TƏBİB yollarda təcili tibbi yardım maşınlarına yol verməyən sürücülərə çağrış edib VİDEO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlər avtomobil yollarında təcili tibbi yardım, eləcə də operativ nəqliyyat vasitələrinə yol verməklə bağlı problem müşahidə olunur.
Avtosfer. az xəbər verir ki, TƏBİB-in mətbuat katibi Elnur Hidayətoğlu özünün sosial şəbəkə hesabında sürücülərin təcili tibbi yardım avtomobillərinə yol verməsinin vacibliyi ilə bağlı çağrış edəcək videoçarx paylaşıb. Videoçarxda operativ nəqliyyat vasitəsinə yol verməyən sürücülərə meqafon vasitəsi ilə xəbərdarlıq edilib.
Elnur Hidayətoğlu sosial şəbəkə hesabından təcili tibbi yardım avtomobilinə yol verən sürücülərə təşəkkürünü bildirib:
“Təcili yardım avtomobillərinə yol verərkən hər birimiz bir fərq yaradırıq. Bu videoçarx həmin fərqi yaradan sürücülərə minnətdarlıq xarakteri daşıyır.Təcili yardım avtomobilinə yol verən hər bir sürücüyə ayrı-ayrılıqda təşəkkür edirik.
Çünki onlar başqalarına bir nümunədir. Bu, ən böyük sürücülük mədəniyyəti və insanlıq nümayişidir”.
TƏBİB nümayəndəsi qeyd edib ki, vətəndaşlarımızın həyatını xilas etmək üçün sürücülərin yollarda təcili tibbi yardım avtomobillərinin keçidinə şərait yaratması ən böyük köməkdir.
Sürücülər üçün biz də öz növbəmizdə vurğulamaq istərdik ki, həmin təcili tibbi yardım avtomobilin içərisində yaxud gedəcəyi ünvanda hər birimizin yaxınları ola bilər.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 06 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















