Icma.az
close
up
RU
Təbiətin səssiz arxivçisi Həbib Rəhmanovun herbarilər dünyası FOTO

Təbiətin səssiz arxivçisi Həbib Rəhmanovun herbarilər dünyası FOTO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Lənkəran, 10 iyul, İlkin Adıyev, AZƏRTAC

Onun üçün hər yarpaq bir tarix, hər bitki bir həyat hekayəsidir. Həbib Rəhmanov bu hekayələri illərdir ki, səssizcə yazır – qurudulmuş yarpaqlarla, diqqətlə sıralanmış kövrək budaqlarla və elmi dəqiqliklə etiketlənmiş minlərlə bitki nümunəsi ilə. Hirkan Milli Parkının baş elmi işçisi olan Həbib müəllim, həm də Azərbaycanın təbiətinə könüldən bağlı olan bitki toplayıcısı, herbarilər (quru bitki kolleksiyası) sənətkarıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əslində Həbib müəllimin əsas işi Hirkan Milli Parkında elmi-tədqiqat işləri aparmaq, ərazidəki nadir və endemik bitki növlərini öyrənmək, biomüxtəlifliyi qorumaqdır. Lakin o, bu işlə kifayətlənməyib. Onun illərdir böyük həvəslə və səbrlə yaratdığı qurudulmuş bitki kolleksiyası – herbarilər artıq sadəcə şəxsi maraq və hobbini deyil, elmi və maarifləndirici əhəmiyyət daşıyan bir xəzinəni təmsil edir.

“Bu işə ilk dəfə tələbəlik illərində maraq göstərmişdim. Əlimə düşən ilk ot nümunəsini kağızın arasında qurudub saxladım. Düşünməzdim ki, bu vərdiş bir gün həyatımın ayrılmaz hissəsinə çevriləcək” , – deyə Həbib müəllim o günləri xatırlayır.

Həbib müəllim bu işin sirlərini vaxtilə onun həyatına dərin iz qoymuş fəlsəfə elmləri doktoru Hacıağa Səfərovdan öyrənib. Onun bitkilərə olan məhəbbəti, təbiətlə qurduğu mənəvi bağ, tələbələrinə aşıladığı elmi yanaşma Həbib müəllimin bu sahədə formalaşmasında mühüm rol oynayıb: “Rəhmətlik Hacıağa müəllim mənə bitkinin yalnız xarici quruluşunu deyil, onun ruhunu anlamağı öyrədirdi. Deyirdi ki, hər yarpağın dili var, onu eşidə bilmək üçün səbir və sevgi gərəkdir”.

Hazırda onun yaratdığı herbarilər toplusu yüzlərlə növü əhatə edir və Hirkan Milli Parkının fondunda qorunub saxlanılır. Bu kolleksiya sadəcə qurudulmuş bitkilərdən ibarət deyil – hər nümunə xüsusi şəkildə təmizlənir, müəyyən edilmiş qaydalara uyğun etiketlənir və elmi məqsədlər üçün təsnif olunur. Bitkilərin adı, yığıldığı tarix, yer və ekoloji şəraiti qeyd edilir. Bütün bu amillər gələcək nəsillər üçün əvəzolunmaz məlumat bazası yaradır.

“Mən bu bitkilərə dost kimi baxıram. Hər birini tanıyıram. Onların harada bitdiyini, hansı aylarda çiçəkləndiyini, hansının torpağa, Günəşə daha çox ehtiyacı olduğunu bilirəm. Bu, sadəcə elmi iş deyil, təbiətlə ruhani bir bağdır”, – deyə Həbib müəllim əlavə edir.

Azərbaycanda 4500-ə yaxın ali bitki növü mövcuddur. Onlardan 2000-ə qədəri Talış meşələrində yayılıb. Bu meşələr isə Hirkan Milli Parkının əsas floristik sərvətidir. Elə bu səbəbdəndir ki, Hirkan Milli Parkının ərazisində 1204 növ bitki qeydə alınıb və onlardan çoxu Həbib müəllimin hazırladığı herbarilərdə öz yerini tapıb.

Onun işi ilə təkcə elmi dairələr deyil, həm də təbiətsevərlər, məktəblilər, tələbələr, ekoturistlər də maraqlanır. Herbarilər həm təhsil, həm maarifləndirmə, həm də biomüxtəlifliyin mühafizəsi sahəsində böyük əhəmiyyət daşıyır. Gənc tədqiqatçılar bu kolleksiyalar vasitəsilə bitki növlərini öyrənir, onların quruluşu, yayılma arealı, ekoloji xüsusiyyətləri ilə tanış olurlar.

Həbib Rəhmanovun zəhməti ilə yaranan herbarilər kolleksiyası təkcə Hirkan Milli Parkının deyil, bütövlükdə Azərbaycanın flora xəzinəsinin yazılı və görünən arxividir. Bu kolleksiya gələcək nəsillər üçün həm elm, həm təbiət sevgisi, həm də milli sərvət kimi qorunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri