TƏBİB tibb məntəqələrində və poliklinikalarda “sistem köçürülməməsi” ilə bağlı məsələyə aydınlıq gətirib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 7 noyabr, Günel Türksoy, AZƏRTAC
İnvaziv prosedurlar – inyeksiya (“iynə vurulması”) və infuziya (“sistem köçürülməsi”) ikinci səviyyə (ambulator-stasionar) xidmətlərə və tibb müəssisələrinin fəaliyyət istiqamətinə aid edilir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən
qurumun tabeliyindəki tibb məntəqələrində və poliklinikalarda ambulator qaydada müraciət edən pasiyentlərə “sistem köçürülməməsi” ilə bağlı AZƏRTAC-ın sorğusuna verilən cavabda bildirilib.
Qeyd olunub ki, inyeksiya ( “iynə vurulması”) və venadaxili infuziya (“sistem köçürülməsi”) görünüşcə sadə tibbi prosedurlar olsa da, bu xidmətlərin həyata keçirilməsi üçün müəyyən tibbi və hüquqi tələblər mövcuddur. “Bu prosedurlar zamanı allergik reaksiyalar, anafilaktik şok və ya digər ağırlaşmalar baş verə bilər. Belə hallarda operativ şəkildə müdaxilə etmək üçün həkim nəzarəti, reanimasion tədbirlər üçün şərait və təcili tibbi avadanlıq tələb olunur. Tibb məntəqələri və poliklinikalar fəaliyyət istiqamətinə uyğun olaraq profilaktik baxışlar, yüngül ambulator müalicələr, konsultasiyalar və yönləndirmə funksiyalarını əhatə edir”, - deyə məlumatda vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 07 Noyabr 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















