət sisteminin inkişafı, tibb müəssisələrinin infrastrukturunun optimallaşdırılması və maddi-texniki bazasının gücləndirilməsi, korporativ idarəetmə standartlarının tətbiqi, ölkə üzrə vahid ilkin səhiyyə xidmətləri modelinin yaradılması, qeyri-infeksion xəstəliklərin erkən aşkarlanması, ana və uşaq sağlamlığının yaxşılaşdırılması, həssas əhali qruplarına diqqətin artırılması, pasiyent təhlükəsizliyi və məmnunluğunun yüksəldilməsi, təcili tibbi xidmətlərin təkmilləşdirilməsi, eləcə də tibb müəssisələrinin maliyyə dayanıqlılığı və kadr potensialının gücləndirilməsi, həmçinin korrupsiya ilə mübarizə tədbirlərinin genişləndirilməsi və s. daxildir. Bu yolla yalnız təşkilatın inkişafını deyil, eyni zamanda xəstə və pasiyentlərin sağlamlığına xidmət edən mühit yaratmaq mümkündür”.

Strateji planın əsas və dəyişməz prioritetlərindən biri Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin gücləndirilməsi də müşavirənin mövzusu olub. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Möhtərəm Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti ilə bu bölgələrin sürətlə inkişaf etdiyini vurğulayıb:
“Dövlət siyasətinə uyğun olaraq vətəndaşlarımız doğma yurdlarına qayıdır. Biz isə bu dinamikanı dəstəkləmək üçün qüsursuz tibbi xidmətin təşkili istiqamətində bütün gücümüzlə çalışırıq”.
Daha sonra TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva Qarabağda tibbi xidmətlə bağlı ətraflı məruzə ilə çıxış edib:
“Hazırda Ağalı, Laçın və Xocalı ərazilərində tibb məntəqələri fəaliyyət göstərir, Şuşa, Füzuli və Zəngilanda modul tipli xəstəxanaların qurulması uğurla aparılır. Gələcəkdə bir sıra digər yerlərdə də yeni klinikaların yaradılması nəzərdə tutulur. Bu bölgələrdə uzun müddət tibbi infrastruktur mövcud olmayıb. İndi isə əhalinin yenidən bu ərazilərə köçürülməsi fonunda sürətli, rahat və dayanıqlı tibbi xidmətin təmin olunması əsas prioritetimizdir. Qürurverici məqam ondan ibarətdir ki, azad olunmuş ərazilərdə tibbi infrastrukturun sıfırdan qurulması prosesində TƏBİB yaxından iştirak edir”.

Müşavirədə təcili tibbi yardım sahəsində də əhəmiyyətli islahatlar həyata keçirildiyi diqqətə çatdırılıb. Təcili yardımın təkcə gündəlik təxirəsalınmaz yardım deyil, ölkə üçün önəmli tədbirlərin və beynəlxalq yarışların tibbi təminatında da fəal iştirak etdiyi bildirilib. Çıxış edən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov qarşıdan gələn “Formula-1” yarışları və 3-cü MDB Oyunlarına hazırlıqla bağlı məlumat verib. 3-cü MDB Oyunlarının səhiyyə sistemimiz üçün növbəti ciddi sınaq olacağı deyilib.
TƏBİB-in İcraçı direktoru V.Qurbanov yarışların yalnız Bakıda deyil, eyni zamanda Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində də keçirilməsi nəzərdə tutulduğundan müəssisə rəhbərlərinə ehtiyat tədbirlərinin görülməsi, əlavə növbətçilik qrafiklərinin tərtib olunması, yarış marşrutlarına uyğun təcili tibbi yardım dəstələrinin formalaşdırılması və ümumi hazırlıq vəziyyətinin operativ şəkildə təşkil edilməsi barədə tapşırıqlarını da verib.

Müşavirənin sonunda tibb müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan yoxlamalar zamanı aşkarlanmış qüsur və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib, qısa zamanda onların aradan qaldırılması tələb olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 İyul 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see681

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see650

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see647

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see468

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see460

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see437

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see400

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see346

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see317

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri