Icma.az
close
up
RU
Təbiət səsləri altında yuxuya getmək sizi daha xoşbəxt edə bilər

Təbiət səsləri altında yuxuya getmək sizi daha xoşbəxt edə bilər

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Yağışın səsi, dəniz dalğalarının şırıltısı və ya yarpaqların xışıltısı altında yuxuya getmək təkcə yuxunun keyfiyyətini yaxşılaşdırmır, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "YourTango" nəşri yazıb.

Məqalə müəllifi qeyd edir ki, bir çox insanın yatmazdan əvvəl özünəməxsus axşam vərdişləri var. Bəziləri bitki çayı içir, digərləri serial izləyir və ya musiqi dinləyir. Lakin onun sözlərinə görə, məhz təbiət səsləri sinir sistemini ən effektiv şəkildə sakitləşdirir, çünki beyni əlavə qıcıqlandırıcılarla yükləmir.

"Təbiət səsləri altında yuxuya gedən insanlar sadəcə daha yaxşı istirahət etmirlər. Onların həm zehni, həm də bədəni gecə saatlarında daha asan sakitləşir", deyə nəşrdə bildirilir.

Sinir sistemini sakitləşdirir

Nəşrin yazdığına görə, təbiət səslərinin əsas üstünlüklərindən biri onların koqnitiv oyanıqlığı azaltmasıdır. Bu vəziyyətdə insan yatağa uzansa belə, beyin aktiv işləməyə davam edir. Yağışın və ya dəniz dalğalarının səsi kənar səsləri maskalayaraq daha dərin və rahat yuxu üçün əlverişli şərait yaradır.

Narahatlıq hissini azaldır

Müəllif bildirir ki, təbiət səsləri orqanizmin daimi gərginlik vəziyyətindən istirahət rejiminə keçməsinə kömək edə bilər. Bu, parasimpatik sinir sistemini aktivləşdirir, ürək döyüntüsünü və tənəffüs tezliyini azaldır, bədənin rahatlamasına şərait yaradır.

Stress səviyyəsini aşağı salır

Məqalədə qeyd olunur ki, sakitləşdirici təbiət səsləri yatmazdan əvvəl stress səviyyəsinin azalmasına da kömək edə bilər. Araşdırmalara görə, bu səslər yaxşı əhval-ruhiyyənin formalaşmasında iştirak edən serotonin hormonunun ifrazını stimullaşdıra bilər. Serotonin həmçinin yuxu dövrünü tənzimləyən melatonin hormonunun sintezi üçün də vacibdir.

Yaradıcılığı artırır

Təbiət səsləri təkcə daha tez yuxuya getməyə deyil, həm də beynin informasiyanı daha səmərəli emal etməsinə və yeni ideyalar formalaşdırmasına kömək edir. Bu səbəbdən onlar yaradıcılığa müsbət təsir göstərərək mürəkkəb problemlərə fərqli prizmadan baxmağa və qeyri-standart həll yolları tapmağa imkan yaradır.

Oyandıqdan sonra məhsuldarlığı artırır

Müəllifin sözlərinə görə, asanlıqla yuxuya gedən və yuxunun bütün mərhələlərini ciddi pozuntular olmadan keçirən insanlar səhər daha gümrah oyanırlar. Keyfiyyətli istirahət diqqətin cəmlənməsinə, qərarvermə bacarığına, enerji səviyyəsinə və gündəlik işlərin öhdəsindən gəlməyə müsbət təsir göstərir.

Emosiyalara nəzarəti yaxşılaşdırır

Materialda emosional sağlamlığa da xüsusi diqqət ayrılıb. Müəllif qeyd edir ki, keyfiyyətli yuxu stress, narahatlıq və mənfi emosiyalarla daha asan mübarizə aparmağa kömək edir. Yaxşı yatan insanlar impulsiv reaksiyalara daha az meyilli olur, həm başqalarına, həm də özlərinə qarşı daha yüksək empatiya nümayiş etdirirlər.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyul 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri