Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Təbiətimizi “ağlar qoyanlar” Canımız yanır

Təbiətimizi “ağlar qoyanlar” Canımız yanır

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs barəsində məsuliyyət tədbiri görülüb. Araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, bu, cari yay mövsümündən bəri istər işğaldan azad olunan, istərsə də, digər bölgələrimizdə baş verən ilk belə məsuliyyətsizlik deyil.

Təsəvvür edirsiniz? Təkcə Zəngilandakı ehtiyatsızlıq 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kosun məhvinə yol açıb.

Axı bu “kol-kos” dediyimiz adi ot tayası deyil.

Bəs biz istəmədən də olsa, illər uzunu ürəyimiz gedən, həsrətlə baxdığımız o torpaqların da canını yandırırıq.

Bu yanğınların arxasında nə dayanır? Təbii səbəblər, yoxsa biz vətəndaşların laqeydliyi?

Məlumat üçün deyim ki, zərərsiz olduğunu güman etdiyimiz plastik butulka və ya qablar qızmar günəş şüalarının təsiri ilə bir nömrəli yanğın səbəbinə çevrilə bilər.

Yerə atdığımız siqaret kötüklərini demirəm hələ… Onlar ana təbiətin “səssiz bombası” olmağa davam edir.

Bəlkə bilərək basdırdığımız mina deyil, lakin azı onun qədər təhlükə gücünə sahibdir.

Birbaşa insan amilindən əlavə bu tip yanğınlara həm də texniki səbəblər yol aça bilər.
Avtomobilin motor hissəsindən çıxan alov, nasaz texnikanın qığılcımları — bircə anlıq ehtiyatsızlıqla hektarlarla sahəni məhv etməyə qadirdir. Amma bu da dolayı yolla insan məsuliyyətindən qaynaqlanır, desəm, yanılmaram.

Yanğın yanlız ağacları, kolları yox, onların köklərindəki canlıları, quş yuvalarını, yerli flora və faunanı da “ağlar qoyur”.

Yanan meşə sahəsi bərpa olunsa belə, orada illərlə ekosistem öz balansına dönə bilmir. Bəzi bitkilər və canlılar isə tamamilə yoxa çıxır. Hələ belə hadisələr zamanı təbiətə, udduğumuz havaya qalxan zərərli karbon emissiyalarından söz belə açmıram.

Azərbaycan qanunvericiliyində meşə və torpaq sahələrini yandırmağa görə cərimələr nəzərdə tutulub.

Amma belə hallarda cəriməni təkcə məsuliyyətsizliyi edən yox, hamımız “ödəyirik”.

Aidiyyəti qurumlar təbiətlə bu cür kobud rəftarın qarşısını almaq üçün maarifləndirmə kampaniyaları keçirir, bəs fərqindəlik?

Ən sadə misal elə ondan götürək ki, gəzmək, dincəlmək və ya yaşayış üçün üz tutduğumuz diyarın hamımıza aid olduğunu bilməliyik. Geri dönəndə hər xırda detalı nəzərdən keçirməli, təbiətə atdığımız bütün tullantıları yığışdırmalıyıq.

Necə ki, evdən çıxmazdan öncə dəfələrlə “ütünü “tok”dan çıxardım?” deyə özümüzü sorğulayırıqsa, lap elə o cür…

Telli Minbir




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 Avqust 2025 07:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri