Icma.az
close
up
RU
Təbii fəlakət itkilərinin miqyasına görə 2024cü il ən bahalı üçüncü il olub

Təbii fəlakət itkilərinin miqyasına görə 2024cü il ən bahalı üçüncü il olub

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Daşqınlar, zəlzələlər, qasırğalar və digər təbii fəlakətlər 2024-cü ildə dünya üzrə 320 milyard dollar maddi ziyana səbəb olub.

Banco.az xəbər verir ki, Almaniyanın təkrarsığorta şirkəti “Munich Re” tərəfindən açıqlanan illik təbii fəlakətlər hesabatına görə, ötən il təbii fəlakətlər dünya üzrə 140 milyard dolları sığortalı olmaqla, 320 milyard dollarlıq qlobal iqtisadi itkiyə səbəb olub.

“Munich Re”nin geoloqlarının hesablamalarına görə, bu rəqəmlər əvvəlki illərin inflyasiyaya uyğunlaşdırılmış orta göstəricilərindən xeyli yüksəkdir. İllik itkilərin 30 illik ortalaması 181 milyard dollar, 10 illik ortalaması isə 236 milyard dollar səviyyəsindədir.

Hesabatda bildirilib: “Sığortalı itkilər baxımından 2024-cü il ən bahalı üçüncü il olub. Ümumi itkilər baxımından isə ötən il 1980-ci ildən bəri itki miqyasında beşinci yeri tutub.”

Daşqınlar, meşə yanğınları və güclü fırtınalar kimi şiddəti az olan fəlakətlərdən yaranan itkilərin ümumi həcmi keçən il 136 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il təbii fəlakətlərdən yaranan itkilərin 93 faizi hava hadisələri ilə bağlı olub. 2024-cü ildə təxminən 11 min insan təbii fəlakətlər nəticəsində həyatını itirib ki, bu da orta göstəricilərdən xeyli aşağıdır.

Sentyabr və oktyabr aylarında ABŞ-a ard-arda təsir edən Helen və Milton qasırğaları ötən ilin ən dağıdıcı fəlakətləri olub. Helen 16 milyard dolları sığortaçılar tərəfindən qarşılanmaqla, 56 milyard dollarlıq itki ilə 2024-cü ilin ən böyük zərərə səbəb olan təbii fəlakəti olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Yanvar 2025 07:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri